2018.11.04 23:01

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən başladı.

 

Sanksiyaların ikinci mərhələsi əsasən İranın neft, maliyyə və gəmiçilik sektoruna aid ediləcək. Yeni sanksiyalara əsasən, İranla neft ticarəti və digər sahələrdə ticarət əlaqəsi quran ölkələr də ABŞ sanksiyalarına məruz qalır.

ABŞ-ın hazırladığı yeni qara siyahıya 700-dən çox şəxsin, təşkilatın, təyyarə, gəmi, neft və nəqliyyat şirkətlərinin, böyük bankların adı daxil edilib. ABŞ Maliyyə Nazirliyinin öz saytında yerləşdirdiyi İrana qarşı yeni sanksiyaların mətnində isə siyahıya daxil edilənlərin İran hökuməti, İran Neft Şirkəti (NİOC), “Naftiran İntertreyd Kompani” və İran Mərkəzi Bankıyla bağlı olan insanlar və şirkətlər olduğu bildirilib.

Sanksiyalar İranın neft sektorunu əhatə etməsinə baxmayaraq, ABŞ hələlik bu istiqamətdə Tehranla ticarət həyata keçirən 8 ölkəyə güzəşt tətbiq edib. Bu ölkələrə İrandan neft alışını əhəmiyyətli şəkildə azaltmaları üçün gələn ilin ortalarına qədər vaxt verilib.

İran dünyada üçüncü ən böyük neft ehtiyatı olan ölkə sayılır. Gündəlik 2,87 milyon barrel neft hasil edən Tehran öz ixracatının 1,4 milyon barrelini Çin və Hindistana tədarük edir. Ümumilikdə İran neft ixracatının 60%-ni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya həyata keçirir. Yerdə qalan neft isə AB, Türkiyə və BƏƏ-yə ixrac edilir.

Sentyabr ayının göstəricilərinə əsasən, İranın neft ixracı 970 min barel, yəni 34% azalıb. Bəzi ekspertlər bu azalmadan ən çox qazanan ölkələrin Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ olacağını iddia ediblər. Bu ölkələr artıq indidən İrandan sonra boşalan mövqeləri tutmağa və digər ölkələrə öz neftlərini təklif etməyə başlayıblar.

İrana qarşı sanksiyaların bitməsi üçün ABŞ may ayında 12 şərt irəli sürüb. Vaşinqton bu şərtlərin icra ediləcəyi təqdirdə ABŞ-ın İrana qarşı sanksiyaları tam ləğv edəcəyi bildirilib. İran artıq indidən bu şərtlərin heç birinə əməl etməyəcəyini açıqlayıb.

ABŞ İranla bərabər onun müttəfiqlərinə qarşı sərt siyasət tətbiq etməyə başlayıb. Belə ki, hazırkı sanksiyalar qüvvəyə minməzdən öncə ABŞ Hizbullaha qarşı da sanksiyalarını sərtləşdirib.

16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub

Xəbər lenti