""Wizzair" hava yolları ilə birbaşa Qəbələ - Abu-Dabi uçuşlarının xəbəri bizi ürəkdən sevindirdi. Çünki, region hava limanlarının istifadəsi, aşağıbüdcəli aviaşirkətlərin regionlarımıza kütləvi uçuşlarına icazə verilməsi, onlara ayrıla biləcək subsidiyalar barədə illərlə yazmışıq və danışmışıq, hətta arzulamışıq".

Bu sözləri turizm eksperti Rəhim Qədirov deyib.

Konkret olaraq Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?

Ekspertin fikrincə, Qəbələdə yerləşən beynəlxalq hava limanı canlanacaq və işçi sayı artırılacaq. Hər kəsə məlumdur ki, Qəbələ turizm istiqaməti olaraq son bir neçə il əvvəlki illərə nisbətən "çöküş" yaşayırdı. Bu reyslər Qəbələ turizmi üçüm ümid olacaq və yenidən bu destinasiyanı aktuallaşdıracaq.

Hava limanı ətrafında, eyni zamanda rayonda və Qəbələyə yaxın ərazilərdə, o cümlədən, Qəbələ-Bakı yolu üzərində olan iaşə obyektlərində, bazarlarda, mağazalarda və s. canlanma müşahidə olunacaq.

Taksi, transfer həyata keçiriən nəqliyyat şirkətləri, qonaq evləri, hostellər və hotellərin iş yükü və qazancı artacaq. Qəbələdə və ətraf rayonlarda yaşayan bələdçilər üçün yeni imkanlar yaranacaq. Regionlara xarici valyuta axını yaşanacaq. Yerli səyahətsevərlərimiz Abu-Dabiyə daha sərfəli şərtlərlə səfər edə biləcək.

Bu sadaladıqlarımı nəzərə alaraq bu uçuşların Azərbaycan insanı üçün, Qəbələmiz və ətraf rayonlar üçün xeyirli-uğurlu olmasını diləyir, digər beynəlxalq hava limanlarımızda da bu mənzərəni görməyi arzulayıram".

Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?
Sumqayıtla Sarayı birləşdirən körpü açıldı

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşdırılıb.

Mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verilib.

Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və agentliyin əməkdaşları iştirak ediblər.

Sözügedən örpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun strateji əhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindən asılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədə körpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21.6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1.5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı nəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpünün istifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühüm rahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyat şəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.

“Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat” təsdiqlənib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ı təsdiqləyib. 

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, Təlimat dəmiryol stansiyasında (bundan sonra - stansiya) qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya, mərkəzləşmə və bloklama (bundan sonra - SMB) qurğularının, həmçinin siqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğu hallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqda qatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinə yetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dair tələbləri müəyyən edir.

Onun tələbləri qatarların hərəkəti və manevr işləri üzrə əməliyyatları yerinə yetirən hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri üçün məcburidir.

İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair normativ və texniki sənədləri Təlimata zidd olmayan hissədə tətbiq edilir. 

2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

Donald Trampın ikinci prezidentlik dönəmi dünya valyutalarına əhəmiyyətli təsir göstərib.

Valyuta.Az xəbər verir ki, bu il dollar Kanada dolları istisna olmaqla inkişaf etmiş bazarların bütün digər valyutalarına qarşı zəifləyib. Bunun əsas səbəbi tariflərə dair qeyri-müəyyənliyin ABŞ iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi narahatlığıdır.

"Ümumiyyətlə, tariflər dollar üçün müsbət amil hesab olunur", – deyə "Barclays"ın valyuta strategiyası üzrə mütəxəssisi Lefteris Farmakis bildirib. "Lakin onlar yaxın ticarət tərəfdaşlarına tətbiq edildikdə, ABŞ-yə olan inamı zəiflədə bilər."

ABŞ-də resessiya risklərinin artması və investorların avro, İsveç kronu və yapon yenini almaq üçün ayrıca səbəblər görməsi də dolların zəifləməsinə təsir edir.

1. Avronun yüksəlişi

Almaniyanın müdafiə və infrastruktur xərclərini artırmaq planı avronun dəyərini kəskin yüksəldib. Ötən həftə avro dollar qarşısında 2009-cu ildən bəri ən böyük həftəlik artımını qeydə alıb və 2022-ci ildən bu yana ən yaxşı rüblük göstəricisini nümayiş etdirərək 5% bahalaşıb.

Hazırda 1,09 dollar səviyyəsində olan avro, ABŞ-də 5 noyabr seçkilərindən sonra ən yüksək nöqtəyə çatıb. "Bank of America" ("BofA") 2025-ci ilin sonuna qədər avronun 1,15 dollara yüksələcəyini proqnozlaşdırır.

Avro həmçinin funt sterlinq və İsveçrə frankına qarşı da möhkəmlənib. "Societe Generale" bankının korporativ araşdırmalar şöbəsinin rəhbəri Kennet Bruks bildirib ki, Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini aşağı salma dövrünün sonuna yaxınlaşır və Avropanın müdafiə xərclərini artırması avronun perspektivlərini əhəmiyyətli dərəcədə dəyişib. Bununla belə, ABŞ-nin tarif siyasəti avronun yüksəlişi üçün hələ də risk olaraq qalır.

2. Yenin güclənməsi

Bu il yapon yeni dollar qarşısında 6% dəyər qazanaraq əsas yüksələn valyutalardan biri olub. Buna səbəb Yaponiyada faiz dərəcələrinin artması və qeyri-müəyyən iqtisadi şəraitdə investorların yenə "təhlükəsiz liman" kimi müraciət etməsidir.

"Əgər ABŞ-də iqtisadi yavaşlama riskindən qorunmaq istəyirsinizsə, Yaponiyaya yönəlməlisiniz, çünki bu, ABŞ-nin xəzinə istiqrazlarının gəlirliyinin azalması riskini də ehtiva edir", – deyə "Barclays"ın Farmakis qeyd edib.

Yen, ABŞ və Yaponiya arasındakı faiz dərəcələri fərqinə son dərəcə həssasdır. Eyni zamanda, Yaponiyada şirkətlərin işçi həmkarlar ittifaqlarının maaş artımı tələblərini qəbul etməsi Mərkəzi Bankı faiz artırmağa sövq edə bilər. Bu da yenin dörd illik geriləmədən sonra cəlbediciliyini artırır. Spekulyantlar indiyə qədər yendə ən böyük artım mövqelərindən birini tutublar.

3. ABŞ-nin "dost olmayan" qonşuları

Kanada və Meksika, ABŞ-nin iki ən böyük ticarət tərəfdaşı olmasına baxmayaraq, onların valyutalarına olan təzyiq hələ tam aradan qalxmayıb.

"ING" bankının hesablamalarına görə, hazırda bazarda Kanada dollarına 2%-lik risk daxildir ki, bu da fevralın əvvəlində 22 ilin ən aşağı səviyyəsini gördüyü vaxt müşahidə edilən 4%-lik riskdən azdır.

Meksikanın pesosu ötən ay dollar qarşısında üç ilin ən aşağı səviyyəsinə düşdükdən sonra 5% bahalaşıb və hazırda 20,10 peso/dollar səviyyəsinə yaxınlaşıb ki, bu da ABŞ seçkilərindən əvvəlki göstəriciyə yaxındır.

Trampın Kanada və Meksikadan idxal olunan əksər məhsullara tətbiq edilən 25%-lik tarifləri dayandırması müsbət haldır. Lakin ümumi polad və alüminium tariflərinin çərşənbə günü qüvvəyə minməsi Kanadanın cavab tədbirləri görməsinə və Kanada Bankının növbəti faiz endirimini nəzərdən keçirməsinə səbəb olub.

Bütün bunlar fonunda Kanada dollarının dəyişkənliyinin yüksək olaraq qalması gözlənilir.

4. Çin yuanının möhkəmlənməsi

Çinin yuanı Trampın siyasətindən ən çox zərər görən valyutalardan biri kimi qiymətləndirilirdi. Xüsusilə, Pekinin tariflərin təsirini azaltmaq üçün əvvəlki kimi yuanın məzənnəsini süni şəkildə aşağı salacağı ehtimal edilirdi.

Çin, həqiqətən də, ən çox tariflərə məruz qalan ölkələrdən biri olub. Lakin yuan bu il möhkəmlənərək 7,25 yuan/dollar səviyyəsində ticarət olunub.

"BofA" bildirib ki, Çin hakimiyyətinin yuanın dollar qarşısında zəifləməsinə imkan verməməsinin əsas səbəbi digər Asiya ölkələrinin valyutalarının yuanla müqayisədə daha çox möhkəmlənməsidir ki, bu da Çin ixracatçılarının rəqabət qabiliyyətini qoruyur.

"Çin əsas ticarət tərəfdaşları qarşısında yuanda nisbi dəyər itkisinə nail olub, baxmayaraq ki, dollar qarşısında cüzi artım müşahidə edilir", – deyə bank qeyd edib.

5. İsveç kronunun sürpriz güclənməsi

Dollar qarşısında əhəmiyyətli dərəcədə güclənən və diqqətdən kənarda qalan valyutalardan biri də İsveç kronudur.

O, bu il 9% bahalaşaraq dollar qarşısında 10 kron səviyyəsinə yüksəlib. Bu, 2023-cü ilin sonlarından bəri ən yüksək göstəricidir və avronun möhkəmlənməsinə baxmayaraq, kron öz mövqeyini qoruyub.

Analitiklər bildirirlər ki, Avropa fond bazarlarının güclənməsi, Ukrayna-Rusiya münaqişəsində atəşkəs ümidləri və İsveç iqtisadiyyatının yaxşılaşması bu tendensiyanı dəstəkləyir.

Bundan əlavə, İsveç kronunun Avropa səhmlərinə həssaslığı və ölkənin müdafiə sənayesindəki payının böyük olması onun güclənməsinə əlavə stimul verib. "Societe Generale" qeyd edir ki, İsveç ümumi daxili məhsul baxımından Avropada müdafiə sektoruna ən çox töhfə verən ölkələrdən biridir.

Bakıda 10 yeni metro stansiyasının tikintisi ilə bağlı TAPŞIRIQLAR VERİLDİ – FOTO

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların (qurumların) səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış İşçi qrupun iclası keçirilib.

Bu barədə Yol-xeber.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası həyata keçiriləcək.

İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilən məsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararası əlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinq və qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədə məlumat verilib.

İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilən məsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilmiş əsas və digər icraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlar verilib.

 

Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO

Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa əlaqələndirilə bilər. Bununla bağlı təklif 2025-30-cu illəri əhatə edən dövlət proqamında öz əksini tapıb.

Başqa sözlə, yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində sıxlıq tarixə qovuşa, nəqliyyat vasitələrinin həmin ərazidə intensiv hərəkəti təmin edilə bilər.

Yol-xeber.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, yeni layihə icra olunarsa, Heydər Əliyev prospekti ilə hərəkət edənlər, rahatlıqla Böyükşor-Pirşağı avtomobil yolundakı qovşağa daxil olaraq bir çox istiqamətə hərəkət edə bilərlər.

Ərşad Hüseynov həmçinin bildirir ki, əslində, Böyükşor-Pirşağı yolunun potensialı böyükdür. Ekspert təklif edir ki, həmin yolu təkcə Heydər Əliyev prospekti ilə deyil, Babək və 8 Noyabr prospektləri ilə də əlaqələndirmək olar.

Nəticədə, bu layihələr icra edilsə, şimal-cənub istiqamətində nəqliyyat axını yaxşılaşacaq. O yolda həmçinin yeni ictimai nəqliyyat xətlərinin yaradılması da zəruri olacaq.

Ətraflı videoda:

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,2 % artaraq 1,8412 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,1 % azalaraq 1,8889 manat təşkil edib.

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,8412

100 Rusiya rublu

1,8889

1 Avstraliya dolları

1,0721

1 Belarus rublu

0,5301

1 Bolqarıstan levi

0,9420

1 BƏƏ dirhəmi

0,4629

100 Cənubi Korea vonu

0,1169

1 Çexiya kronu

0,0738

1 Çin yuanı

0,2342

1 Danimarka kronu

0,2468

1 Gürcü larisi

0,6126

1 Honq Konq dolları

0,2188

1 Hindisdtan rupisi

0,0195

1 İngilis funt sterlinqi

2,1943

100 000 İran rialı

0,0296

1 İsveç kronu

0,1683

1 İsveçrə frankı

1,9343

1 İsrail şekeli

0,4692

1 Kanada dolları

1,1833

1 Küveyt dinarı

5,5176

100 Qazaxıstan təngəsi

0,3463

1 Qətər rialı

0,4664

1 Qırğız somu

0,0194

100 Macarıstan forinti

0,4621

1 Moldova leyi

0,0934

1 Norveç kronu

0,1565

100 Özbək somu

0,0132

100 Pakistan rupisi

0,6072

1 Polşa zlotası

0,4410

1 Rumıniya leyi

0,3701

1 Serbiya dinarı

0,0157

1 Sinqapur dolları

1,2759

1 Səudiyyə Ərəbistanı rialı

0,4531

1 SDR (IMF-in xüsusi borcalma hüquqları)

2,2630

Türk lirəsi

0,0466

Türkmənistan manatı

0,4857

Ukrayna Qrivnası

0,0412

Yapon yeni

1,1514

Yeni Zelandiya dolları

0,9713

Qızıl

4947,7395

Gümüş

55,1081

Platin

1645,1920

Palladium

1617,8305

 

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 1,73 % artaraq 1,8366 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,61 % azalaraq 1,8826 manat təşkil edib.

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,8366

100 Rusiya rublu

1,8826

1 Avstraliya dolları

1,0789

1 Belarus rublu

0,5301

1 Bolqarıstan levi

0,9389

1 BƏƏ dirhəmi

0,4629

100 Cənubi Korea vonu

0,1179

1 Çexiya kronu

0,0735

1 Çin yuanı

0,2347

1 Danimarka kronu

0,2462

1 Gürcü larisi

0,6111

1 Honq Konq dolları

0,2188

1 Hindisdtan rupisi

0,0195

1 İngilis funt sterlinqi

2,1931

100 000 İran rialı

0,0296

1 İsveç kronu

0,1671

1 İsveçrə frankı

1,9081

1 İsrail şekeli

0,4718

1 Kanada dolları

1,1866

1 Küveyt dinarı

5,5132

100 Qazaxıstan təngəsi

0,3422

1 Qətər rialı

0,4664

1 Qırğız somu

0,0194

100 Macarıstan forinti

0,4609

1 Moldova leyi

0,0923

1 Norveç kronu

0,1560

100 Özbək somu

0,0132

100 Pakistan rupisi

0,6077

1 Polşa zlotası

0,4418

1 Rumıniya leyi

0,3691

1 Serbiya dinarı

0,0157

1 Sinqapur dolları

1,2766

1 Səudiyyə Ərəbistanı rialı

0,4532

1 SDR (IMF-in xüsusi borcalma hüquqları)

2,2481

Türk lirəsi

0,0467

Türkmənistan manatı

0,4857

Ukrayna Qrivnası

0,0411

Yapon yeni

1,1395

Yeni Zelandiya dolları

0,9754

Qızıl

4959,0870

Gümüş

55,3971

Platin

1647,4020

Palladium

1610,6820

 

Bu avtomobillərin idxalı gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac
gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir).

Bu qərar ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul olunub.

Maşın almaq istəyənlərə şad xəbər: Ucuzlaşma başlayır

Soyuq havaların bitməsi ilə avtomobil bazarında durğunluq müşahidə olunur. Qış aylarında avtomobillərə olan tələbatın yüksək olması fonunda yaz fəslinə keçid dövründə satışlar azalır. Xüsusilə ikinci əl avtomobillər sektorunda durğunluq daha çox hiss edilir.

milli.az xəbər verir ki, satıcıların dediyinə görə qış aylarında sürücülər hava şəraiti ilə əlaqədar avtomobil almağa daha çox maraq göstərir. Xüsusilə qarlı və yağışlı havalarda şəxsi nəqliyyat vasitəsinə ehtiyac artdığı üçün satışlar yüksək olur. Lakin havaların isinməsi ilə bu ehtiyac azalır və bazarda alıcı sayı kəskin şəkildə düşür.

Avtomobil bazarındakı bu tendensiyanın əsas səbəblərindən biri insanların bahar və yay aylarında fərqli xərclərə üstünlük verməsidir. Səyahət, tətil planları və digər sosial fəaliyyətlər üçün ayrılan büdcə avtomobil alqı-satqısına sərf olunan məbləği azaldır. Digər tərəfdən, bəzi alıcılar avtomobil qiymətlərində mümkün enişi gözləyərək alış qərarını təxirə salır.

Ekspertlər bildirir ki, avtomobil bazarında mövsümi durğunluq hər il təkrarlanan haldır. Qış aylarında artan tələbatın yerini yazda müvəqqəti azalma əvəz edir. Lakin yay aylarının sonlarına doğru və xüsusilə payız mövsümündə bazarda yenidən canlanma gözlənilir. Bunun əsas səbəbi payız aylarında insanların iş və təhsil mövsümünə hazırlaşması, həmçinin avtomobil sahiblərinin yeni nəqliyyat vasitəsi almağa üstünlük verməsidir.

Bazar iştirakçıları hesab edir ki, avtomobil almağı planlaşdıranlar üçün hazırkı dövr sərfəli ola bilər. Çünki tələbatın azalması fonunda bəzi satıcılar qiymətlərdə müəyyən endirimlər edir. Xüsusilə ikinci əl avtomobillər sektorunda qiymətlərin enməsi müşahidə oluna bilər.

Ümumilikdə, avtomobil bazarında baş verən bu mövsümi dəyişikliklər həm satıcılar, həm də alıcılar üçün yeni imkanlar və strategiyalar yaradır. Ekspertlər alıcılara bazarı diqqətlə izləməyi və ən uyğun vaxtda alış qərarı verməyi tövsiyə edirlər.

Xəbər lenti