![]() |
|
2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir. Belə ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.049.2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89.1 min manat və ya 2,25 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259.282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487.139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3.335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1.206.8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57.317,9 min manata, sair daxilolmalar isə 35.363,6 min manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339.594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12.487,1 min manat və ya 0,54 faiz çoxdur.
Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.
Kriptovalyuta investorları bu səhərə ağır itkilərlə başlayıblar. Kriptovalyuta bazarlarında tarixin ən çətin günlərindən biri yaşanır.
Valyuta.az xəbər verir ki, 2 milyard dollardan çox əməliyyatın likvidasiya edildiyi bu prosesdə, "Ethereum" (ETH) kimi böyük aktivlər 20%-dən çox dəyər itirib.
Son aylarda ardıcıl rekordlar qıran "Bitcoin" (BTC) başda olmaqla bütün kripto aktivlər ciddi dəyər itirib. Bazarın son vəziyyətinə nəzər salsaq, bir neçə gün əvvəl 100 min dolların üzərində qiymətləndirilən BTC üçün yeni rekord səviyyələr gözlənilirdi. Lakin vəziyyət dəyişdi və BTC son saatlarda 91 min dollara qədər eniş yaşadı.
Altkoinlərdə vəziyyət daha da ağırdır. Həcminə görə ən böyük altkoinlərdən sayılan "Ethereum" (ETH) bir gün ərzində təxminən 20% dəyər itirərək 2 500 dolların altına düşüb. "Ripple" (XRP) 24% enişlə 2,17 dollara, "Solana" (SOL) 7% enişlə 193 dollara, "Binance Coin" (BNB) isə 16% enişlə 547 dollara geriləyib.
"Dogecoin" 0,22 dollar, "Cardano" (ADA) 0,64 dollar, "Tron" (TRX) isə 0,21 dollardan ticarət olunur. Bazarın bu vəziyyətə düşməsinin səbəbini anlamaq çətindir. Son çöküşlə birlikdə 2 milyard dollardan çox əməliyyat likvidasiya edilib. Belə bir eniş, hətta COVID-19 pandemiyası dövründə belə müşahidə olunmamışdı.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 1,6 % azalaraq 1,7385 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,3 % azalaraq 1,7226 manat təşkil edib.
Valyuta
Məzənnə
1 ABŞ dolları
1,7000
1 Avro
1,7385
100 Rusiya rublu
1,7226
Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.
Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir.
6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat «yaşıl enerji»nin istehsal edilməsi və bununla 24 milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,62% artaraq 1 barelə görə 76,36 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,88% artaraq 1 barelə görə 73,37 ABŞ dollarına bərabər olub.
Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.
“Yol-xeber.az” xəbər verir ki, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, layihənin icra müddəti 2025-2030-cu illəri əhatə edir.
Bundan başqa, Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi də Dövlət Proqramında öz əksini tapıb.
Eyni zamanda, Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi də qeyd olunan müddət ərzində reallaşdırılacaq. Bununla yanaşı, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.
Dövlət Proqramında Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi) M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi də nəzərdə tutulub.
O cümlədən, 2025-2030-cü illərdə Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun, Binəqədi−Novxanı avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun da tikintisi və istismara verilməsi planlaşdırılır.
"Bakı Metropoliteni" üçün vacib məsələlərdən biri bənövşəyi xəttin uzadılması ilə bağlıdır. Bu istiqamətdə 6 stansiya inşa olunacaq".
Yol-xeber.az" xəbər verir ki, Bunu "Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, həmin stansiyaların yerləşməsi ilə bağlı məsələlər də həllini tapacaq:
"İnşa olunacaq stansiyalardan "Nizami" və "Xətai" stansiyaları yaşıl xəttə, "Sahil" stansiyasında keçid verilməklə qırmızı xəttə bənövşəyi xəttin keçidi təmin olunacaq".
B.Məmmədov əlavə edib ki, bənövşəyi xəttin əsas istiqaməti Xırdalan, Masazır, Sumqayıt, Bakı-Şamaxı yolu üzərində yerləşən qəsəbələr və yaşayış məntəqələridir:
"Həmin istiqamətdən gələn insanların bütün xətlərə inteqrasiya olunmaqla rahat hərəkəti təmin olunacaq. Eyni zamanda sərnişinlərimiz bununla vaxtlarına da qənaət etmiş olacaqlar".
Ətraflı Baku TV-nin süjetində:
Zəngəzur dəhlizinin tunelinin çəkilişi ilə bağlı sosial şəbəkədə görüntü yayılıb.
Görüntülərdə Azərbaycanı əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, regionda nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək Zəngəzur dəhlizində inşa edilən tunelin yekunlaşmaq üzrə olduğu üzə çıxır.
Görüntüləri təqdim edirik:
Azərbaycan Hava Yolları QSC-nin balansında olan helikopterlər üzrə 30 yanvarda keçirilməsi nəzərdə tutulan hərrac sifarişçinin müraciəti ilə dayandırılıb.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir.
Hərraca 4 ədəd helikopterin çıxarılması gözlənilirdi.
2024-cü ildə dünyanın ən çox satılan lüks avtomobil istehsalçısı olan BMW yeni texnologiyalarını təqdim edib. Musavat.com xəbər verir ki, Las-Veqasda keçirilən İstehlak Elektronikası Sərgisində baş tutan təqdimeetmə Koreya avtomobil istehsalçılarını narahat edib.
Musavat.com xəbər verir ki, BMW-nin panoramik tablosu məlumatı sürücüyə göstərmək üçün yeni texnologiyadan istifadə edəcək. Alman avtomobil istehsalçısı “Panoramic iDrive” adlanan bu texnologiyanı İstehlakçı Elektron Məhsulları Sərgisində nümayiş etdirib və onu 2025-ci ildə yeni modelində istifadə edəcəyini açıqlayıb.
BMW-nin bu yeni texnologiyasında məlumat proyektor vasitəsilə ön şüşənin altından keçən qara zolaqda göstərilir. Sürət, şarj səviyyəsi kimi avtomobil haqqında vacib məlumatlar birbaşa sürücünün ön şüşədə görməsinə imkan yaradır. Digər məlumatlar, məsələn, hava şəraiti və musiqi, zolağın digər hissələrində təqdim olunur.
Marşrut bələdçisi də daxil olmaqla, əlavə məlumatlar ön şüşədəki 3D virtual reallıq sistemi vasitəsilə göstərilir.
BMW bildirir ki, bu yeni sistem sürücünün gözlərini yoldan yayındırmadan lazım olan məlumatı vaxtında təqdim edəcək. Əməliyyat sistemi sürücüyə avtomobili sərbəst olaraq tənzimlənmə imkanı verir. Bu sistem sürücünün səsli əmrlərə cavab verməklə yanaşı, məşhur süni intellekt texnologiyalarından da istifadə edir.
Məsələn, sürücü sistemi səsli əmr vasitəsilə supermarket yaxınlığındakı şarj stansiyasına istiqamətləndirə bilər. BMW məlumatı göstərmək üçün ön şüşdən istifadə etməyi planlaşdıran yeganə istehsalçı deyil.
“Hyundai Automotive Group”un komponent istehsalçısı olan “Hyundai Mobis” Almaniyanın “Zeiss” şirkəti ilə əməkdaşlıqda oxşar texnologiyanı təqdim edib. Bu texnologiya çox nazik şəffaf təbəqə istifadə edir və holoqram şəkillərini ön şüşdə çıxarmaq bacarığına malikdir. “Mobis” və “Zeiss” bildirir ki, bu sistem sürücünün baxışını yayındırmadan informasiyanı təqdim edir.
Bundan başqa, yan güzgülərə əvəz kamera istifadə edilən avtomobillərdə kameranın görünüşü ön şüşəyə əks etdirilir. 2024-cü ildə BMW dünya üzrə 2,2 milyon avtomobil sataraq ən çox satılan lüks avtomobil istehsalçısı olub.
“Mercedes-Benz” bu siyahıda ikinci yeri tutaraq 1,983 milyon avtomobil satıb. “Audi”, “Tesla” ilə rəqabətdə uğur qazana bilməyərək dördüncü yerə enib.
Elektrik avtomobillərinə olan maraq BMW-nin bazar payını artırıb. Bu şirkət 2024-cü ildə 430 min elektrik avtomobil satıb ki, bu da 2023-cü ilə muqayisədə 13% artım deməkdir. Halbuki “Mercedes-Benz” və “Audi”nin elektrik avtomobil satışları azalıb.
Çin avtomobil istehsalçısı BYD, Atto 3 SUV-ni 31 milyon von (21,300 dollar) qiymət qoymaqla Cənubi Koreya bazarına daxil edib. Baxmayaraq ki, “Hyundai” və “Kia” bu bazarda hakimdir, BYD-nin gəlişi Koreya istehsalçıları arasında narahatlıq yaradıb. BYD artıq Yaponiyadakı satışları ilə “Toyota” üçün ciddi rəqib olduğunu göstərib.
Şirkət Yaponiyada 100 mağaza açacağını açıqlayıb. BYD ötən il Yaponiyada 2223 elektrik avtomobil satıb. Bu arada, bu dövrdə Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”nın elektrik avtomobillərinin satışı 2380 ədəd olub. 2024-cü ildə Yaponiyada satılan təxminən 60 min elektrik avtomobilində BYD-nin payı az olsa da, bu şirkətin satışları yalnız 1 ildə 50%-dən çox artıb və yapon avtomobil istehsalçıları BYD-nin böyüməsinin bir neçə il davam edəcəyindən narahatdırlar.
BYD onlar üçün ciddi rəqibdir. Şirkət 2024-cü ildə 4,25 milyon avtomobil istehsal edib və Çinin ən böyük avtomobil ixracatçılarından biridir.