mansur-yavas-chp-den-gedir

“Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş rəsmi olmasa da, faktiki olaraq Cümhuriyyət Xalq Partiyası (CHP) ilə yollarını ayırıb”.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli politoloq Zafer Şahin “Yavaş’ın CHP’ye vedası” adlı köşə yazısında bildirib.

Onun sözlərinə görə, M.Yavaşın sentyabrın 7-də CHP-nin Nizamnamə Qurultayında dediyi bir cümlə üstüörtülü vida mesajı olub: “Mən də Əkrəm İmamoğlu kimi sizin qarşınızda hazır şəkildə çıxış etmək istərdim. Amma mənə 1 saat əvvəl telefonla məlumat verdilər. Təəssüf ki, biz buradan nifaq atəşinə benzin tökmüş oluruq!”

Bundan başqa, Mansur Yavaş HÜDAPAR (Hürr Dava Partiyası) daxil olmaqla, DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyalarını tənqid edib: “Bizim milli bayramlarımız qeyd olunur, amma bu bayramları keçirməyən iki partiya var. Düşünürəm ki, onlarla məsafə saxlanılmalıdır”.

Bunun ardınca Şahin yazır: “Bəs Türkiyə siyasətində hansı partiya DEM Partiyası ilə məsafə saxlamır, əksinə, “Şəhər Konsensusu” deyib birlikdə yola çıxır? Yavaşın son 10 ildə 3 dəfə Ankara namizədi olduğu və hələ də siyasətlə məşğul olduğu CHP...

Yəni öz partiyasına ultimatum verir. “DEM varsa, mən yoxam” deyir. Bu bəyanatın isə iki ünvanı var: Özgür Özel və Əkrəm İmamoğlu”.

Fotoda CHP sədri Özgür Özel və İstanbul meri Əkrəm İmamoğlu

Politoloq bildirib ki, Ankara lobbilərində Yavaşın 2028-ci ildə prezidentliyə namizəd olmaqda qərarlı olduğu, ilin sonunda CHP-dən ayrılacağı və seçkiyə qədər müstəqil bələdiyyə sədri olaraq davam edəcəyi iddia edilir. Bu layihə o qədər konkretləşib ki, hətta M.Yavaşın özündən sonra bu postda görmək istədiyi ad da bəllidir: Keçiören Bələdiyyəsinin rəhbəri Mesut Özarslan...

Fotoda Mesut Özarslan

Zafer Şahin onu da əlavə edib ki, hazırda M.Yavaşı CHP-də saxlayacaq yeganə siyasi aktyor partiyanın sabiq lideri Kamal Kılıçdaroğludur: “CHP-nin keçmiş lideri okey oyununda ən çox axtarılan dördüncü oyunçu kimidir.

Kimin masasında əyləşsə, onun oyunu oynanılacaq. Daha doğrusu, önü açılacaq. Məhz buna görə həm İmamoğlu, həm də Yavaşın gözü Kılıçdaroğludadır.

Beləliklə, 2028-ci ildə 3 namizədli prezident seçkilərinə hazır olun”.

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti