"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin (km 52+000 km 118+000) yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası sürətlə davam etdirilir. 

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca  yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur. 

Daha sonra qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılır. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri davam etdirilir.

Torpaq işləri yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.  

Qeyd edilən yenidənqurma işləri aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemləri tam olaraq aradan qaldırılacaq. 

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.  

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb. 

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur. 

Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

YOLUNUZ AÇIQ OLSUN...

Qaradağ rayonunda 4 qəsəbə üzrə 19.6 kilometr uzunluğa malik küçə təmir  edilir - AZƏRTAC

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.

"İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində uzunluğu 900, eni 6 metr olan Mərkəzi küçənin təmiri aparılaraq yekunlaşıb. Təmir çərçivəsində küçəboyu frezlənmə, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb, 100 p/m səki daşı yenilənib, yeni asfalt-beton örtüyü döşənib. 

Sadalanan təmir işləri rayonun Qızıldaş qəsəbənin ümumi uzunluğu 5100 metr təşkil edən, 6 metr enə malik 12,13 və 14-cü küçələrində də icra olunub. 

Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu. 

Hazırda təmir işləri rayonun Qobustan qəsəbəsi üzrə uzunluğu 1000 metr olan Massiv 5 ünvanında da aparılır. 

Təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.  

YOLUNZ AÇIQ OLSUN...

Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin ikinci mərhələsi üzrə işlər sürətlə davam edir

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 faizi tamamlanıb. Layihənin ikinci mərhələsi üzrə Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 55 km yolun tikintisi işləri sürətlə şəkildə davam etdirilir.  

Hazırda Horadiz stansiyasından çıxan işçi qatarlar Mərcanlı, Mahmudlu, Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət edə bilir və tikinti üçün zəruri olan mal-materialın təminatı işini həyata keçirir.

 

Hazırkı mərhələdə 1 ədəd tunel, 15 ədəd körpü,  7 ədəd yolötürücü, 4 ədəd avtomobil alt keçidi, 161 ədəd suötürücü boru, 70 ədəd ehtiyat keçidinin tikintisi nəzərdə  tutulub.  Bu mərhələ üzrə torpaq işlərinin 28%-i, suni qurğuların 33%-i, dəmir yolunun üst quruluşu elementlərinin isə 20%-i tamamlanıb.

2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Dəmir yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər trassa üzrə 82 km ərazi minalardan təmizlənib.

3-cü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.



"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin və dövlət sərhədində yeni avtomobil körpüsünün tikintisi davam edir. 

Layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən başlayaraq 3.05 km-lik hissəsini əhatə edir. 

I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir.

Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, texnika və işçi qüvvəsi cəlb olunub. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır. 

Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çay daşı tökülərək kipləşdirilib.

Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton su ötürücü qurğularının, mal-qara üçün uzunluğu – 44.7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19.5 metr təşkil edən tunel tipli yol ötürücüsü üzrə də tikinti işləri başa çatdırılıb.

Avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst layları üzrə tikintisi işləri yekunlaşmaq üzrədir. Texoloji ardıcıllığa uyğun yaxın zamanda asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.

Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində hazırda inşası sürətlə davam etdirilən avtomobil körpüsünə birləşir.  

Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur. 

Yolun və körpünün 2023-cü ildə tikintisinin yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir. 

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sahələrin inkişafına hesablanır. 

Bu istiqamətdə Agentlik tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunaraq yekunlaşdırılıb. 

Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edir. 

Görülən işlər çərçivəsində yolboyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Daha sonra yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri icra olunub.

Bərabər olaraq hərəkətin normal təşkili üçün yolboyu yol nişanları, siqnal dirəkləri quraşdırılıb. Layihənin sonuncu mərhələsində isə yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə inşa edilən yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunub. 

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2 N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmirdi. Bu üzdən mövcud örtükdə artıq deformasiyalar yaranmışdı.

Bu isə normal hərəkətin təşkili üçün problemlərə səbəb olurdu. Artıq bütün bunlar Agentliyin əraziyə cəlb olunmuş xüsusi tikinti briqadasının gördüyü təxirəsalmaz tədbirlərlə geridə qalır

Belə ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir

Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanlarıkm göstəricilərinin quraşdırılmasıüfüqi nişanlanma xətlərinin çəkilməsi  dayanacaqların qoyulması nəzərdə tutulub. 

Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir infrastruktur yaradılmış olacaq. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olacaq, yük və sərnişin daşıması asanlaşacaq, vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərən sahələr daha da inkişaf edəcək

YOLUNUZ AÇIQ OLSUN...

11 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu

Yolun texniki parametrləri:

-    Dərəcəsi – 1b,
-    Uzunluğu – 173.6 km,
-    Yol yatağının eni 26.5 m,
-    Yolun hərəkət hissəsinin eni – 15 m,
-    Hərəkəz zolaqları – 4,
-    Hərəkət zolaqlarının eni 3.75 m,
-    Ayrıcı zolağın eni – 4 m,
-    Çiyinlərin eni – 3.75 m.

Süni qurğular:

-    Dairəvi və düzbucaqlı su keçidləri – 692 ədəd,
-    Yeraltı keçid – 69 ədəd,
-    Körpü – 47 ədəd,
-    Qovşaq – 3 ədəd.

Kür çayı üzərində körpü:

-    Uzunluğu – 362.9 m,
-    Eni – 29.8 m,
-    Su səviyyəsindən hündürlüyü – 15 m,
-    Aşırım sayı – 5 ədəd,
-    Metal tağ üzərində kanatlar vasitəsilə asılmış orta aşırımın uzunluğu – 151 m,
-    Körpü  9 ballıq  seysimik təsirə hesablanıb.

YOLUNUZ AÇIQ OLSUN...

 

 



"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərində və onun qəsəbələrində rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və yolların təmiri istiqamətində tədbirlər davam etdirilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində hazırda Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri icra olunur. 

Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.   

Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınmasıyol əsasının inşası  2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Artıq yolun 1200 metrlik hissəsində sadalanan işlər yekunlaşmaq üzrədir. Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə yenidənqurma işləri davam edir

Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1800 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri də daxildir.

Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub. 

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonuMərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə bir müddətdir Agentlik tərəfindən müvafiq işlərə start verilib.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub. 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasınasərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir. 

Təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.  

Aparılan təmir işləri çərçivəsində küçə boyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri icra olunur. Sadalanan təmir işləri 8 min kv.m-ə yaxın sahəni əhatə edib. 

Əsaslı təmir işləri çərçivəsində Tofiq Abbasov küçəsinin Əli Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin rahat və təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət axınının istiqamətləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur.  

Bundan başqa sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləripiyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin daşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir. 

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi də bu cür layihələrdən sayılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri sürətlə davam etdirilir. 

H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilir. 

Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün alt layının döşənməsi işləri yekunlaşıb, yolun 7-13 km hissələrində yolayrıcı betonlar qoyulub. 

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq bitib. 

Hazırda geriyə dönmə hissələrin işlənməsi, nəzərdə tutulan 2 yerdə bordürların qoyulması, 2-4.6-cı km-lik hissədə yolun oxunun profilə salınması işləri aparılır. Paralel olaraq yeni asfalt-beton örtüyünün digər laylarının döşənməsi işləri də icra olunur. 

Sadalanan işlərlə  yanaşı H.Z. Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da davam etdirilir. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3.8-ci km-də inşa edilir. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir. 

Yolun 4.6 və 8.7-cı km-lik hisələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.

Görülən işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə Agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. Layihənin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti