![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Hazırda yenidənqurma işləri uzunluğu 9 km olan Hüseynhacılı-Öncəqala hissəsində aparılır. Bu hissədə artıq torpaq işləri və suötürücü boruların quraşdırılması yekunlaşıb.
Belə ki, yolun 7.6 km-lik hissəsində yol geyiminin üst layı, 8.2 km-lik hissəsində isə yol geyiminin alt layı inşa edilib. Müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.
Hazırda yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Artıq yolun 2.7 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.
Ortalama eni 14 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 1123 kv.m sahədə bərpa olunub, küçəboyu 607 p/m yeni səki daşları düzülüb.
Küçəboyu 4187 kv.m əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Təmir işləri rayonun 261 metr uzunluğa malik Aşıq Alı və uzunluğu 275 metr olan Yəhya Bakuvi küçələrində də aparılıb.
Ortalama eni 15 metr olan Aşıq Alı küçəsinin təmiri zamanı 4339 kv.m, eni 9 metr təşkil edən Yəhya Bakuvi küçəsində isə 2880 kv.m əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı təmir-tikinti işləri davam edir.
Bu çərçivədə cari ildə Şamaxı şəhərində 18 adda müxtəlif küçədə təmir işlərinə başlanılıb. Küçələrin ümumi uzunluğu 13 km təşkil edir. Təmir işlərinin aparıldığı sahə 73587 kv.m-dir.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa olunur. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunur.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xatırladaq ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 km olan 44 adda prospekt və küçədə agentlik tərəfindən təmir-tikinti işləri həyata keçirilib.
Təmir zamanı zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, 8 503 p/m yeni piyada səkiləri inşa edilib, 20 522 p/m səki daşı yenilənib.
Bundan başqa Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120 və 123-cü km-də Şamaxı şəhərinə giriş-çıxışda, həmçinin Bakı şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılıb.
Qeyd edək ki, hər iki yol qovşağı arasında uzunluğu 3.1 km olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə həyata keçirilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Bu isə turizm potensialı yüksək olan rayon üçün xüsusi əhəmiyyət kəsb edir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.
Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələrdə əsaslı təmir işləri həyata keçirilir.
Bu çərçivədə Kürdəxanı qəsəbəsində 1700 metr uzunluğa malik Arif Abdullayev küçəsi, 45-46-cı dalanlar üzrə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəyə 12 sm olmaqla yeni asfalt örtüyü döşənib. Hazırda ərazidə yol çiyinlərinin doldurulması işləri aparılır.
Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə isə təmir işləri davam etdirilir.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Qeyd edək ki, cari il ərzində Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə start verilib.
7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Layihəyə uyğun olaraq uzunluğu 8 km olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.
Artıq bu hissədə texnoloji ardıcıllığa uyğun olaraq, suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq asfalt örtüyünün alt qatının salınması işləri yekunlaşıb.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılmış və avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:
Yolun uzunluğu - 81.6 km;
Yolun texniki dərəcəsi - I;
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkəti hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni - 3.75 m x 2.
YERİNƏ YETİRİLƏN İŞ:
- 137 müxtəlif diametrli su ötürücü boru - 7 200 p/m;
- 30 yeraltı keçid - 1110 m;
- 7 avtomobil körpüsü - 763 p/m;
- 7 avtomobil tuneli – 6358 m;
- 9 viaduk - 1980 m.
VİADUKLAR:
1-ci viaduk - 57 km-də, 175 m;
2-ci viaduk - 61.6 km-də, 245 m;
3-cü viaduk - 62.5 km-də, 270 m;
4-cü viaduk - 65.1 km-də, 150 m;
5-ci viaduk - 69.67 km-də, 140 m;
6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
7-ci viaduk - 78.7 km-də, 295 m;
8-ci viaduk - 79.3 km-də, 185 m;
9-cu viaduk - 79.7 km-də, ortalama 380 m (sol-410 m, sağ-350 m).
TUNELLƏR:
1-ci Tunel - 53.9 km-də, ortalama 3340 m (sol 3330 m, sağ-3350 m);
2-ci Tunel - 69.9 km-də, ortalama 315 m (sol 344 m, sağ-286 m);
3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ- 550.2 m);
4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ-680.6 m);
5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ-510.2 m);
6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431, sağ 507.8 m);
7-ci Tunel - 80.6 km-də, ortalama 495.1 m (sol 430, sağ-482.3 m),
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
“İnvestisiya Proqramı”na əsasən, Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində aparılan təmir işləri yekunlaşıb. Küçənin uzunluğu 476 metr, eni ortalama 8.4 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına zəruri yerlərdə yeni səki daşları düzülüb.
Küçə boyu 4 min kv.m-ə yaxın əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Daha sonra küçəyə üfüqi nişanlanma xətləri çəkilib.
Nərimanov rayonu üzrə təmir işləri hazırda 640 metr uzunluğa malik Əbdüləzəl Dəmirçizadə küçəsində də aparılır. Belə ki, küçədə frezlənmə və səki daşlarının düzülməsi işləri görülür.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.4 km olan küçələr təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulmasıdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yenidən qurulan sözügedən yolun uzunluğu 31 km təşkil edir. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt, 20 km-lik hissəsi isə torpaq yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalacaq.
Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri görülür.
Artıq yolun əsası hazır olan 5 km-lik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib. 8 km-lik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunur.
Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb.
Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd bir aşırımlı avtomobil körpülərinin də bərpası nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu yaşayan vətəndaşıların həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı inkişafına müsbət təsir edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir işləri yekunlaşıb.
Uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçədə 2240 p/metr yeni piyada səkiləri inşa olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
Sözügedən küçədə təmir işləri 12 min kv.m-dən çox sahədə aparılıb.
Cari ilin “İnvestisiya Proqramına”na əsasən təmir işləri Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da həyata keçirilib. Torpaq əsaslı yollarda artıq asfalt işləri icra olunaraq yekunlaşdırılıb.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.
"Yol-xeber.az" xəbər verir ki, Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri davam edir.
39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihəyə uyğun olaraq hazırda yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Artıq yolun 20 km hissəsində sadalanan işlər, yolun 7 km-lik hissəsində isə yol əsasının tikintisi yekunlaşıb.
2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır. Artıq layihə üzrə 29 suötürücü borunun inşası icra olunub.
Bununla yanaşı layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası son mərhələdə olmaqla davam edir.
Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, bu avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Təbii ki, yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, kənd təsərrüfatının inkişafına səbəb olmaqla yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...