12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Qaşıqçının qətli ilə məşğul olan qruplaşmaya nəzarət edən şəxsə göndərdiyi 11 mesajın içərisində öldürmə əmrinin ola biləcəyini açıqlayıb.

Ardını oxu...


İran Birləşmiş Millətlər Təşkilatı Təhülkəsizlik Şurasının qadağasını pozaraq, ortamənzilli ballistik raketini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.

“Bu raket Avropanın bir hissəsini və Yaxın Şərqdə hər hansı bir yeri vurma uzaqlığına sahibdir. Raketin sınaqdan keçirilməsi BMT TŞ-nin 2231 saylı qətnaməsini pozub. İranı nüvə silahı daşımaq potensialına malik ballistik raketlərlə bağlı bütün hərəkətlərini sonlandırmağa çağırırıq”, - deyə Pompeo bildirib.


Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərlə İş üzrə nazir müavini Yuri Qrımçak ZİK televiziyasında yayımlanan siyasi tok-şou zamanı Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.

Axar.az xəbər verir ki, bu yolla Qrımçak Murayevin Rusiya tərəfinin Kerç boğazında Ukrayna hərbçilərinin saxlanmasında maraqlı olmaması barədə fikirlərinə reaksiya verib.

Murayevin fikrincə, gərginləşən vəziyyət sayəsində G-20 sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü də təxirə salınıb. Buna cavab olaraq Qrımçak Murayevi axmaq adlandırıb və söykəndiyi masaya zərbə endirib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

DGK-dan Axar.az-a verilən məlumata görə, əvvəlcə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Sumqayıt Şəhər İcra Hakimiyyətini başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub, xatirəsini anıblar.

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi “Aykakan Jamanak” nəşri Robert Köçəryanın oğlu Levon Köçəryanın nəşrin “saxta informasiya” yayması ilə bağlı iddialarına cavab verib.

Axar.az xəbər verir ki, nəşr sabiq prezidentin hər iki oğlunun İrəvanda xidmət keçdiyini və hərbi hissədə gecələmədiyi iddiasını bir daha vurğulayıb.

“Paşinyan Köçəryanın oğullarının xidmətdə olmadığını deməyib. O, sadəcə, oğlu Qarabağda xidmətdə olan yeganə rəhbər olduğunu bildirib. Onlar hərbi qulluqçu kimi Qarabağda bir gün belə keçirməyiblər. Yeri gəlmişkən, bəzi məlumatlara görə, xidmətin sona çatmasından dərhal, ya da çox qısa müddət sonra onların hesabında 10 milyon dollar və daha çox vəsait olub”, - nəşr yazıb.

Nəşr Levon Köçəryanın fotoları ilə verdiyi cavaba da münasibət bildirib. Levon Köçəryanın fotolarını paylaşdığı ərazinin Ermənistanın Lori bölgəsi olduğu qeyd olunub.

Qeyd edək ki, bundan öncə Paşinyan Köçəryanın oğlu Levonun adının hərbi hissədə olsa da, bir gün də kazarmada yatmadığını bildirmişdi. Bunun ardınca isə Köçəryan oğlunun hərbi hissədən olan fotolarını paylaşmaqla, qarşı tərəfi yalançılıqda ittiham etmişdi.


Rusiyalı senator Aleksey Puşkov Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin Rusiya ilə dostluq vaxtının hələ yetişməməsi barədə fikirlərinə münasibət bildirib.

Ardını oxu...


Səudiyyə-BƏƏ əməkdaşlığının Suriyada PKK terror qruplaşması ilə münasibətləri yeni mərhələyə qədəm qoyub.

Ardını oxu...


Venesuela Prezidenti Nikolas Maduro Argentinadakı G20 zirvəsindən sonra dekabrın 2-də bu ölkəyə səfəri nəzərdə tutulan Rəcəb Tayyib Ərdoğana böyük jest edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, Venesuela hökuməti ölkədə fəaliyyət göstərən FETÖ məktəblərini Türkiyənin Maarif Fonduna təhvil verib.

Məktəblərin təhvil verilməsinə dair müqaviləni Venesuelanın Təhsil naziri Aristobula İzturiz Almeyda, Türkiyənin Venesueladakı səfiri Şevki Mütəvəllioğlu və Maarif Fondunun idarə heyətinin üzvü Nedim Kaya imzalayıb. İmzalan müqavilə ilə bağlı danışan Türkiyə səfiri münasibətlərdə tarixi bir məqam yaşandığını bildirib:

“Bu müqaviləni iki ölkənin böyük uğuru kimi görürəm. Türkiyə Maarif Fondu düzgün və səviyyəli təhsil barədə həm Venesuela, həm də Latın Amerikasındakı ölkələrə nümunə olacaqdır”.


ABŞ Dövlət katibi və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr G20 sammiti çərçivəsində görüşüblər.

Ardını oxu...


ABŞ Gürcüstanda namizədlərin seçkiqabağı kampaniyalarının təşkilindəki qanun pozuntularından narahatdır.

Ardını oxu...

Xəbər lenti