Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. 

APA xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. 

Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. 

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Azərbaycan Premyer Liqasında XVI tur davam edir.

Bu gün daha iki oyun keçiriləcək.

İlk olaraq bölgə komandaları üz-üzə gələcəklər. Autsayderlər “Qəbələ” ilə “Kəpəz” birincilərin meydançasında qarşılaşacaqlar. Hazırda “qırmızı qaralar”ın hesabında 11, sonuncu pillədəki gəncəlilərdə isə 10 xal olduğundan, oyun prinsipial xarakter daşıyır.

Günün ikinci matçında “Zirə” meydançaya çıxacaq. Rəşad Sadıqovun kollektivi doğma arenasında “Araz-Naxçıvan”ı qəbul edəcək. Ötən turda “Neftçi”yə uduzan bakılılar daha bir xal itkisi ilə rəqiblərinin ona yaxınlaşmasına şərait yarada bilər. Naxçıvan təmsilçisi qalib gələrsə, aradakı xal fərqini 3-ə endirəcək. Hazırda “Zirə” 28 xalla ikinci, “Araz-Naxçıvan” isə 22 xalla beşinci sıradadır.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları dekabrın 10-da keçiriləcək.

Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

Sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Görüşü Tural Qurbanov idarə edəcək. "Köhlən atlar" 29 xalla liderdir. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

"Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb.

İkinci matçda "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.

Azərbaycan Premyer Liqası

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
“Dalğa Arena”

18:30 “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.

“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idatə edəcək.

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.

Xəbər verdiyimiz kimi, dekabrın 21-də “Qarabağ”ın ilk dəfə Xankəndi şəhər stadionunda oyuna çıxacağı bildirilir.

Artıq oyunöncəsi hazırlıq işləri aparılır.

Bu günlərdə çəkilən görüntülərdə Xankəndi stadionunda bir neçə nəfərin futbol oynadığı əks olunub.

Ehtimal olunur ki, onlar stadionda çalışan şəxslər və ya futbolçulardır.

Qeyd edək ki, dekabrın 21-də Xankəndi şəhər stadionunda böyük ehtimalla Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK,  Ağdaş - Cəbrayıl cütünün qalibi arasında baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl Xankəndi şəhər stadionunda “qondarma rejim”in bayrağı ilə örtülü tribunaları sökülüb yeniləri ilə əvəzlənmişdi. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının yenilənəcəyi bildirilirdi.

gorunen-odur-ki-illerimizi-xercleyirik

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan yığmasının hazırkı potensialını dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, Canni De Byazinin istefasından sonra onun yerinə əsas namizəd olan gənc mütəxəssis bunları deyib:

 “Hansısa qrupda az ya da çox xal yığa bilərik? Bunu demək çətindir. Amma 1-2 mövqeyi çıxsaq, vəziyyət heç də pis deyil. Daha yaxşı oynamaq olar və biz bunu bir neçə oyunda gördük. Ümumiyyətlə, uzunmüddətli yol cızmaq lazımdır. Əks halda görünən odur ki, illərimizi xərcləyirik”.

 

 
 

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yığma komandada baş məşqçi dəyişikliyi ilə bağlı suallara cavab verib.

"Qafqazinfo”nun məlumatına görə, o, əvvəlcə AFFA tərəfindən yaradılacaq işçi qrupu barədə düşüncələrini bölüşüb:

"Mən onlara tövsiyə verəcək səlahiyyətdə deyiləm. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunu ciddi deyirəm. Onsuz da İcraiyyə Komitəsinin işçiləridir, orda işləyən məşqçilərdir. Milli ilə bağlı mənə sual verməyin”.

Xəbər lenti