Tehranın Zəngəzur dərdinin əsas səbəbi - Erməni ekspert

Zəngəzur dəhlizinin İran və Rusiya üçün əhəmiyyət miqyası çox fərqlidir.

Bunu politoloq Aleksandr İskəndəryan deyib.

Ekspertin fikrincə, Zəngəzur dəhlizi doğrudan da İran üçün çox vacib məsələdir.

“Bunun səbəbləri, ümumiyyətlə, az-çox aydındır. Bəli, İranın vəziyyəti ümumiyyətlə yaxşı deyil. Onun şərq tərəfində İranın çox pis münasibətləri olduğu Əfqanıstan və Pakistan var. Qərbdə isə İraq və Türkiyə. Hər iki halda, yumşaq desək, vəziyyət iranlılar üçün çətindir. Cənub, yəni Fars körfəzinin ərəb ölkələri haqqında isə ümumiyyətlə danışmağa dəyməz. Hər şey çətindir. İranın, əslində, Azərbaycanla ciddi, böyük problemləri var. Ona görə də bu çox kiçik sərhəd İran üçün lazım olduğundan daha çox əhəmiyyət kəsb edir. Onlar üçün Ermənistan kiçik ölkə olsa da, bu 40 km-lik məsafə çöx böyük önəm daşıyır”, - erməni politoloq qeyd

Zəngəzur dəhlizinin Rusiya üçün o qədər əhəmiyyət kəsb etmədiyini qeyd edən ekspert inanmır ki, Rusiya bunun üçün İran və Azərbaycanla mübarizə aparmağa hazırdır.

“Rusiya buna qarşı deyildi. O, əvvəldən fikirləşmirdi. Doğrudan da, 9-10 noyabr müqavilələrində bu bənd var.

İran və Rusiyanın bu mövzuda bir-birinə ciddi şəkildə qarşı çıxacağını təsəvvür etmək mənim üçün çətindir. Yenə deyirəm, bu, Rusiya üçün birinci dərəcəli məsələ deyil və çətin ki, belə bir şeyə görə Rusiyanın həm İranla, həm də Azərbaycanla münasibətləri korlansın. Ancaq bunun ətrafında bir növ oyun var. Düşünürəm ki, müşahidə etdiyimiz bəzi toqquşmalar var. İran heç bir şəkildə Ermənistanla əlaqəsini kəsmək istəmir”, - İskəndəryan vurğulayıb.

Sonda ekspert onu da əlavə edib ki, Zəngəzur dəhlizinin əhəmiyyəti çox şişirdilib və buna ehtiyac yoxdur.

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti