![]() |
|
Britaniya kralı III Çarlz Milad çıxışını keçmiş bir ibadətgahdan edərək uzunillik bir ənənəni pozub.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
2024-cü ilin yanvarında monarxda xərçəng xəstəliyi aşkar edilib və o, hələ də bu xəstəliklə mübarizə aparır. BBC-nin məlumatına görə, III Çarlz Londonda - Vest-Endin Fitzroviya bölgəsində yerləşən və əvvəllər Middlesex xəstəxanasına məxsus olmuş ibadətgahdan çıxış edib. Hazırda bu məkan incəsənət sahəsinə çevrilib.
Böyük Britaniya kralı uzun illərdən sonra ilk dəfə Milad nitqini Bukingem sarayı və ya başqa rəsmi iqamətgahda deyil, tamamilə fərqli bir yerdən edib.
Kral bu məkanı seçməkdə sağlamlıq sisteminə olan tarixi bağlılığı nəzərə alıb. Kanalın verdiyi məlumata görə, o, xərçəng xəstəliyinə qarşı mübarizəsinə görə belə bir qərar qəbul edib.
“Yaxın aylarda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər. Konkret vaxtı demək çətindir, amma onların Bakıda görüşməsi mümkündür”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Tramp-Putin görüşünün Bakıda keçiriləcəyi ilə bağlı iddialar haqda danışarkən deyib.
Onun sözlərinə görə, D.Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Putinlə görüşmək istəyir:
“Əslində, hər iki dövlət başçısı yaxın tarixlərdə verdiyi müsahibələrdə Ukrayna ilə bağlı sülh danışıqlarından və ehtimal görüşdən bəhs edib. Dediklərindən bu qənaətə gəlmək olar ki, görüşə hazırlıq gedir.
Tramp Rusiya ilə danışıqların dayandırılmasının yanlış olduğunun fərqindədir. Hər halda dialoq yolunun bağlanması prosesin gələcəyi baxımda müsbət nə isə vəd etmir. Buna görə 2025-ci ildə ABŞ və Rusiya arasında danışıqlar ola bilər”.
Politoloq bildirib ki, Putinin Trampla məhz Bakıda görüşməsinin mümkünlüyü barədə iddialar var:
“Təbii ki, birmənalı “görüş yeri Bakı olacaq” demək çətindir. Məsələn, danışıqlar Türkiyədə də baş tuta bilər. Amma Bakı həm təhlükəsizlik, həm də neytrallıq baxımdan uğurlu seçimdir. Daha əvvəl burada ABŞ və Rusiya hərbi rəhbərlərinin görüşləri keçirilib. Üstəlik, bu vaxta qədər Bakı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bunları ümumiləşdirəndə görüş yeri üçün bir nömrəli ideal məkanın paytaxtımız olduğunu deyə bilərik. Lakin hələ bu barədə rəsmi məlumat yoxdur”.
Paşinyan hakimiyyəti növbəti dəfə qeyri-müəyyənlik içərisində “xaotik və sürüşkən” manevrlərə məcbur qalıb, rəsmi İrəvan ABŞ və Qərbə, yoxsa, Rusiyaya doğru istiqamət almaqda tərəddüd edir... Rəsmi İrəvan bir tərəfdən Ermənistanı yenidən Kremlin orbitinə qaytarmaq istəmir, digər tərəfdənsə, ABŞ və Qərbin Ermənistanı əvvəlki kimi himayə etməyə həvəs göstərəcəyinə qətiyyən əmin deyil...
Cənubi Qafqaz uğrunda mübarizə həlledici mərhələyə keçmiş kimi görünür. Belə ki, bu mərhələdə geopolitik qüvvələr nisbəti böyük ölçüdə dəqiqləşmiş olacaq. Hər halda, ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaza nəzarət dairəsinin bölüşdürülməsinə yönəlik qarşıdurmasında geopolitik manevr sərhədlərini təsəvvür etmək çətinləşməyəcək. Hətta hər iki tərəfin regional geopolitik proseslərə təsir faktorları tədricən öz əhəmiyyətini itirə bilər. Və bu baxımdan, Cənubi Qafqazın tarixi bir dövrdən keçdiyi qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, hələlik əsas qarşıdurma məkanı olaraq, məhz Ermənistan diqqəti çəkir. Belə ki, Azərbaycan ABŞ və Qərbin Rusiya ilə regional nüfuz savaşından kənarda görünür. Yəni, rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyi sayəsində Azərbaycan hər iki tərəf – həm ABŞ, Avropa Birliyi və Fransa, həm də Rusiya üçün hazırda müəyyən mənada, əlçatmazdır. Və eyni zamanda, Qərb siyasi dairələri Gürcüstan üzərində qurduqları ssenariləri də hələlik reallaşdırmağa nail olmayıblar.
Təbii ki, belə vəziyyətdə Ermənistanın dünya nəhəngləri arasındakı nüfuz savaşının əsas toqquşma poliqonuna çevrilməsi o qədər də gözlənilməz deyil. Üstəlik, rəsmi İrəvan Ermənistanı ənənəvi hərbi müttəfiqindən qoparıb, Qərbə “qaçırtmaq” siyasəti yürüdür. Ermənistanda hərbi bazaları olan Rusiyadan uzaqlaşmağa çalışan rəsmi İrəvan Qərbin təlimatlarını icra etməyə üstünlük verir. Və bu, Ermənistanın Qərbin qeyri-formal “geopolitik müstəmləkə”sinə çevrilməsini təmin edib.
Ancaq ABŞ və Qərbin Rusiya ilə nüfuz savaşı hələ sona çatmadığından hazırda Ermənistanın “geopolitik müstəmləkə” statusu da natamam prosesin nəticəsi hesab oluna bilər. Yəni, dünya nəhənglərinin geopolitik savaşında mütləq qalib məlum olmadığından, rəsmi İrəvan əslində, bu natamam proseslə Ermənistanın gələcək taleyini böyük risk altına salıb. Çünki ABŞ və Qərb Cənubi Qafqazda məğlun olarsa, yaxud bu regiona yönəlik siyasi planlarını dəyişərsə, Ermənistan birbaşa zərbə altında qala bilər. Və Kreml Rusiyaya qarşı strateji xarakter daşıyan geopolitik xəyanəti Ermənistana bağışlamaz.
Ona görə də, indi Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra yürüdəcəyi Cənubi Qafqaz siyasəti məhz ilk növbədə Ermənistanın gələcək taleyini təhdid edə bilər. Çünki ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna savaşının dayandırılması məqsədilə Kreml sahibi Vladimir Putin ilə Rusiyanın maraqlarına uyğun şərtlər daxilində anlaşma ehtimalı mövcuddur. Və bu, baş verərsə, prezident Vladimir Putinin Ağ Evin yeni sahibindən Ukrayna anlaşmasının üzərində əlavə “bonus” kimi Ermənistanı da geri almaq istəyə bilər.
Rəsmi İrəvanın belə bir təhlükənin mövcudluğunu anladığı qətiyyən şübhə doğurmur. Paşinyan hakimiyyətinin Bayden administrasiyasına vəd verməsinə baxmayaraq, Ermənistanın KTMT-dan çıxdığını və Rusiya ilə hərbi müttəfiqliyi pozduğunu rəsmən elan etməyə cəsarət göstərməməsinin əsas səbəblərini də məhz bu önəmli faktorda axtarmaq lazımdır. Yəni, rəsmi İrəvan Tramp administasiyasının yaxın gələcəyə yönəlik davranışlarının mümkün istiqamətlərini müəyyən etməkdə çətinlik çəkir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Tramp administrasiyası ilə elə indidən “təmas pəncərəsi” axtarması da gələcəyə yönəlik böyük narahatlıqdan qaynaqlanır.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti Tramp administarasiyası ilə yaxınlaşmaq baxımından, “təmas pəncərəsi”nin açılması üçün Fransadan dəstək almağa çalışır. Prezident Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanı bir müddət öncə Fransada səfərdə olmuş Ağ Evin yeni sahibi Donald Trampla görüşdürməyə nail olub. Qısamüddətli görüşdə erməni baş nazir Ağ Evin yeni sahibinə Ermənistanın ABŞ-ın Cənubi Qafqaz hədəfləri üçün faydalı olduğunu çatdırmağa çalışıb. Və ABŞ-ın yeni prezidenti Donald Trampın buna nə qədər önəm verdiyi hələlik müəmmalı qalsa da, Paşinyan hakimiyyətinin Rusiyadan növbəti dəfə məsafə saxlamağa çalışması rəsmi İrəvanın müəyyən ümidlərə qapıldığını göstərir.
Məsələ ondadır ki, Bayden administrasiyasının Ağ Evi tərk edəcəyi dəqiqləşdikdən sonra Paşinyan hakimiyyəti hər ehtimala qarşı Rusiya ilə də səhnəarxası təmasları artırmışdı. Hətta rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqının Ermənistanda keçirilməli olan növbəti zirvə toplantısının Rusiyada təşkil olunması üçün Kremlə müraciət etmişdi. Bununla da beynəlxalq məhkəmənin həbs qərarı ucbatından Ermənistana səfər ehtimalı zəif olan prezident Vladimir Putinlə birbaşa görüş şansı qazanılmışdı. Və prezident Emmanuel Makronun vasitəçiliyi ilə Ağ Evin yeni sahibi Donald Trampla qısamüddətli görüşdən sonra baş nazir Nikol Paşinyan növbəti dəfə manevr etmək qərarına gəlib.
Hər halda, MDB-nin qeyri-rəsmi zirvə toplantısı ərəfəsində baş nazir Nikol Paşinyanın karonavirus testinin gözlənilmədən pozitiv çıxması qətiyyən təsadüfi deyil. Eyni zamanda, baş nazir Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Rusiyada keçiriləcək və Ermənistanın sədrlik erməli olduğu zirvə toplantısına qatılması da ciddi sual altındadır. Böyük ehtimalla erməni baş nazir bu mərhələdə Kreml sahibi ilə görüşməkdən çəkinir. Və Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın Ermənistana yönəlik mövqeyinin dəqiqləşməsinə qədər zaman qazanmağa çalışır.
Göründüyü kimi, Paşinyan hakimiyyəti növbəti dəfə qeyri-müəyyənlik içərisində “xaotik və sürüşkən” manevrlərə məcbur qalıb. Yəni, rəsmi İrəvan hansı istiqamətə yönəlmək məsələsində tərəddüdlərini aşmaqda çətinlik çəkir. Belə ki, rəsmi İrəvan bir tərəfdən Ermənistanı yenidən Kremlin orbitinə qaytarmaq istəmir. Digər tərəfdənsə, ABŞ və Qərbin Ermənistanı əvvəlki kimi himayə etməyə həvəs göstərəcəyinə qətiyyən əmin deyil. Və bu baxımdan, rəsmi İrəvanın Ermənistanı hələ də “geopolitik labirint”də saxladığı qətiyyən şübhə doğurmur.(musavat.com)
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması dünya mətbuatında da işıqlandırılıb.
Türkiyənin, ABŞ-nin, Britaniyanın xəbər portalları hadisə barədə məlumatlar yayıb.
Bu faciə Türkiyənin “Cumhuriyyet”, NTV, “Anadolu Ajans”, “Milleyt” , “TRT Haber”, “Habertürk”, “Hürriyet”, Amerikanın “The Guardian”, CNN, “The Washington Post”, Böyük Britaniyanın “Reuters”, Fransanın “France 24”, eləcə də “Al Jazeera” və bir çox media qurumlarının gündəmində yer alıb.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Suriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post"un məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Baas Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idraəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.
Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında, “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.
Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:
“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.
Qeyd edək ki, Baas Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə o, "X"də yazıb.
"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm.Belə bir faciə kədərə səbəb olmaya bilməz"", Ermənistanın Baş naziri qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
Türkiyə Prezidenti Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiklərini bildirib.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
“Hər iki qardaş ölkəyə millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə dövlət komissiyası yaradılıb.
Bu barədə “tengrinews.kz” məlumat yayıb.
Sözügedən komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Məlumata görə, o, artıq Aktauya yola düşür.
Qasım-Jomart Tokayev həmçinin Astanadan Aktauya həkimlərin və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.
ABŞ-nin Tayvana 750 milyon dollarlıq yeni hərbi yardım paketi ayırması və 38 Abrams tankını verməsi Çin tərəfindən kəskin etiraza səbəb olub.
Çin Xarici İşlər Nazirliyi Ağ Evin bu addımını qınayaraq kəskin etirazını bildirib.
Çin XİN sözçüsü Lin Jian ABŞ-yə xəbərdarlıq edərək bunları deyib: "Tayvan Çin siyasətininin ana xəttini təşkil edir və bu, qırmızı xətdir. ABŞ bu siyasəti ilə odla oynayır və bu atəş ABŞ-ni yandıracaq. ABŞ-nin nəzarət siyasəti və Çini cilovlamaq uğursuzluğa məhkumdur. Biz ABŞ-ni belə addımlar atmamaq barədə xəbərdar edirik. Çinin isə milli təhlükəsizliyi və birliyi üçün hər addımı atacağını bəyan edirik”.
Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi İrana ölkənin daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib.
Bu barədə XİN başçısı Əsəd Həsən əl-Şibani “X” hesabında yazıb.
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onlara xəbərdarlıq edirik ki, Suriyada xaos yaymasınlar və bəyanatlarının nəticələrinə görə məsuliyyət daşısınlar”.