serxan-kamalli-vefat-etdi

Jurnalist Sərxan Kamallı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb. Onun son iş yeri Baku TV-də redaktor vəzifəsi olub.

***

TƏBİB jurnalist Sərxan Kamallının vafatı ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, 1983-cü il təvəllüdlü S.Kamallı 16.06.2024-cü il tarixində saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024-cü il saat 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

İtən əsgərimiz öldürülübmüş - RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

Azərbaycan Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

 

 

 

 
Mövqelərimiz yenidən atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qadının ayağından öpməyə məcbur edilən şəxsin atası DANIŞDI

Gədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edilməsinin detalları məlum olub.

Belə ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər.

Zərərçəkənin atası Vidadi Kazımov Baku TV-yə bildirib ki, ona zəng edərək oğlunu döydüklərini və boğazında kəndir izinin olduğunu bildiriblər:

"Onu yazdığı mesaja görə döyüblər".

İddialara görə, hadisəyə səbəb isə Nicat Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Belə ki, hətta Nicat Kazimov onun həyat yoldaşına sevgi mesajı yazıb. Bundan sonra həmkəndlilər onu cəzalandırmaq qərarına gəliblər.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Azərbaycanda RƏZALƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər


Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.

Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.
Mövqelərimiz atəşə tutuldu

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
"Səfirlik əməkdaşı" külli miqdarda pul aldı, həbs edildi

Bakıda bir neçə vətəndaşa qarşı dələduzluq edən Eldəniz Qərib oğlu Rzayev həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Rzayev Bakıda bıçaqlanma hadisəsinə görə həbs edilmiş şəxsi azadlığa buraxdıracağı vədi ilə onun yaxınlarından 16 500 manat pul alıb.

Bundan sonra E.Rzayev yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə Məmmədov Məhəmməd Cəbrayıl oğluna işlədiyi "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər" zavodunda 268 000 manatlıq mənimsəmə faktına görə barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179, 308 və 314-cü maddələri ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyini deyib.

O, zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə, "Ayna Sultanova" heykəlinin yaxınlığında 60 000 manat, bundan bir neçə gün sonra vahid niyyətin davamı olaraq Məhəmməd Məmmədovun Rüstəm Məhərrəmov vasitəsilə göndərdiyi 15 000 manat pulu ələ keçirib və qarşı tərəfə 75 000 manat ziyan vurmaqla dələduzluq edib.

E.Rzayev ziyan vurduğu şəxslərə özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən yüksəkvəzifəli şəxsin qohumu, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yerləşən səfirliyində tərcüməçi vəzifəsində işləyən şəxs kimi təqdim edib.

Həmçinin, məlum olub ki, Eldəniz Rzayev illər əvvəl başqa şəxslərə qarşı da oxşar əməllər törədib və məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə E.Rzayevə 7 il 6 ay həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir

Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.

goygolde-22-yasli-qadin-qetle-yetirildi

İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M. Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

85-nefer-de-susaya-gedir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola çıxıb.

Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti