![]() |
|
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanın “iddiaları”na cavab verib.
Rəcəbov feysbuk hesabında cavabı ilə rəqibini məğlub edib:
“Şahmat strategiya və zəka dünyasıdır, burada hər bir hərəkət dərin düşüncə və diqqətli təhlil tələb edir. Bu oyunda manipulyasiyaya və yalana yer yoxdur. Bizə dürüstlüyü və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəmişlər və təkcə lövhədə deyil, həm də ifadələrində dürüstlük nümayiş etdirməyə borcludurlar.
Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil.
Yadımdadır, 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Aronyan “əlinə silah alıb müharibəyə getməyə hazır olduğunu” demişdi.
Bəs riyazi təfəkkürə malik olan Aronyan fikirləşdimi ki, bu bəyanatı ilə əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib, Xankəndindəki separatçıları ruhlandırıb və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə öz töhfəsini verib?
Şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq dünyanın hər yerindən insanları birləşdirir. Bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, burada hətta Soyuq Müharibə dövründə də şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.
Əsrlər boyu ermənilərlə azərbaycanlılar yan-yana, mehriban qonşuluq şəraitində yaşamış, birgə çalışmış, sevinmiş, kədərlənmişlər. Lakin 90-cı illərdə erməni şovinizmi, separatizm Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin beynini zəbt etdi”.
Teymur Rəcəbov Aronyana ermənilərin illərdir, xalqımıza etdiklərini xatırladıb:
Ətraflı
Ad - 00:25
“44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın erməni işğalı altında olan rayonlarımızı azad etdi və Ermənistanı təslim olmağa, həmçinin tam məğlubiyyətini etiraf etməyə məcbur etdi. Levon Aronyan susdu.
Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri, şəhərləri - bütün evlərin, tikililərin xarabalıq qalasına çevrildiyini göstərəndə o, susdu. Aronyan Qafqazın Xirosiması - erməni işğalçıları tərəfindən yer üzündən silinmiş Ağdam şəhəri haqqında heç nə deməyib. Dağıdılan və ya tövləyə çevrilən məscid və ibadət evləri haqqında da həmçinin. On minlərlə azərbaycanlı vəhşicəsinə işgəncələrə məruz qalıb, öldürülüb. Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi misilsiz müsibətlər haqqında da susdu. Yox, o, inadla susdu. İndi danışdı.
O, “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək, Azərbaycana qarşı ittihamlar səsləndirib. İddia edir ki, Qarabağ erməniləri “blokadadır, onların nə yeməkləri, nə də dərmanları var”.
Ağdam-Xankəndi yolu işləyəndə, keçid məntəqəsi işlək vəziyyətdə olanda, hər iki istiqamətdə hərəkət edən yüklərə baxış keçirilərkən hansı “blokada”dan söhbət gedir. Məhz Azərbaycanın səyi ilə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yolları fəaliyyətə başladı. Qarabağ həm dünya ictimaiyyəti, həm də son vaxtlar Ermənistan tərəfindən tanınan Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpağıdır. Orada yaşayan ermənilər isə Azərbaycana inteqrasiya etməlidirlər.
"Oyanaq, insanlar. Biz susqunluğumuzla bəşəriyyətin əsrlər boyu utanacağı bir şeyin baş verməsinə icazə verə bilmərik. Biz nəslimizə baş verənlər haqqında danışmağı və bu biabırçı vəziyyəti dəyişdirə biləcək insanlara çatmağa borcluyuq”, - deyə Levon Aronyan yazır.
Mən tamamilə razıyam, Aronyan - gəlin susmayaq, gəlin Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirdiyi əsl soyqırımdan danışaq.
Günahsız və silahsız insanların qətlə yetirilməsindən, qocaların güllələnməsindən, süngüyə sancılan körpələrdən, hamilə qadınların diri-diri yandırılmasından, uşaqların döyülərək öldürülməsindən, dağıdılan şəhər və kəndlərdən, dağıdılmış daş-kəsmələrdən. Hələ uzun illər təmizləməli olduğumuz minalanmış sahələr haqqında.
Gəlin səmimi olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etibarının açarıdır. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir.
Və unutmayın ki, qrossmeysterlər öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”.
Qeyd edək ki, Levon Aronyan feysbuk hesabında Qarabağ ermənilərinin guya "blokada"da olması ilə bağlı paylaşım edib.
Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.
Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.
AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
17:00. Azərbaycan – Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”
Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)
AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları keçirilir.
Bu gün daha 7 qarşılaşma baş tutacaq.
D qrupunda yer alan Türkiyə millisi doğma meydanda Ermənistan seçməsi ilə qarşılaşacaq. Qrupun digər matçında Xorvatiya və Latviya yığmaları üz-üzə gələcəklər.
AÇ-2024, seçmə mərhələ
5-ci tur
8 sentyabr
A qrupu
20:00. Gürcüstan – İspaniya
22:45. Kipr – Şotlandiya
D qrupu
22:45. Türkiyə – Ermənistan
22:45. Xorvatiya – Latviya
J qrupu
22:45. Bosniya və Herseqovina – Lixtenşteyn
22:45. Lüksemburq – İslandiya
22:45. Slovakiya – Portuqaliya
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçib.
“Bu iddia ilə yerli “Fanatik” nəşri çıxış edib.
Bildirilir ki, 29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, “Adana Dəmirspor”da yerli statusda çıxış edəcək.
AVRO-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya ilə üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AFFA-nın rəsmi saytı xəbər verir ki, baş məşqçi Canni De Byazi beynəlxalq matçlar üçün 26 oyunçuya dəvət göndərib.
İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Səlahət Ağayev (“Səbail”)
Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Neftçi”), Yusif Nəbiyev (“Səbail”), Elvin Bədəlov (“Sumqayıt”), Qismət Alıyev (“Zirə”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə)
Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Emin Mahmudov, Filip Ozobiç (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Rüstəm Əhmədzadə (“Zirə”), Coşqun Diniyev (“Ümraniyespor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland)
Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə).
Qeyd edək ki, yığmamız sentyabrın 9-da Belçikanı, 12-də isə İordaniyanı qəbul edəcək. Hər iki görüş “Dalğa Arena”da keçiriləcək.
Türkiyə qadın voleybol milli komandası ilk dəfə Avropa Çempionu olub.
Final oyununda Serbiya ilə qarşılaşan Türkiyə ümumi hesabda 3-2 qazanaraq tarixində ilk dəfə Avropa Çempionu tituluna sahib çıxıb.
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edəcək.
Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.
Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
20:00. “Qarabağ” - “Olimpiya” (Sloveniya) (ilk oyun 2:0)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) avqustun 31-də keçiriləcək “Qarabağ”-“Olimpiya” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Qurumun baş inspektoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük verməlidirlər:
“Məlum olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.Bir daha əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi qeyd edib.
“Bu qələbə bizi arxayınlaşdırmamalıdır”.
"Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sloveniya klubu “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis Bakıdakı cavab qarşılaşmasına daha ciddi hazırlaşacaqlarını bildirib: “Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf eləməli olacağıq”.
Baş məşqçi qələbədə vacib rol oynayan məqamlara toxunub: “Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. “Olimpiya”nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu qeyd edərdim”.
O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib. Q.Qurbanov oyunu standart vəziyyətlər üzərində qurmadıqlarını vurğulayıb: “Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik”.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ulduz futbolçuları transfer etməklə adından söz etdirən Səudiyyə Ərəbistanı Pro Liqası daha bir sürpriz addım atır.
Offsideplus.az İtaliya mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı administrasiyası Pro Liqada çempion olan komandanın "wildcard" götürməsini və UEFA Çempionlar Liqasında oynamasını istəyir.
Sözügedən ölkə UEFA-ya edəcəyi müraciətdə Çempionlar Liqasında hər komandanın qruplar əvəzinə 8 matç oynayacağı 36 komandalı format təklif edəcək.
Bu yolla ərəblər Çempionlar Liqasında daha çox komandanın iştirak edəcəyini və öz klublarının iştirakına yer aça biləcəklərini düşünürlər.