Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb.

Baku.ws xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Təmsilçimiz qonaqların 34 oyunluq məğlubiyyətsiz seriyasına son qoymağa çox yaxın olub. Lakin "Bayer 04" əlavə vaxtda hesabı bərabərləşdirə bilib. 

Matç sonrası “TRT Spor” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fotosu ilə maraqlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

 

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.
Qurumun rəsmi saytının siyahısında "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, "Marsel"in qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer 04"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bayer 04" ilə "Qarabağ" arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.

Martın 7-də Avropa Liqasının 1/8 finalında "Qarabağ" "Bayer 04"lə üz-üzə gələcək.
Qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib.

Bu məlumatı Offsideplus.az-a açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev təsdiqləyib. "Köhlən atlar"ın rəsmisinin sözlərinə görə qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib:

"Bu məsələ ilə bağlı açıqlamamız olmuşdu. Blogerlə bağlı detallı şəkildə xəbərdarlıq gəlib. Problem çəkilən videolar və davranışlarla bağlıdır. Bu səbəbdən də oyunda blogerlərlə bağlı məhdudiyyətlər olacaq. Azarkeş davranışları ilə bağlı da xəbərdarlıq olunub. Amma hansısa Cərimə dən söhbət gedə bilməz".

Xəbər verdiyimiz kimi, ilk dəfə Xankəndi–Bakı ultra marafonuna start verilib.

Yarışdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tarixi anların görüntüsünü təqdsim edirik:

“Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Bunu klubun saytına açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirən təcrübəli mütəxəssis “Bayer”lə qrup mərhələsində qarşılaşdıqlarını xatırladıb. Qurbanov güclü rəqiblə matçlarda baxımlı oyun nümayiş etdirməyə çalışacaqlarını bildirib:

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir".

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı bir həftə sonra Leverkuzendə olacaq.

Ötən gecə Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdırmaq "Qarabağ"ın büdcəsini daha 1,2 milyon avro zənginləşdirib.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanmaqla ənənəvi olaraq bu məbləği hesabına köçürəcək. Azərbaycan çempionu bu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.

Qeyd edək ki, "Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu "Braqa”ya 2:3 hesabla uduzsa da ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq.

UFC-nin rəhbəri Dana Uayt verdiyi sonuncu açıqlama ilə diqqət mərkəzinə düşüb.

Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra yüksək məbləğdə hədiyyə ilə mükafatlandırıb.

“O, döyüşdən dərhal sonra, soyunub-geyinmə otağına hələ çatmamış, Vladimir Putin artıq ona zəng etmişdi. Vladimir Putin ona və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində daşınmaz əmlak hədiyyə etdi” – UFC rəhbəri söyləyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan döyüş 2018-ci ilin oktyabr ayında baş tutub. H.Nurməhəmmədov dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.(oxu.az)

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.
Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.
Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda "Braqa"nı qəbul edəcək. Bu oyun Azərbaycan futbol tarixinə düşə bilər. Ağdam klubu mərhələ adlasa, ölkəmiz adına ilk olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Ətraflı

UEFA Avropa Liqası

22 fevral

Pley-off mərhələsinin cavab oyunu

21:45.“Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya)
Baş hakim: Georgi Kabakov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2

Etiraf etməliyik ki, bizim günümüz deyildi. “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik.

Bu sözləri "Braqa"nın futbolçusu Abel Ruis UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuata açıqlamasında deyib.

Nəticənin ürəkaçan olmadığını bildirən 24 yaşlı hücumçu əlavə edib: “Qarşıda daha bir oyun var. Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər matçı haqqında düşünəcəyik. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında ikinci oyun fevralın 22-də Bakıda keçiriləcək.

Xəbər lenti