Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, mart ayında əvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1,4 faiz qiymət artımı qeydə alınıb.
Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0,9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1,3 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz olub. Eyni zamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Bakıda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev almaq istəyənlər üçün əla fürsət yaranıb. 

BAKU.WS-in məlumatına görə, məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir çoxu Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılıb. 

Mənzillər Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində yerləşir. Evlərin qiyməti onların kavdratından asılı oalraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb. 

Mənzillərdən bəzilərinin satış qiymətlərini təqdim edirik:
Abşeron rayonu - Yeni yaşayış kompleksində 3 otaqlı, 84,1 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 69 min 803 AZN
Ümid qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 83,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 58 min 450 AZN
Ramana qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 79,2 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 63 min 360 AZN
Kürdəxanı qəsəbəsi - Yeni yaşayış kompleksində 3 otaqlı, 71 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 56 min 800 AZN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan bütün mənzillər və onların qiyməti ilə BU LİNKƏ daxil olmaqla tanış ola bilərsiniz. 

İşğaldan azad olunan Hadrutda yenidənqurma işləri davam edir.

Bununla bağlı görüntülər İTV-də yayımlanıb.

Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihəndirmə işləri yekunlaşıb.

Daha ətraflı süjetdə:

Qızıl qiymətləri bazar ertəsi böyük günlük itki ilə üzləşib.

Qızıl fyuçersləri təqribən 2,5% ucuzlaşaraq 13 iyun 2022-ci ildən bəri ən böyük gündəlik itkisini yaşayıb və bir troy unsiya üçün 2350 dollara enib.

Bu isə qızıl qiymətlərinin 2400 dollardan çox olan tarixi maksimumundan 4% aşağıdır.

Gümüş isə təqribən 5% ucuzlaşaraq bir unsiya üçün 27,50 dollara enib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,1% azalaraq 1,8109 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0182 manat, Türkiyə lirəsi 0,4% ucuzlaşaraq 0,0521 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Xəbər verdiyimiz kimi, İsveçrədə Türkiyə istehsalı "Beypazarı" markalı mineral su qadağan edilib.

Buna səbəb kimi, mineral suyun tərkibində yüksək miqdarda bor olması göstərilib.
sözügedən qərar bir çox ölkədə, o cümlədən Azərbaycanda istehlakçıları narahat edib.

"Beypazarı" mineral su şirkəti mineral sularda həddindən artıq bor olması barədə iddialara cavab verib.

"Ölkəmizin 100 faiz yerli və milli dəyəri olan "BEYPAZARI" brendi beynəlxalq aləmdə sürətlə böyüyür. Şirkət olaraq 30-dan çox ölkəyə ixracat etmişik və Türkiyə, Avropa və Dünya keyfiyyət mükafatları, İSO 22000; ISO 45001; ISO 45001; Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq təhlil edilir.

Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar içməli suyun keyfiyyət standartlarını müəyyən edərkən müxtəlif elmi məlumatlara və siyasi yanaşmalara əsaslanaraq dəyişikliklər edə bilərlər. Bu siyasət və yanaşmalar hansı elmi araşdırmaya əsaslandığından, istehlak vərdişlərindən, bədən çəkilərindən və digər amillərdən asılı olaraq dəyişir. Digər beynəlxalq təşkilatlar da içməli suda borun miqdarı üçün fərqli təlimat dəyərləri müəyyən etmişlər.

İçməli suda bor üçün sağlamlıq əsaslı tənzimləyici hədlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2,4 mq/L, Avstraliya Milli Sağlamlıq və Tibbi Tədqiqatlar Şurası tərəfindən 4 mq/L və Avropa İttifaqı tərəfindən 1 mq/l olaraq müəyyən edilmişdir. Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Mühafizəsi Agentliyi (ABŞ EPA) içməli suda bor mineralı üçün tənzimləyici həddi müəyyən etməmişdir, lakin ömür boyu sağlamlıq məsləhəti dəyərini 5 mq/L olaraq təyin etmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən müəyyən edilmiş bütün parametrlər üçün müvafiq dəyərlər daxilində olduğumuzu vurğulayırıq. Qeyd etmək istərdik ki, İsveçrənin akkreditə olunmuş EUROFİNS analiz laboratoriyasının əvvəlki illərdə apardığı bor analizinin də nəticəsini paylaşaraq şəffaf və dəqiq məlumat ötürülməsinə önəm veririk" - məlumatda deyilir.

Qeyd edək ki, bor təbiətdə bol olan elementdir və müxtəlif sənaye sahələrində istifadə olunur. Bor mineralı bədən minerallarının, xüsusilə kalsium və D vitamininin tənzimlənməsində iştirak edir, lakin yüksək miqdarda bor istehlakı insan sağlamlığına zərərlidir.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,4% azalaraq 1,8082 manat, Rusiya rublunun məzənnəsi 0,6% irəliləyərək 0,0181 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0522 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Nəsimi rayonunda söküntü işləri başlayıb. Sözügedən ərazidə çoxmərtəbəli bina inşa ediləcək.

Lakin Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbərliyi ərazidəki obyekt sahibləri ilə ortaq məxrəcə gələ bilməyib.
Daha ətraflı "ATV Xəbər”in süjetində:

 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,5% artaraq 1,8152 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0180 manat, Türkiyə lirəsi 0,2% bahalaşaraq 0,0523 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əsgəran avtomobil yolunun inşasına başlayıb.

Bu barədə agentli xəbər verir.

Məlumata görə, Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası da aparılır.

Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcəkdir ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Xəbər lenti