![]() |
|
Bakı metrosunda yanvar ayında sərnişin daşınması artıb.
Yol-xeber.az-a “Bakı Metropoliteni QSC”dən verilən məlumata görə, 2025-ci ilin yanvarında 17,98 milyon sərnişin daşınıb.
Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4.6% artım deməkdir.
İstifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub. Orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.
Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb.
Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21.14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111.
Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)
Yanvar ayında Bakı metrosundan 17,98 milyon sərnişin istifadə edib.
“Bakı Metropoliteni” QSC-dən Yol-xeber.az-a bildirilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə 4,6 faiz artım qeydə alınıb.
QSC-dən bildirilib ki, metro nəqliyyatında ən sıx sərnişin istifadəsi yanvarın 10-da qeydə alınıb. Belə ki, həmin gün 710 min 773 sərnişin metrodan istifadə edib. Ən az sərnişin istifadə etdiyi gün 367 min 897 nəfərlə yanvarın 19-da qeydə alınıb.
Bundan başqa, ötən ay Bakı metrosundan orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb. Ən çox sərnişin “Koroğlu” (1 milyon 569 min 567), “28 May” (1 milyon 456 min 460) və “20 Yanvar” stansiyalarına daxil olub (1 milyon 378 min 979). Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21,14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131). Həmçinin yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.
Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 - 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 - 28.20 manat təşkil edirdi.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).
"Dəvəçi-Taxıl" MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.
Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:
"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);
"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);
"AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);
"KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 - 27.4 manat (15 qəpik baha);
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);
"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);
"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);
"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);
"Hazartürk LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
"Sünbül 2012" MMC, "Avrora" MMC və "Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);
"SKY AGRO" MMC və "Bakı Taxıl Terminalı" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);
"Səma" fərdi firması, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Karmen", "Orxan UN", "Xırman", "Dəniz un sənayesi LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).
İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub.
Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.
Fevralın 10-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.
Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə 09:08-də “Binance” platformasında 0,41% ucuzlaşaraq 96 778 dollara enib.
Paralel olaraq "Eterium"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.73% azalaraq 2623 dollara enib.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Bu il Çinin BYD şirkətinin Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Onun sözlərinə görə, artıq istehsal üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin dəyəri 29 milyon manatdan çoxdur.
Ötən il ölkədə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə BYD ilə Çərçivə sazişi imzalanıb. Saziş çərçivəsində Çin şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-cı ildən aşağıtonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır.
"Bu gündən etibarən ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq".
Bunu deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, 2025-ci ildə ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur.
Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıq istiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək".
Deputat onu da qeyd edib ki, indiyədək fond tərəfindən 52 min 798 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 338 milyon manatdan çoxdur.
Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə yeni təyinat olub.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, Vüsal Qurbanovdur. Bununla da, baş direktorların sayı 6-ya çatıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,44% azalaraq 2 844,4 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,83% azalaraq 32,26 ABŞ dollarına bərabər olub.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,8 % artaraq 1,7519 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,1 % azalaraq 1,7036 manat təşkil edib.
Valyuta
Məzənnə
1 ABŞ dolları
1,7000
1 Avro
1,7519
100 Rusiya rublu
1,7036
1 Avstraliya dolları
1,0529
1 Belarus rublu
0,4991
1 Bolqarıstan levi
0,8968
1 BƏƏ dirhəmi
0,4628
100 Cənubi Korea vonu
0,1163
1 Çexiya kronu
0,0695
1 Çin yuanı
0,2347
1 Danimarka kronu
0,2348
1 Gürcü larisi
0,5986
1 Honq Konq dolları
0,2182
1 Hindisdtan rupisi
0,0195
1 İngilis funt sterlinqi
2,1092
100 000 İran rialı
0,0295
1 İsveç kronu
0,1529
1 İsveçrə frankı
1,8637
1 İsrail şekeli
0,4740
1 Kanada dolları
1,1738
1 Küveyt dinarı
5,5032
100 Qazaxıstan təngəsi
0,3253
1 Qətər rialı
0,4664
1 Qırğız somu
0,0195
100 Macarıstan forinti
0,4289
1 Moldova leyi
0,0913
1 Norveç kronu
0,1491
100 Özbək somu
0,0131
100 Pakistan rupisi
0,6094
1 Polşa zlotası
0,4137
1 Rumıniya leyi
0,3520
1 Serbiya dinarı
0,0150
1 Sinqapur dolları
1,2502
1 Səudiyyə Ərəbistanı rialı
0,4533
1 SDR (IMF-in xüsusi borcalma hüquqları)
2,2060
Türk lirəsi
0,0472
Türkmənistan manatı
0,4857
Ukrayna Qrivnası
0,0408
Yapon yeni
1,0947
Yeni Zelandiya dolları
0,9516
Qızıl
4791,9260
Gümüş
53,4773
Platin
1644,4780
Palladium
1737,3915