10 gün sonra toyu olacaqmış10 gün sonra toyu olacaqmış

Qətlə yetirilən polis əməkdaşının 10 gün sonra toyu olacaqmış

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

Ölkə.az azxeber.com-a istinadən xəbər verir ki, polis serjantı Ağayev Mahir Mayıl oğlu nişanlı olub, 10 gün sonra isə toyu olacaqdı.

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları - SİYAHI

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

 

 

 
Dağıstanda 15-dən çox polis öldürüldü: matəm elan edildi

Dağıstanda 15-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və bir neçə mülki şəxs yaraqlıların hücumlarının qurbanı olub.

Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov öz Telegram kanalında bildirib. Onun sözlərinə görə, altı yaraqlı məhv edilib. "Mahaçqala və Dərbənddə əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsi başa çatıb",-Melikov  qeyd edib.

“15-dən çox polis əl-ələ verib Dağıstanın əmin-amanlığını qoruyan bugünkü terror aktının qurbanı oldu. Toqquşmalar zamanı daha bir neçə mülki şəxs də həlak olub... Onların arasında 40 ildən artıq Dərbənddəki pravoslav kilsəsində xidmət etmiş ruhani Nikolay ata da var”, - Məlikov əlavə edib.

Zərərçəkənlərə və həlak olanların ailələrinə maddi yardım göstəriləcək.

İyunun 24-dən 26-dək Dağıstanda matəm elan edilib, respublikada bütün əyləncə tədbirləri ləğv edilib

Bu barədə Dağıstan rəhbərinin administrasiyasının mətbuat xidməti xəbər verir.

“24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı indicə Sergey Melikov imzalayıb”, - məlumatda deyilir.

Matəm günlərində respublikanın hər yerində dövlət bayraqları yarıya qədər endiriləcək. Dağıstanda yerləşən mədəniyyət müəssisələri və televiziya və radio şirkətləri bütün əyləncə tədbirləri və proqramlarını ləğv edəcəklər.

Bazar günü axşam saatlarında Dərbənddə sinaqoq və kilsəyə, Mahaçqalada isə pravoslav kilsəsinə, həmçinin yol polisi postuna hücum nəticəsində 15-dən çox polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub.

Hadisə zamanı 16 nəfərə yaralanıb ki, onunda 13-ü polisdir. 

Şüvəlanda 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərilib.

“Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Şabranda evə basqın: ölən və yaralanan var

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

"Report"un Şimal bürosunun məlumatına görə, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb, onun həyat yoldaşı rayon sakini 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gilgilçay və Dəmiraparançaydan sel keçib

İyunun 22-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzin məlumat verilib.

Onun sözlərinə görə, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçib.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Dörd ayda istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı AÇIQLANDI

Bu ilin yanvar-aprel ayları ərzində istehsalatda baş vermiş 164 bədbəxt hadisənin təhqiqatı aparılıb, bu hadisələr nəticəsində 22 nəfər vəfat edib, 170 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.

Bildirilib ki, baş vermiş həmin hadisələrin səbəbləri sırasına zərbə, yol-nəqliyyat, sürüşmə- büdrəmə, hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas və sairə daxildir:

Hər bir istehsalat qəzası ilə bağlı "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun şəkildə təhqiqat işlərinin aparılması və nəticəsinə uyğun şəkildə qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Əməyin mühafizəsi tələblərinin pozulmasına görə aidiyyəti işəgötürənlərə isə İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə müvafiq məbləğlərdə cərimələr tətbiq edilib.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 159 zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı akt verilib.

İnzibati tədbirlərlə yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb və bu işlər mütəmadi olaraq davam etdirilir".

Tovuzda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhər bazarının yaxınlığında baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü N.Cəfərovun idarə etdiyi avtomobil bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində N.Cəfərov ölüb, 1970-ci il təvəllüdlü K.Şirinova və 1956-cı il təvəllüdlü Q.Şirinov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İdmançı ərini öldürən Əfsanə cəzadan azad edildi - FOTO

"Sərhədçi" idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb.

Qafqazinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.

Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətməsi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib.

Bu səbəbdən xanım müttəhim cəzadan azad edilməli, barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixatriya stiasionarında müalicə tətbiq edilməlidir. Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.

Qərara əsasən Ə.Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib. Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.  Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər "Sərhədçi" idman kompleksində çalışırmış.
 

 

 

 

Xəbər lenti