![]() |
|
Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək:
"Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək".
Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.
" BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.
Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.
Dəmir yolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırması, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.
Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o, 2017-ci il oktyabrın 30-dan istismara verilib.
Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.
Çin Azərbaycana idxalda lider olub.
Bu ilin birinci rübündə Çin Rusiya və Türkiyəni geridə qoyaraq Azərbaycana mal ixrac edən lider olub.
Çindən idxalın həcmi 743,7 milyon dollar (ümumi idxalın 20,04%-i), Rusiya Federasiyasından 661,8 milyon dollar (17,83%), Türkiyədən 538,7 milyon dollar (14,51%) təşkil edib.
Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir.
BAKU.WS xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər.
Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin artımların olacağı istisna edilmir.
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov danışıb. O bildirib ki, pensiyaların artımı indeksasiya vasitəsilə həyata keçirilir:
"Cari ildə yanvar ayından pensiyalar indeksləşdirilib. Eyni zamanda pensiyaların artımında digər metod 2022-ci ildə cənab prezidentin təşəbbüsü ilə reallaşan pensiyaçılara yardımların verilməsidir. Bununla bağlı hökumətin Milli Məclisə hesabatı zamanı təkliflər təqdim olundu.
Pensiyaların artımı indeksləşdirmə və eyni zamanda minimum pensiyanın artımı, eyni zamanda yardımın verilməsi həyata keçirilir. Bu konteksdə indeksləşdirmə reallaşıb. Digər metodlarla bağlı fiskal gəlirlərimizə uyğun olaraq addımlar atılacaq".
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dünən Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8,5%-dən 8,25%-ə endirib və faiz dəhlizinin aşağı həddini isə 6,25% səviyyəsində dəyişməz saxlayıb.
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsini azaltması inflyasiya göstəricilərinə ciddi təsir etməyəcək:
"Çünki Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi ilə baş verir. Azərbaycanda bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir".
"Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır", - deyə ekspert açıqlamasında qeyd edib.
Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaqdır.
Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
- Yolun ümumi uzunluğu: 3896 metr
- Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə
- Hərəkət zolağının sayı: 6 zolaqlı
- Hərəkət zolaqlarının eni: 3.5 m
- Tunellərin sayı: 4 ədəd
- Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd
Hal-hazırda "Ulduz" metrosundan Ələsgər Qayıbov küçəsi istiqamətində mobilizasiya (ağır texnikanın və avadanlıqların əraziyə daşınması) işləri yerinə yetirilir.
Qeyd edək ki, Layihə İdarəetmə Qrupu tərəfindən tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5% və 2025-ci ilə 4,2%) azaldıb.
"Qurumun yanvar proqnozu 5,3% olub.
Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - deyə AMB bəyan edib.
Son aylar depozit faizlərində artımlar müşahidə olunur. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9%-lə qəbul edilər.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bir müddət öncə depozitlər orta hesabla 6% ilə təklif olunurdu:
"Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də, onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil".
"Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir", - millət vəkili əlavə edib.
Naxçıvanda Zəfər və Anım parkı salınacaq.
Naxçıvan Şəhər İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
İlkin olaraq parkın layihələndirilməsi üçün sorğu elan olunub.