![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri qəsəbənin I Mədən küçəsi, korpus 2 ünvanında aparılır.
Ümumi uzunluğu 800, ortalama eni 5 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN..
"Yol-xeber.az" xəbər verir ki, Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.
Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir.
Tunellər şərti olaraq T1A (3 303m), T1 (351.5 m), T2 (550m), T3 (681.5 m), T4 (570m), T5 (478.5m) və T6 (526m) adlandırılıb.
Artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tunel daxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
T1, T2 və T3 tunellərində də qazıntı və püskürtmə beton işləri artıq yekunlaşıb. Hazırda tunellərdə daxili drenaj, kabel borularının inşası və kəmər betonlama işləri davam etdirilir.
T1A tunelinin sol istiqaməti üzrə ümumi 1426 metr, sağ istiqaməti üzrə isə ümumi 1604 metr məsafədə qazma və dəmir-beton dəstəkləmə işləri görülüb. Hazırda qeyd olunan işlər digər məsafələrdə davam etdirilir.
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun (dərə üzərində inşa edilən körpü) 8-də hazırda inşaat işləri davam etdirilir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.
Qeyd olunan üsulla betonlama işləri yolun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viadukda artıq tamamlanır. Hazırda bu istiqamətdə viadukda işlər yekunlaşdırma mərhələsindədir.
Layihə üzrə avtomobil körpülərinin, alt keçidlərinin, suötürücü dairəvi boru və düzbucaqlı monolit boruların tikintisi davam etdirilir. Süni qurğu işlərinin ümumi görülmə faizi 70%-dən çoxdur.
Hazırda yolboyu torpaq işlərinin icrası da davam edir. Belə ki, layihə üzrə genişləndirmə, yamacların kəsilməsi, qazma-dolğu işləri ilə yeni yol yatağının inşası, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsasının tikintisi işləri davam edir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə də start verilib.
Bundan başqa “Zəfər Yolu”nun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…
."Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.
Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.
Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.
Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.
Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
."Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası sürətlə davam etdirilir. Artıq yola yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.
Daha sonra qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılır. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri davam etdirilir.
Torpaq işləri yekunlaşan ərazilərdə "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlaınılıb.
Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
YOLUNUZ AÇIQ OLSUN...
."Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri icra olunub.
Küçənin uzunluğu 1000 metr, ortalama eni isə 15 metr təşkil edir.
Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə mövcud piyada səkilərin bərpası işləri icra olunub.
Təmir işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunub. Yaxın günlərdə küçəboyu zəruri olan yerlərdə piyada zolaqlarının çəkilişi işi də icra olunacaq.
Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə artıq II Alatavanın 2 km uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...
."Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2.4 km olan 4 küçəsində aparılmasına start verilib.
Təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.
Daha sonra isə küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
."Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5.5 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
Torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.
Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri görülüb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələ üzrə icra olunur.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, anoloji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.8 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.5km) və Şamlı-Tola (6,3 km) avtomobil yollarında da aparılır. Sadalanan yollarda artıq torpaq işləri yekunlaşıb.
Beləliklə ümumi uzunluğu 26 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
."Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yolboyu torpaq işləri və yeni torpaq yatağının inşası artıq yekunlaşıb. Layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının tikintisi də bitmək üzrədir.
Artıq Bərdə-Ağdam avtomobil yolunun tikintisi layihəsi üzrə yol geyimi işləri 47%, süni qurğular üzrə işlər 63%, körpülər üzrə tikinti 99% yerinə yetirilib. Ümumilikdə nəzərdə tutulan işlərin 71% -i yekunlaşıb.
Hazırda yol əsası hazır olan hissələrdə (12-45-ci km) yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bundan başqa avtomobil yolunun Bərdə şəhərinin daxilindən keçən ilk 2.2-ci km-lik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi, piyada səkilərinin inşası, səki və tamet daşlarının düzülməsi işləri davam edir.
Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da artıq bitib.
Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin tikintisi də artıq yekunlaşıb.
Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında yanaşma yollarının və yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi, həmçinin yolun 4, 14 və 16 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin inşası davam edir.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da lahiyə üzrə icrası nəzərdə tutulan işlərdəndir və hazırda bu istiqamətdə də işlərə başlanılıb.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
."Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsinin 1530 metrlik hissəsi, həmçinin Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsi əsaslı şəkildə təmir olunub.
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində və Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik hissəsində aparılıb.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kv.m səki bərpa olunub, 2066 p /metr yeni səki daşı düzülüb. Ümumilikdə 9175 kv.m sahədə təmir aparılıb, 8300 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.
Cəlil Məmmədquluzadə küçəsinin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Anoloji işlər burda da icra olunub. Belə ki, küçəboyu 1252 p/m səki daşı qoyulub, yolayrıcılarına 414 kv.m olmaqla tamet daşları düzülüb. Ümumilikdə 14.5 min kv.m əraziyə asfalt-beton örtüyü döşənib.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə və Mərdanov qardaşları küçələri arasında yerləşən 350 metrlik hissəsi də əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 14.5 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 p/m səki daşı düzülüb.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 6772 kv.m ərazidə təmir işləri aparılıb.
Təmir işləri zamanı hər iki küçədə zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.
Sonuncu mərhələdə küçələr üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...
."Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli küçəsinin əsaslı təmiri davam edir.
Küçənin ortalama eni 14.5 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 p/m səki daşı düzülüb.
Hazırda küçəyə 2-ci lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Ümumilikdə 6772 kv.m ərazidə asfaltlanma işləri aparılacaq.
Təmir işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunur.
Sonuncu mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 1562 kv.m sahədə parkinq yerləri yaradılacaq.
Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...