12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Trampın Rusiya lideri Putinlə görüşü ləğv etməsi piar gedişidir.

Axar.az xəbər verir ki, bu sözləri Trampın Putinlə Argentinada nəzərdə tutulan görüşünü ləğv etməsinə münasibət bildirərkən Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib. Onun sözlərinə görə, bu addımla Tramp ABŞ daxilində reytinqinə xidmət edir.

“Trampın Putinlə görüşünü ləğv etməsi növbəti antidiplomatik gedişdir. Görünür, ABŞ daxilində Rusiyaya qarşı olan qüvvələrin təzyiqinə qarşı piardır. Düşünürdüm ki, görüş hətta ayaqüstü də olsa, baş tutacaq. Ancaq bu, Trampın şəxsi mövqeyidir ki, Rusiyaya qarşı tammiqyaslı siyasət yürüdür”, - Slutski bildirib.

Parlamentarinin sözlərinə görə, Putinlə görüşün ləğvi Ukrayna Prezidenti Poroşenkonun seçki öncəsi yolunu təmizləməyə xidmət edir:

“Görüş çox xeyirli ola bilərdi. Artıq ikinci dəfədir ki, Rusiya və ABŞ liderləri beynəlxalq tədbirdə bir araya gəlir, amma görüş keçirə bilmirlər. Ola bilər ki, hansısa kompromis tapılardı”.

Fransada Birinci Dünya müharibəsində də liderlərin görüşünə imkan verilmədiyini xatırladan Slutski bildirib ki, görüşün baş tutmamasının kimin ziyanına olduğunu bilmək olmaz.

Qeyd edək ki, Tramp Kerç böhranına görə Rusiya lideri ilə artıq razılaşdırılmış təkbətək və geniştərkibli görüşlərini ləğv edib.

Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.

Rusiya İranın Suriyada sabitliyi pozan fəaliyyətinə qarşı yönələn siyasətinə qarşı hərəkata qoşulmalıdır.

Ardını oxu...

Aramıza ədavət toxumu əkməyə heç kimin gücü çatmaz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri Əhməd Davudoğlu Şırnakda keçirilən tədbirlərdən birində bildirib.

"Bu torpaqları bölməyə, aramıza ədavət toxumu əkməyə heç kimin gücü çatmaz. Hər zaman dediyim kimi, mən Alparslanın ordusunda bir kürd, Səlahəddinin ordusunda bir türk olmaq istərdim", - Davudoğlu qeyd edib.

Qeyd edək ki, Səlahəddin Əyyubinin etnik mənşəyi haqda yanlış təsəvvürlər olsa da, onun azərbaycanlı olduğunu təzkirələr təsdiqləyir.


Millət vəkili Qənirə Paşayeva Türkiyədə karpal tunel sindromu səbəbilə əməliyyat olunub.

Kult.az xəbər verir ki, bu barədə millət vəkilinin bacısı Kəmalə Paşayeva açıqlama yayıb. O bildirib ki, Qənirə Paşayeva Türkiyənin Memorial Şişli Xəstəxanasında əməliyyat edilib:

“Hamıya Qənirə xanımın əməliyyat olunması ilə bağlı keçirdirdiyi narahatlıqdan və göstərdiyi böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum səbəbdən cavab verə bilmədimsə, üzr istəyirəm.

Sizin narahatlığınız və diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk.

Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn karpal tunel narahatlığı səbəbilə əməliyyat olunub. Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir. Memorial Şişli Xəstəxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.

Qeyd edək ki, karpal tunel bilək nahiyəsində sinirlərin sıxılması səbəbi ilə meydana çıxan əlamətlərdir.

İsrail Türkiyədə diplomatik təmsil olunma səviyyəsinin azaldılmasına qərar verib.

Ardını oxu...


Paşinyanla Köçəryan arasında hərbi xidmət mübahisəsi daha da qızışıb.

Ardını oxu...

Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm.

Report-un xəbərinə görə, bu barədə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili brifinqdə bildirib.

O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib.

ABŞ Prezidenti Donald Tramp Argentinada baş tutan G20 ölkələri liderlərinin zirvə sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.

Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri buna səbəb kimi Kerç boğazında yaşanan Rusiya-Ukrayna gərginliyini göstərib.

Trampın bu son qərarı ilə bağlı təfərrüatlı məlumat verilməyib.

Almaniya mətbuatının Avropadakı erməni mafiyasının bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqəsi barədə araşdırması təəccüb doğurmamalıdır, çünki bu, həqiqəti əks etdirir.

Bunu Trend-ə rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov “Der Spiegel” qəzeti və MDR telekanalında yer almış araşdırma məqalələri şərh edərkən deyib.

Y.Mixaylovun sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın “qanuni oğrularla” əlaqələri məlumdur və sirr deyil ki, həmin “oğrulardan” bəziləri Rusiyada təqib olunarkən məhz Ermənistanda gizlənib:

“Çirkli pulların yuyulması, narkotik, qaçaqmalçılıq – bütün bunlar dünyada erməni mafiyasının fəaliyyətinin çox az hissəsidir. Almaniya xüsusi xidmət orqanlarının bu mafiya ilə məşğul olması onu göstərir ki, onlar rusiyalı həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir, Rusiya xüsusi xidmət əməkdaşlarının təcrübəsindən istifadə edir. Rusiyada da ermənilər əksər vaxtlarda çirkli pulların yuyulması və digər cinayətkar qrupların başında dayanır”.

Analitik əlavə edib ki, Ermənistan XİN-in siyasi dəstəyi olmadan cinayətkarlar özlərini belə sərbəst apara bilməzdi:

“Bundan başqa, ölkənin digər dövlət strukturları də dünyada erməni cinayətkar qruplaşmaları ilə əlaqələrə qurşanıb”.

Suriya Konstitusiya Komitəsinin qurulması ilə bağlı maneələrin aradan qaldırılması üçün əlimdən gələni edəcəyəm.

Axar.az xəbər verir ki, bu sözləri 2018-ci ilin dekabrın 31-də vəzifədən gedəcək olan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.

O, həmçinin Rusiya, İran və Türkiyənin İdlibdə gərginliyin azaldılması ilə bağlı səylərini də təqdir edib.

Xəbər lenti