![]() |
|
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Ağsu” – “Sabah” oyunu zamanı meydan sahiblərinin baş məşqçisi Rüfət Quliyevin səhhətində problem yaranıb.
Bu barədə Report- 46 yaşlı mütəxəssisin özü məlumat verib. R.Quliyev bildirib ki, təzyiqi düşdüyü üçün matçdan sonra təşkil edilən mətbuat konfransına da qatıla bilməyib: “Oyunun gedişində səhhətimdə problem yarandı. Özümü pis hiss etdiyim üçün dördüncü hakim İnqilab Məmmədovda vəziyyəti dedim və “mətbuat konfransına qatılmasam problem olmaz ki”, - deyə soruşdum. O da heç bir probemin olmadığını söylədi. Matçdan sonra həkim yoxladı və təzyiqimin düşdüyü məlum oldu. Vəziyyətimin stabilləşməsi üçün iynə vuraraq, 5-10 dəqiqə uzanmağımı tövsiyyə etdi. Mətbuat konfransına isə köməkçim Arif Rizvanov yollandı".
Qeyd edək ki, matç “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
![]() ![]() ![]() ![]() |
Ukraynanın "Şaxtyor" və Fransanın "Lion" komandaları arasındakı Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının məkanı dəyişdirilib.
Report xəbər verir ki, əvvəlcədən Xarkovda keçirilməsi nəzərdə tutulan qarşılaşma Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq.
Səbəb kimi ölkənin bəzi regionlarında tətbiq edilən hərbi vəziyyət göstərilib.
Qeyd edək ki, "Lion" bu qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Qurum daha öncə eyni səbəbdən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin - Ukrayna "Vorskla"sı və İngiltərə Arsenal"ının matçını Poltavadan Kiyevə dəyişib. “Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda “Metallist” stadionunda keçirir.
![]() ![]() ![]() ![]() |
“Sumqayıt” futbol komandasının Topaz Premyer Liqasının 13-cü turunda “Səbail” üzərində qazandığı qələbə klub üçün əlamətdar olub.
Klubun mətbuat xidmətindən Axar.az–a bildiriblər ki, bu, “Sumqayıt”ın Premyer Liqada 60-cı qələbəsi kimi komandanın tarixinə düşüb. Kollektiv 60 qələbəni 237 oyunda əldə edib. Qələbələrin 41-i ev, 19-u isə səfər qarşılaşmalarında qazanılıb.
Eyni zamanda, bu, Sumqayıt təmsilçisinin baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ilk qələbəsi kimi də yadda qalıb.
“Sumqayıt” klubu XIII turdan sonra 14 xalla turnir cədvəlində altıncı sırada qərarlaşıb.
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.
Axar.az AFFA-ya istinadla xəbər verir ki, S.Hacıyev futbol üzrə UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray”–“Porto” oyununun UEFA nümayəndəsi olacaq.
Oyun dekabrın 11-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçiriləcək.
“Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Zabit Səmədovun Belarusda keçirilən görüşdə nokauta salaraq qalib gəldiyi idmançı, rusiyalı “Molekul Ada” ləqəbli Yevgeni Orlov İtaliyada yaşayan tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Füzuli Məmmədovun cangüdənlərindən biridir.
Axar.az Reyting.az-a istinadən xəbər verir ki, Yevgeni Orlov bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın paytaxtı Bakıda da olub. Onun ölkəmizə gəlməsinin səbəbi Füzuli Məmmədovun bacısının vəfat etməsi ilə bağlı olub. Tanınmış iş adamının mühafizəçisi kimi hüzr mərasimində iştirak etmək üçün Ordubad rayonuna gələn Yevgeni Orlov sonradan Füzuli Məmmədovla Bakıya gələrək bir neçə gün burada da qalıb.
Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun fikrincə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb. Zabit Səmədovla qürur duyduğunu vurğulayan Füzuli Məmmədov onun yarışlarını sevə-sevə izlədiyini, uğurlarına sevdindiyini dilə gətirib. Onun vətənpərvər idmançı kimi Azərbaycan gənclərinə örnək olduğunu ifadə edib. O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır.
F. Məmmədov bildirib ki, Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Onun fikrincə, beynəlxalq səviyyəli idman yarışlarının Azərbaycanda keçriliməsinin ölkəmizin dünyadakı milyonlarla idman həvəskarına tanınmasında mühüm rolu var. F. Məmmədov belə bir turnirin Bakıda da keçrilməsini istəyir və dəstək verməyə hazır olduğunu bildirir. O, qeyd edib ki, Bakıda keçrilən rinqdə Y. Orlov və digər peşəkar idmançılar da rinqə çıxa bilərlər.
AFFA 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi ölkələrin xəritəsində Naxçıvanın Ermənistanın ərazisi kimi təqdim edilməsi ilə bağlı UEFA-ya müraciət ünvanlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözlərinə görə, AFFA sözügedən qurumdan yanlışlığın aradan qaldırılmasını tələb edib.
Qeyd edək ki, bundan əvvəl Unikal.org saytı UEFA-nın rəsmi saytında 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi 13 ölkənin xəritəsində Naxçıvanın Ermənistanın ərazisi kimi qeyd edildiyini yazmışdı.
2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.
18:49
Topaz Premyer Liqasının 13-cü turunda keçirilən “Qəbələ” - “Zirə” matçı hesab 0-0 ikən yarımçıq dayandırılıb.
Axar.az xəbər verir ki, görüşün baş hakimi Vüqar Həsənli matçın 57-ci dəqiqəsində Qəbələ şəhər stadionundakı dumana görə oyunun dayandırılması barədə qərar qəbul edib.
Bundan sonra futbolçular paltardəyişmə otağına yollanıblar.
***
"Qəbələ" - "Zirə" matçı qatı duman səbəbindən təxirə salınıb. Görüş sabah 13:00-da qaldığı yerdən - 57-ci dəqiqədən davam edəcək.
![]() ![]() ![]() ![]() |
“Neftçi” klubu Topaz Premyer Liqasının 13-cü turunda keçirilən “Sabah”la matçda baş verən olaylarla bağlı bəyanat yayıb.
Axar.az sözügedən bəyanatı təqdim edir:
“Neftçi” Peşəkar Futbol Klubu olaraq bəyan edirik ki, Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyununda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün “Neftçi” azarkeşlərini təmsil etmir. Komandamızın minlərlə azarkeş ordusu hər zaman klubuna sadiqliyi ilə, onun ağır günündə belə yanında olmaqla seçilən fanatlardır. Onlar daima meydanda rəqibə hörmətlə yanaşıblar və yalnız öz futbolçularını qələbəyə səsləyiblər. “Neftçi” ailəsi olaraq, dünən meydandan kənarda baş verən bu cür aqressiv hərəkətlərə görə təəssüf edirik və bütün azarkeşləri idman prinsiplərinin əsası olan rəqibə hörmətlə yanaşmağa çağırırıq.
“Neftçi” PFK stadionlarda bütün qeyri-peşəkar addımlara, aqressiv təcavüzün yaranmasına qarşıdır. Bu cür davranış, ilk növbədə, komandamızın imicinə zərbə vurur və bütün bunlar kluba müəyyən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər. “Neftçi” azarkeşlərinin meydanda nə baş verdiyindən asılı olmayaraq, təcavüzkar davranışlardan uzaq qalmağa çağırırıq. Onları Azərbaycanın ilk peşəkar futbol klubu olaraq, daima sadiq olduğumuz ən yüksək standartlara və davranış normalarına riayət etməyə səsləyirik. “Neftçi” PFK hər zaman tribunalara mümkün qədər çox insanı, o cümlədən xanımları və uşaqları cəlb etmək üçün hər cür cəhdləri dəstəkləyib və klub olaraq bu istiqamətdə də əməli addımlar atmaqda davam edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə almaqla, oyunlar zamanı tribunalarda istənilən təhqirə, söyüşə qarşı olduğumuzu bəyan edirik və ilk növbədə də azarkeşlərimizi “Neftçi” üçün buna əməl etməyə dəvət edirik.
“Neftçi” PFK olaraq, AFFA-nın İntizam Komitəsinin qərarını gözləmədən, dünənki oyunda “Əlincə Arena”ya bizim azarkeşlər tərəfindən dəymiş zərəri qarşılamağa hazırıq. Eyni zamanda, fanatlarımıza müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət edirik. Əks təqdirdə, “Neftçi”yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik.
Oyun ərzində futbolçularımızın və klub nümayəndələrinin qeyri-obyektiv qərarlara qarşı reaksiyasının anlayışla qarşılanmasını, “Neftçi” rəhbərliyinin sakit bir şəkildə, reqlament çərçivəsində addımlar atdığını bəyan edirik. Artıq müvafiq strukturlara müraciət edilib, onlardan obyektiv və qərəzsiz qərarlar gözləyirik”.
Türkiyə Super Liqasında həftənin əsas oyununda "Beşiktaş" və "Qalatasaray" klubları üz-üzə gəlib.
Axar.az xəbər verir ki, derbi matç 1-0 "Beşiktaş"ın qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 18-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən Adem Layiç vurub.
Bu nəticədən sonra "Beşiktaş" lider "Başakşəhər"lə xal fərqini 6-ya endirib.
Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik. Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır.
Axar.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.
46 yaşlı mütəxəssis bildirib ki, hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar:
"Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".
Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.