![]() |
|
Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.
Qol.az-ın məlumatına görə, o, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib.
"Darıca Gənclərbirliyi” 2-ci liqada 17 turdan sonra 20 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşb.
Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib.
Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.
Axar.az xəbər verir ki, 167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.
Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə örnək addımi ilə yadda qalıb.
Qol.az xəbər verir ki, 36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib.
Sadıqov aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.
Şəkil Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.
Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kristiano Ronaldonun məhsuldar seriyası qırılıb.
Goal.az xəbər verir ki, ardıcıl 7 il 50 qol səddini fəth edən hücumçu 2010-cu ildən sonra ilk dəfə bunu bacarmayıb.
İtaliya çempionatının Sampdoria ilə matçında dubla imza atan Ronaldo qol sayını 49-a çatdırıb. “50”nin bir addımlığında qalan forvard son 7 ildə daha məhsuldar olub.
O, 2011-ci ildə 60, ardınca 63, 69 və 61, son üç ildə 57, 55 və 53 qola sevinib.
Özümü dünyanın ən ağıllı insanı hesab etmirəm. Amma əslində axmaq da deyiləm. "Liverpul"un artıq çempion olduğunu düşünmək ən azı axmaqlıq olar.
Goal.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 20-ci turunda "Arsenal"ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Dünənki qələbədən sonra liderliyini möhkəmləndirən mersisaydlılar hazırda ən yaxın izləyicisi "Tottenham"i 9 xal qabaqlayır. Ancaq alman mütəxəssis bu fərqin heç bir önəm kəsb etmədiyini düşünür:
"9 xallıq fərq hələ heç nə demək deyil. Həqiqətən dekabrda komandanın neçə xalının olması vacib deyil. Çünki bütün suallara mövsümün sonunda aydınlıq gələcək".
Klopp "Arsenal"la matçdan əvvəl "Tottenhem"in xal itirməsindən xəbərdar olduqlarını söyləyib:
"Amma açığı, həmin vaxt daha çox öz oyunumuzu fikirləşirdik. Bizim həmin an şənlik təşkil etdiyimizi düşünürsünüz? Futbolçulardan hansınınsa buna görə paltardəyişmə otağında güldüyünü görmədim. Biz sadəcə, öz oyunumuza köklənməliyik".
Klopp sonda jurnaistlərə də söz atıb: "Əgər 3 xal itirsəydik, siz jurnalistlər o dəqiqə başlıq yazacaqdınız ki, "Onlar artıq əsəbləşirlər". Hər birinizin həqiqətən mənim yerimdə olmağını istərdim. Mən isə sizin yerinizdə olardım".
Qeyd edək ki, 54 xalı olan "Liverpul" hazırda 2-ci pillədəki "Tottenhem"i 9, 1 oyun az keçirən və 3-cü sırada qərarlaşan "Mançester Siti"ni isə 10 xal qabaqlayır.
Türkiyənin “Başakşəhər” klubunun son transferi yerli mediada müzakirələrə səbəb olub.
Axar.az-ın verdiyi məlumata görə, brazilyalı Robinyonun “Sivasspor”dan alınması suallar doğurub. Türk mediası ölkə komandalarının maliyyə problemi yaşadığı bir dövrdə “Başakşəhər”in Arda Turana ildə 5 milyon avro, Adebayora 4.5 milyon avro, Klişiyə 3 milyon avro maaşı hansı maliyyə qaynağından verdiyini sual edir.
Robinyonun transferinə isə 2 milyon avro ödənildiyi bildirilir. Klubun forma satışından, reklamdan, Avropadakı nəticələrdən hər hansı qazancı olmadığı yazılıb.
“Cümhuriyyət” qəzetinin idman yazarı Bilgin Gökbərk klubun başqanı Göksəl Gümüşdağın Prezident Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın qohumu olmasına diqqət çəkib.
Əfsanəvi futbolçu Dieqo Maradona baş məşqçisi olduğu Meksika "Dorados"unun düşərgəsində bir neçə gündür görünmür.
Report-un məlumatına görə, dekabrın 26-dan komandanın mövsümöncəsi məşqləri fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında gerçəkləşir. Maradonanın kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir. Onun yeni transferlərdən və köməkçiləri ilə bitən müqavilənin uzadılması istiqamətində danışıqların aparılmamasından narazı olduğu deyilir. Argentinalı mütəxəssisin özünün "Dorados"la müqaviləsi 2019-cu ilin yayınadəkdir.
Qeyd edək ki, Dieqo Maradona mayda Belarusun "Dinamo" (Minsk) klubunda İdarə Heyətinin sədri postunu tutub. Lakin Maradona orada da uzun müddət görünməyib. O, "Dorados"a sentyabrın 7-də baş məşqçi təyin olunub.
Rusiyanın Sank-Peterburq şəhərində şahmatın rapid növü üzrə dünya çempionatı keçirilib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışı gümüş medalla başa vurub.
Təmsilçimiz keçirdiyi oyunlarda ümumilikdə 10,5 xal toplayıb. Onu çempionluqdan cəmi yarım xal ayırıb. Belə ki, 11 xal toplayan rusiyalı Daniel Dubov dünya çempionu olub.
Bürün medalı isə ABŞ şahmatçısı Hikaru Nakamura (10,5 xal) qazanıb.
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub.
Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.
39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.
Qeyd edək ki, S.Əliyev ötən mövsüm “Səbail”ə rəhbərlik edib.
“Yuventus” yaxşı komandadır. Əvvəl də belə idi, Ronaldonun transferindən sonra isə daha yaxşı olub.
Qol.az xəbər verir ki, bu sözləri “Marca”ya açıqlamasında “Barselona”nın futbolçusu Lionel Messi deyib.
Argentinalı hücumçu Turin klubunu bu mövsüm Çempionlar Liqasını qazanmağa əsas namizədlərdən olduğunu bildirib.
Qeyd edək ki, mövsümün əvvəlində “Real”dan “Yuventus”a keçən Ronaldo Turin klubunda 18 oyuna 12 qol vurub, 5 məhsuldar ötürmə edib.