Bu uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək.

"Report" xəbər verir ki, bu, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində nəzərdə tutulub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.

Qeyd olunub ki, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.

Hazırda qüvvədə olan qanuna görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Yəni, qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı isə aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.

Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi

2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə, illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.

Qeyd edilib ki, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək.

Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI

Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu” qaydalarını təsdiq edib. Yeni sənəd ilə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu; bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydası və hüquqi əsasları müəyyən edilib.

Maraqlıdır, bu qaydadan sonra hansı ərzaq məhsulları ucuzlaşacaq?

Bununla bağlı açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır.

O qeyd etdi ki, strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur:

“İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir. Yeni qaydaların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulları daxildir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir”.

V.Bayramov bildirdi ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısının məhz həmin ehtiyatlardan istifadə etməklə alınacağı gözlənilir:

“Bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək”.

Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI

Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb.

Ölkə.az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib.

Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu informasiya əsassızdır, "Qırmızı Körpü" gömrük postu hələ də qapalıdır.

Postun açılması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə COVID-19 təhlükəsi səbəbindən ölkədə mart ayından xüsusi karantin rejimi tətbiq olunmağa başlayıb. İndiyədək bir neçə dəfə müddəti uzadılan xüsusi karantin rejimi 2025-ci il 1 aprel saat 06:00-dək qüvvədədir.

Görüntülər:

 

Azərbaycanda avtomobillər bahalaşacaq? - Mart ayına qədər...

Nazirlər Kabinetinin (NK) 2023-cü ildə təsdiq etdiyi Qərarına əsasən, istehsal tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalı qadağandır.

Bu o deməkdir ki, 2025-ci ildə istehsal ili 2015-ci ildən əvvəl olan minik avtomobilini ölkəyə gətirmək mümkün olmayacaq. Ekspert Eldəniz Cəfərov deyir ki, sözügedən qərar avtomobil bazarına mənfi təsir edib:

"Azərbaycanın avtomobil bazarı əsasən köhnə maşınların alqı-satqısı ilə formalaşmışdı. Bu qərardan sonra bazarda bir qədər durğunluq yaranıb. Hazırda kəskin bahalaşma yoxdur. Qiymətlər sabit olaraq qalır. Bundan sonra da qiymətlərin kəskin yüksələcəyini və ya enəcəyini düşünmürəm. Ən azından mart ayına qədər sabit qalacaq".

Lakin son illərdə ölkəyə idxal edilən avtomobillərin qiyməti sabit qalmayıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, son 2 ildə maşınların orta statistik dəyəri 58 faizə qədər artıb. 2022-ci ilin yanvar-noyabr aylarında ölkəyə gətirilən bir minik avtomobilinin orta qiyməti 12 055 ABŞ dolları olduğu halda, 2023-cü ilin eyni dövründə bu göstərici 16 833, 2024-cü ildə isə 19 067 dollar təşkil edib.

Ətraflı Baku TV-nin süjetində:

Bakıda yeni park salınır

Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonunda yerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirmək istərdik ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.

Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.

Yeni tikililərdə mənzillərin qiyməti ucuzlaşacaq – VERGİ AZALDILDI

"Tikinti ilə bağlı “Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşdi. Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir".

Bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, yeni dəyişlik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək: "Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Anlaşıqlı olması üçün bu nümunəyə nəzərə salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Ayındır ki, gəlir nə qədər çox olursa ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalmasına və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək.

Yeni dəyişilik xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına və eləcə də həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq".

Bakıda artıq altı yeni metro stansiyasının yeri müəyyənləşdirilib

"Yeni metro stansiyaları metropolitenin imkanlarını 40%-dək artıracaq".

Yol-xeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, görüləcək işlərin bir daha təhlili aparılıb:

"Vaxtilə metronun inkişaf konsepsiyasında 40-a yaxın stansiyanın inşası planlaşdırılırdı.

Eynilə Bakı şəhərinin Baş planında da 2040-cı ilə qədər inşa olunacaq metro stansiyaları ilə bağlı planlar var. Maliyyə resursları həmişə məhduddur. İstənilən dövlətdə, o cümlədən bizdə də bu belədir. Ona görə ayrılan vəsaitdən səmərəli istifadə edilərək istənilən halda 10 yeni metro stansiyası inşa ediləcək".

R.Hümmətov vurğulayıb ki, bəzi ekspertlər və sakinlər düşünürlər ki, metronun "Dərnəgül" və "Koroğlu" stansiyaları bağlanmalıdır.

Əlavə edib ki, 10 yeni metro stansiyasının inşa edilməsi 2030-cu ilə qədər olan plana daxildir:

"Xocəsən - Ağ şəhər - Babək prospektinin kəsişməsində metro stansiyasının inşası planlaşdırılır. Altı metro stansiyasının yeri müəyyənləşdirilib. Birində bir neçə ildir, işlər gedir, orada işlərin yaxın dövrlərdə bitməsi gözlənilir. "Nizami", "Sahil" stansiyalarının yaxınlığında və Sahil bağı ərazisində digərlərinin inşası nəzərdə tutulub. "Port Baku" hazırda cazibə mərkəzidir, həmçinin iş mərkəzidir. İnsanların oraya marağı böyükdür. Orada yeni stansiyanın yaradılması nəzərdə tutulur.

İstər metronun "Sahil", istərsə də "Xətai" stansiyalarının yaxınlığında olan yeni stansiyaların mövcud şəbəkə ilə birləşdirilməsini düşünürük.

Əlavə dörd stansiya isə mövcud olan "yaşıl xətt"in, yəni "Dərnəgül"dən başlayaraq "Xətai"yə qədər gələn və oradan davam edən stansiyalar inşa etməklə "Həzi Aslanov"a birləşdirilməsidir".

Nazir müavini qeyd edib ki, bundan əlavə, metronun "28 May" stansiyasında ciddi işlərin görülməsinə ehtiyac var:

"Biz düşünürük ki, ilk işlər buradan başlanmalıdır. Həm "yaşıl", həm "qırmızı xətt" tarixən gəlib bir xətdən, tuneldən keçir. Bu da qatarlar arasında vaxt intervalının azaldılmasına, gələcəkdə yeni inşa olunacaq stansiyalar üzrə hərəkətə mane olan amildir. Ona görə də ilk növbədə "yaşıl xətt" "qırmızı xət"dən ayrılmalıdır. Metronun "İçərişəhər" stansiyasında geri dönmənin qatarın daxil olduğu xətt üzrə mümkünlüyü intervallara təsir göstərir. Bu səbəbdən orada geri dönmə dairəsinin qurulması planlaşdırılır.

"Həzi Aslanov" stansiyasında mövcud şərait nəzərə alınaraq işlərin görülməsinə ehtiyac yaranıb ki, bu işlər tamamlanmalıdır. Bütün bu yeni stansiyalara xidmət edəcək yeni "Xocəsən" deposunun inşası və tamamlanması, eləcə də "Dərnəgül"də "yaşıl xət"də xidmət göstərəcək yeni metro stansiyasının inşasına ehtiyac var".

O əlavə edib ki, bütün bu görülən işlər gələcəkdə metro vasitəsilə əlavə 90 milyona yaxın sərnişinin daşınmasına şərait yaradacaq və şəhər daxilində sərnişin hərəkətinə ciddi dəstək verəcək.

Tramvaylar Bakıya qayıdır - Əsas küçələr BƏLLİ OLDU

Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.

Ölkə.az-ın məlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov brifinqdə bildirib.

O qeyd edib ki, tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır.

"Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May" metrostansiyasına qədər əhəmiyyətli ola bilər", - nazir müavini qeyd edib.

Rəhman Hümmətovun sözlərinə görə, "SeeBreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər.

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir. (Daha ətraflı aşağıdakı cədvəldə)

Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək

"2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 28 milyon nəfər çoxdur".

Oxu.az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib:

"Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb".

O qeyd edib ki, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.

Xəbər lenti