![]() |
|
Moskva bu cür addımları ilə Krım reallığını Qərbə qəbul etdirmək istəyir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Rusiya donanmasının Kerç körfəzi istiqamətində Ukrayna gəmilərinə hücumu haqda danışarkən deyib. O bildirib ki, Rusiya və Ukraynanın arasında baş verənlərin səbəbi Ukraynadakı inqlab, Krımın ilhaqı, Donbasın işğalıdır:
“Kreml Ukraynanın itirilməsi ilə barışmır. Ukrayna həmişə Rusiyanın arxa bağçası olub. Rus dövləti Kiyev Rusiyasından başlayır. Rus şovinist təfəkküründə böyük Rusiyanı Ukraynasız təsəvvür etmək mümkünsüzdür”.
Politoloq baş verən hadisələrdən Putinin öz reytinqini artırmaq üçün istifadə edəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib:
“Ola bilsin ki, bu hadisənin də Putinin reytinqinin düşməsi ilə əlaqəsi var. Amma düşünmürəm ki, bu olay Putinin reytinqinin qalxmasına ciddi vasitə olacaq. Putinin reytinqinin yüksəlişi üçün Rusiya gərək bunu bəhanə edib Odessa, ya Mariupolu işğal etsin. Məqsəd Ukrayna cəbhəsində irəli gedib danışıqlarda bunu alver predmetinə çəkməkdir”.
Politoloq vurğulayıb ki, hadisənin noyabrın 30-da G20 zirvəsi çərçivəsində keçiriləcək Putin-Tramp görüşü ərəfəsində baş verməsi diqqət çəkməyə bilməz:
“Yəni Putin Trampla görüş öncəsi Azovda bu həmləsi ilə ola bilsin ki, əlindəki siyasi kartları daha güclü etmək istəyir. Göründüyü kimi, Rusiya Ukraynada provokasiyalarını davam etdirəcək”.
Politoloqun sözlərinə görə, Moskvanın gözündə Krım artıq Rusiyanındır:
“Ukrayna cəbhəsində də irəliləyərək Moskva Krımın ilhaqı reallığını Qərbə qəbul etdirmək istəyir. Belə demək mümkündür ki, Rusiya Donbası verib Krımı almaq və sanksiyalardan Qərbi imtina etdirmək istəyir. Kreml üçün çox uğurlu ticarətdir”.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq Keçr limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.
Rusiya Federasiyası Odessaya qayıdan Ukrayna gəmilərinə qarşı silah işlədib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.
“23 noyabrda Ukrayna Hərbi Dəniz Donanmasına aid gəmi və katerlərin Odessadakı bazadan Mariupola planlaşdırılmış keçidi baş tutub. Keçid zamanı noyabrın 24-də Kerç boğazının bağlanması haqda məlumat əldə olundu. İspaniyada yerləşən beynəlxalq nəzarət mərkəzindən isə sözügedən zonanın bağlı olmadığı bildirildi”, - Mujenko bildirib.
Baş Qərargah rəisi bildirib ki, noyabrın 25-də saat 04:00-da Kerçdəki dispetçer məntəqəsinə keçid və Kerç körpüsü zonasında keçidin qrafikinin dəqiqləşdirilməsi ilə bağlı 2 sorğu göndərilib:
“Heç bir məlumat və cavab almadıq. Hərəkətə davam etdik. Daha sonra Krım körpüsünün altında keçid qaydası müəyyən edilənə qədər gözləmək barədə mesaj aldıq”.
Onun sözlərinə görə, noyabrın 25-i saat 11:00-da keçidin bağlanması barədə məlumat verilib və sözügedən məlumat beynəlxalq nəzarət mərkəzinə də daxil olub.
Baş Qərargah rəisi bildirib ki, bu məlumat həqiqəti əks etdirmirdi. Çünki saat 13:40 və 13:50-də Krım körpüsünün altından Rusiyanın bir gəmisi və iki diversiya əleyhinə kateri keçib. Amma məlumat verilmişdi ki, yük gəmisi quruya oturduğu üçün Kerç boğazı bağlanıb.
“Saat 17:00-a qədər məlumat ala bilməyən Ukrayna gəmiləri geri qayıtmaq barədə qərar qəbul etdilər. Gözləmə zonasından daimi baza yerinə qayıdarkən bizim gəmilər Krım sahilindən 13-14 mil aralıda onları müşayiət edən Rusiya gəmiləri tərəfindən atəşə tutuldu, yolları kəsildi”, - Mujenko deyib.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.
Rusiya istehsalı S-400-lərə dünya miqyasında bu qədər marağın olmasının səbəbi bu sistemlərin ABŞ müdafiə sistemlərindən daha üstün olmasıdır.
Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsayder” jurnalının məlumatında deyilir.
Bildirilib ki, son bir neçə ildə S-400-lərin satışı ilə bağlı xeyli razılaşma imzalanıb, həmçinin Əlcəzair, Çin və Belarus kimi ölkələr bu sistemlərlə maraqlanmağa başlayıb:
“Qarşıdakı dönəmdə S-400 Türkiyə, Hindistan və Səudiyyəyə göndəriləcək. Hətta Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan modernləşdirilməkdə olan S-500-ə də maraq duymağa başlayıb”.
Terrorçular xlor qazı ilə yüklənmiş xüsusi mərmilər vasitəsilə Suriyanın Hələb şəhərinə hücum edib.
Axar.az xəbər verir ki, SANA agentliyi hücum nəticəsində ən azı 12 mülki vətəndaşın həlak olduğunu yazıb.
Qeyd edək ki, Hələb şəhəri 2016-cı ildə azad edilsə də, şəhər mərkəzi tez-tez terrorçuların hücumuna məruz qalır.