![]() |
|
"Qarabağ" UEFA Avropa Liqasının V turunda Portuqaliya "Sportinq" ilə oyunda sosial layihəyə imza atıb.
Report xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları meydana məcburi köçkün olan şəhid ailələrinin övladları ilə çıxıblar.
Onların sırasında "Qarabağ"ın ilk baş məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi və 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu da var.
21:11
Bu gün Avropa Liqasının V tur matçında üz-üzə gələcək "Qarabağ" və Portuqaliya "Sportinq"inin start heyətləri açıqlanıb.
Axar.az xəbər verir ki, meydan sahiblərinin heyətində kapitan Rəşad Sadıqov da meydana çıxacaq. Beləliklə, o, avrokuboklarda 100-cü oyununu keçirəcək.
"Qarabağ": 13. Vaqner, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 13. Vaqner, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
"Sportinq": 40. Renan Ribeyro, 4. Sebastyan Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 8. Brunu Fernandeş, 17. Luiş Nani (k.), 23. Abdulay Diabi, 28. Bas Dost, 37. Vendel, 76. Brunu Qaşpar, 86. Nemanya Qudel
Ehtiyat oyunçular: 19. Roman Salen, 18. Karluş Mane, 25. Padosav Petroviç, 63. Tyaqo Calo, 77. Jovane Kabral, 90. Migel Luiş, 95. Tyerri Korreya
Baş məşqçi: Marsel Kayzer
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.
***
Yerli vaxtla 21:55-də “Qarabağ” – “Sportinq” matçı başlayıb.
Oyun Bakı Olimpiya stadionunda keçirilir.
01:18
Noyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna iki oyunla start verilib.
Axar.az xəbər verir ki, Rusiyanın “Lokomotiv” klubu Moskvada Türkiyə təmsilçisi “Qalatasaray”ı qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Donk (öz qapısına) və İqnatyev fərqləniblər.
Bununla da İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. Hesabında 4 xal olan “Qalatasaray” ikinci pillədə qərarlaşan “Şalke”dən 4 xal geri qalır.
***
Çempionlar Liqasının qrup mərhələsinin V turunun digər matçlarının nəticələri aşağıdakı kimi yekunlaşıb:
"Atletiko Madrid" 2-0 "Monako"
"Borussiya Dortmund" 0-0 "Brüqqe"
"Porto" 3-1 "Şalke"
"Napoli" 3-1 "Srvena Zvezda"
PSJ 2-1 "Liverpul"
PSV 1-2 "Barselona"
"Totenxem" 1 -0 "İnter"
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.
Axar.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib.
AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya) - 0:2
“Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) - 5:1
“Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:2
“Hoffenhaym” (Almaniya) - “Şaxtyor” (Ukrayna) - 2:3
SSKA (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya) - 1:2
“Roma” (İtaliya) - “Real” (İspaniya) - 0:2
“Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) - 1:0
“Mançester Yunayted” (İngiltərə) - “Yanq Boyz” (İsveçrə) - 1:0
Bu gün Topaz Premyer Liqasının 12-ci turunda "Səbail" və "Neftçi" klubları üz-üzə gəlib.
Axar.az xəbər verir ki, matç "Neftçi"nin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Baqali Dabo (41) və Emin Mahmudov (53) vurub.
Bu hesabla lider "Neftçi" ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 5-ə çatdırıb.
Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ı qəbul edir.
Bu gün İran çempionatında Təbrizin şanlı “Traktor” komandası Tehran təmsilçisi “Persepolis”in qonağı olub.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, Bakı vaxtilə saat 15:30-da “Azadi” stadionunda başlayan matç qolsuz heç-heçə ilə başa çatıb.
Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.
Belə ki, matçın başlamasına 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər “Traktor” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.
Qeyd edək ki, İran liqasının turnir cədvəlində “Traktor” 23 xalla 3-cü, “Persepolis” isə 21 xalla 4-cü yerdə qərarlaşıb.