ABŞ və Avropa ölkələri istəməsə, Suriyada müharibə başa çatmayacaq.

 

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov şənbə günü Qroznıda keçirdiyi mətbuat konfransında deyib. Kadırov bildirib ki, Suriya dövləti və xalqı istəsə də, istəməsə də, müharibənin taleyi ABŞ, İsrail və Avropa dövlətlərinin əlindədir:

“Suriyadakı terrorçuların yiyələri var və onlar terrorçuları lazım olan hər şeylə təmin edirlər. Yoxsa onlar bu vaxta qədər dözə bilməzdilər”

“Suriya hökumətinə qarşı vuruşan dəstələrin hamısı nəzarət altındadır. Geyim, silah, qida – hamısı böyük xərc tələb edir. Əgər saydığım bu dövlətlər öz şeytanlarını evlərinə çağırsalar, Suriyada sülh əldə olunacaq”, - Kadırov bildirib.

Kadırov vurğulayıb ki, Putin Suriyada beynəlxalq qanunlara uyğun olaraq sülhyaratma missiyasını həyata keçirir, amma Qərbin niyyəti başqadır.

O, Suriyada hərbi polisin tərkibində vuruşan çeçenlərin yerli xalqın hörmətini qazandığını da bildirib.

“Onlar yerli xalqın 100 faiz etimadını qazanıb. Ona görə də Suriya xalqı çeçen döyüşçülərə hörmət edir”.

Kadırov əlavə edib ki, Suriyada hərbi polisdə xidmət edən çeçenlər heç bir itki verməyib.

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti