![]() |
|
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Axar.az xəbər verir ki, İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində keçirilən püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası rəqibləri bəlli olub.
Yığma AVRO-2020-nin final mərhələsinə düşmək üçün “E” qrupunda Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə qarşılaşacaq.
![]() ![]() ![]() ![]() |
İtaliyanın “Milan” futbol klubu qış transfer pəncərəsində bir çox futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” idman nəşri məlumat yayıb.
UEFA ilə maliyyə məsələlərində ciddi çətinliklə üzləşən İtaliya klubu ötən mövsüm heyətinə cəlb etdiyi bir çox ulduzun xidmətindən imtina edəcək. Bunların sırasında adı ən birinci hallanan isə “Milan”ın türk ulduzu Hakan Çalhanoğludur. Kluba gəldiyi gündən etibarən ümidləri doğrultmayan türk futbolçunun da komandadan ayrılmaq niyyətində olduğu qeyd olunub.
Xatırladaq ki, Hakan Çalhanoğlu bu mövsüm oynadığı 15 qarşılaşmada 1 qol vurub və 7 assist edib. Türk futbolçu ilə Almaniyanın “Leypziq” və “Şalke04” komandalarının maraqlandığı iddia olunur.
Noyabrın 30-da Şüvəlandakı Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku yarışları başa çatıb.
Axar.az Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın sonuncu günündə körpücük üzərinə 89, 96, 102, 109 kiloqram və 109 kiloqramdan yuxarı çəki dərəcələrində kişi idmançılar çıxıblar.
Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan kubokunun qalibi adını qazanıblar.
Azərbaycan kuboku yarışlarının keçirilməsində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir. Turnirdə şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq-Gənclər İdman mərkəzlərinin dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayır.
Xatırladaq ki, turnirin birinci günündə körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kiloqram (78+93) nəticə və 233,29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kiloqram (72+92) nəticə və 213,11 xalla Firuzə İbrahimova çıxıblar.
Kişilərdən isə ilk olaraq 49, 55 və 61 kiloqram çəki dərəcələrində atletlər qüvvələrini sınayıblar. Bu çəki dərəcələrində müvafiq olaraq, Əvəz Tağıyev (toplam 152 kiloqram), Ömər Cavadov (198 kiloqram) və Elməddin Hüseynov (228 kiloqram) qalib olublar. 67 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişilərin yarışında Məhəmməd Məmmədli (67 kiloqram) toplam 267 kiloqram (116+151) nəticə ilə qızıl medala sahib çıxıb. Ondan cəmi 1 kiloqram geri qalan Rüstəm Qasımov (120+146) gümüş medal əldə edib. Fəxri kürsünün üçüncü pilləsinə isə 255 kiloqram (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb. Paşa İbrahimli (73 kiloqram) isə toplam 291 kiloqram (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə toplam 260 kiloqram (120+140) nəticə ilə Füqan Əliyev, üçüncü yerdə isə 248 kiloqram (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıblar. Kişilər arasında 81 kiloqram çəki dərəcəsində isə Kənan Əliquliyev 290 kiloqram (130+160) nəticə ilə qızıl medala sahib çıxıb. İsmayıl Baxışov 249 kiloqram (111+138) nəticə ilə gümüş, Həmid Qocayev isə 248 kiloqram (118+130) göstərici ilə bürünc medala sahib olub.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.
Axar.az xəbər verir ki, kişi şahmatçıların ilk 100-lüyündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.
Teymur Rəcəbov 1757 xalla 14-cü və Arkadi Naydiç 2736 xalla 20-dir. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Qadınların ilk ən güclü 100 şahmatçısı siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47 pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.
Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.
![]() ![]() ![]() ![]() |
Bu gün “Neftçi” klubunun SSRİ çempionatının bürünc medalını qazanmasından 52 il ötür.
Kult.az xatırladır ki, “Neftçi” 1966-cı il noyabrın 30-da Moskva “Spartak”ını Eduard Markarov və Anatoli Banişevskinin (2) qolları ilə 3:0 məğlub edərək, çempionatın bürünc medallarını qazanıb.
Bu tarixi qələbədən sonra keçirilən mükafatlandırma mərasimində təşkil olunmuş tədbirdə görkəmli aktyorumuz, xalq artisti Lütfəli Abdullayev də iştirak edib. O, tədbirdə “Neftçi”nin qapıçısı kimi rol alıb.
Sözügedən görüntüləri təqdim edirik:
Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdur. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi.
Report xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Oyundan razı qaldınız?
- Əlbəttə ki, xeyr.
- Hansı mövqedən və ya futbolçudan ən çox narazı qaldınız?
- Mövqe dedikdə, hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. “Sportinq” Portuqaliyanın ən yaxşı uşaq futboluna malikdir. Avropa çempionu olduqları ildə 12-14 futbolçu “Sportinq” məktəbinin yetirməsi olub. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır.
- Dediniz ki, bu oyun real gücümüzü göstərdi. Kosovo ilə matçda da eyni cümləni işlətmişdiniz. İnkişaf etməyimiz üçün beyninizdə planlar varmı ki, “Sportinq” kimi komandalara böyük hesabla uduzmayaq?
- Bəli, belə bir söz Kosovo ilə görüşdən sonra da işlətmişdim. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədirlər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, öz üzərilərində daha çox çalışmalıdırlar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budur. Böyük inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərlə mübarizə apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol çox sürətlə inkişaf edir.
- Futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş insanların övladları ilə çıxmışdılar. Bu, böyük motivasiya olmalı idi. Amma bunu görə bilmədik...
- Qolların çoxunu səhvdən buraxdıq. Xüsusən də ikinci qolu bu cür buraxmamalıydıq. Deməzdim ki, motivasiyaları yox idi. Qol buraxdıqdan dərhal sonra qol vurduq. Rəqib qapısı qarşısında imkanlarımız oldu. İlk hissədə hücum planında pis deyildik, hücumlarımız alınırdı. Daha artığını etmək olardı. Amma rəqib topla həddən artıq yaxşı oynadı. Başqa cür oyun planlaşdırmışdıq ki, topla daha çox oynayaq. Amma yeni baş məşqçi amili də rəqibin oyununa təsir etdi. Deməzdim ki, uşaqlar oynamaq istəmirdilər. Hər halda, hansı uşaqlarla meydana çıxdıqlarını düşünürdülər.
Oyuna çox yaxşı başladıq. Birinci və ikinci qolu yaxşı vəziyyətdən vurduq. “Qarabağ”ı çox bəyənirəm. Açığı, bu hesabı gözləmirdim. Amma bu gün yaxşı oynadıq. Bunu bazar günü çempionat matçında da gözləyirəm.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sportinq”in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə udduqları oyundan sonra mətbuat konfransında deyib.
- Komandanın çıxışına neçə bal verərdiniz?
- Yaxşı oynadıq. 10 ballıq şkala ilə 7-8 bal verərəm.
- Görmək istədiyiniz “Sportinq” budur?
- Qısa müddətdi bir yerdəyik. Amma komandanın mübarizəsini bəyənirəm. Pressinq, göstərilən futbol, boşluqlardan yararlanmaq. 3 həftəlik müddətdə kifayət qədər yol qət etmişik. Amma hələ müəyyən vaxta ehtiyacımız var. Daha yaxşı oynaya bilərik.
- Son iki oyunda 10 qol vurdunuz. Komandadan razısınızmı?
- Əlbəttə. Komandada qol vuran futbolçu çoxdur. Həm yarımmüdafiəçilər, həm hücumçular bunu bacarırlar. Bu da məşqçi üçün yaxşı haldır. Mövsümdə bəzən pis periodlar da ola bilər. Əsas odu ki, ümumilikdə mövsümü yaxşı keçirək.
- Daha yaxşı ola biləcəyinizi dediniz. Nəyi nəzərdə tutursunuz?
- Daha yaxşı oynaya bilərik dedikdə, 90 dəqiqə topu ayağımızda saxlamağı nəzərdə tutmuram. Bu gün 60-70 dəqiqə topa nəzarət etdik. Əsas topu hara ötürdüyünü bilməkdi. İki həftəlik performansdan razıyam.
- Vendel son iki oyunda çıxış etdi və bu gün məhsuldar ötürmə verdi. Onda hansı dəyişiklik etmisiniz? Bu, psixoloji məqamdan qaynaqlanır?
- Bilmirəm. Əsas heyətdə meydana buraxdım. Futbol oynamağı bacarır. Həm məşqdə, həm də oyunda özünü doğruldur.
- Bəlkə, 6 aydan sonra yenidən Bakıya qayıtdınız. Stadionla bağlı nə deyə bilərsiniz?
- Məni indi düşündürən növbəti oyundur. Amma deyə bilərəm ki, şəhəri gəzmişik və bəyənmişəm.
- “Qarabağ”ı bəyəndiyinizi dediniz. Rəqib hansı komponentdə sizi razı saldı?
- İlk hissədə bizə bəzi çətinlik yaşatdı. Topların cinahlara keçilməsində çətinliklərlə üzləşirdik. Cinah müdafiəçiləri də hücumlara qoşulurdular. Fasilədə bu haqda danışdıq və nəzarət altında saxlamaq barədə məsləhət gördük. İkinci hissədə bunu etdik və xeyrini gördük.
Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov “Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb.
Teleqraf.com xəbər verir ki, idmançının bu hərəkəti birmənalı qarşılanmayıb.
Kandelaki Instagram hesabında videonu paylaşaraq qeyd edib ki, Ramzan Kadırov onunla görüşdə əlini sıxdığı halda Nurməhəmmədov bunun əksini edib.
İdmançının Kandelakinin paylaşımına cavabı belə olub.
“Tina, mənim sizin əlinizi sıxmamağım, elə sizə olan böyük hörmətimi göstərirdi. Əgər nə isə düz anlaşılmayıbsa, üzürlü sayın”, - o qeyd edib.