![]() |
|
Soçi Şəhər Şurasının keçmiş deputatı Aleksandr Şirobokov ölü tapılıb.
Axar.az RİA-ya istinadla xəbər verir ki, 58 yaşlı keçmiş deputatın Qırmızı Ordu küçəsində bıçaqlandığı və onun qanaxmadan öldüyü bildirilib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, saxlanılan yoxdur.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Paraqvaya səfər edən ilk türkiyəli prezident kimi tarixə düşüb.
Axar.az xəbər verir ki, Ərdoğanın sözügedən tarixi səfəri bu gün Ankara vaxtı ilə 18:15-də baş tutub.
Türkiyə prezidentini hava limanında Paraqvay rəsmiləri qarşılayıb.
![]() ![]() ![]() ![]() |
Türkiyənin turizm rəhbərliyi 2019-cu ilin proqnozunu və əcnəbi turistlərin cəlbi ilə bağlı əsas rəqiblərini müəyyənləşdiriblər.
Axar.az xəbər verir ki, Antalyada 2018-ci ilin turizm yekunları ilə bağlı tədbir keçirilib. Tədbirdə otel sahibləri, turoperatorlar və yerli məmurlar iştirak edib. Ümumi rəyə görə, 2018 turizm sahəsində ən yaxşı il olaraq xarakterizə edilib.
İlkin hesablamalara görə, Türkiyə 2018-ci ildə 2017-ci illə müqayisədə 28% çox, 13,5 milyon əcnəbi turist qəbul edib. Aralıq Dənizi Turist Otellər və Operatorlar Assosiasiyasının rəhbəri Ərkan Yaqçi bildirib ki, Türkiyə bu templə 2023-cü ildə 50 milyon turisti qəbul etməyə hazır olacaq.
Ölkənin turizm potensialının ildə 80 milyon olduğu bildirilən toplantıda turizm sahəsində ölkənin ən ciddi rəqibinin İspaniya olduğu vurğulanıb.
Qeyd olunub ki, Türkiyə “ağıllı turizm” həyata keçirməli və il ərzində turizm qəbulunu nizamlamalıdır.
Almaniya və onun müttəfiqləri Qara dənizdə hərbi mövcudluqlarını artırmalıdır.
Axar.az xəbər verir ki, bunu “Funke Media Qrup”a açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, bu addım Rusiyanın qarşısını almağa yönəlməlidir.
O, həmçinin beynəlxalq aləmin Rusiyaya təzyiqləri artırıb, “Şimal axını 2” layihəsini dayandırmalı olduğunu bildirib.
ABŞ Fəratın şərqi və Suriyanın digər bölgələrindəki fəaliyyəti ilə “kürd kartı”nı oynayır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu fəaliyyətlər Suriyanın ərazi bütövlüyünü pozur:
“Fəratın şərqində baş verənlər Suriyanın ərazi bütövlüyünün pozulmasıdır. Bu, hər kəsə məlumdur. ABŞ xüsusi təyinatlıları ilə müşavirlərinin olduğu Fəratın şərqi və ölkənin digər ərazilərindəki fəaliyyəti ilə “kürd kartı”nı oynayır. Bu kürd məsələsinin region ölkələrində (Türkiyə, İraq və İran) nə qədər önəmli olduğunu nəzərə alsaq, bu, çox təhlükəli bir oyundur”.
Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımır. Onun qədər Azərbaycan təbliğatçılarına yardım edən heç bir Ermənistan lideri olmayıb. Azərbaycan mətbuatında yazılanlara baxın. Görün, baş nazir haqqında nələr yazırlar.
Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri, keçmiş təhsil naziri, hazırda isə Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasının (ERP) liderlərindən olan Armen Aşotyan keçirdiyi brifinqdə söyləyib.
Aşotyan Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin gedişindən və Ermənistanın indiki hakimiyyətinin hərəkətlərindən olduqca qəzəbli və narahat olduqlarını dilə gətirib: “Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Onlar Qarabağda güddükləri başqa məqsədlərə işi yerli hakimiyyətin (oyuncaq qondarma rejimin) üzərinə yıxaraq nail olmaq istəyirlər”.
Jurnalistlər Aşotyandan Paşinyanın “keçmiş iqtidarın ordunu talan etməsi” ilə bağlı sözlərinə reaksiyasını öyrənmək istəyiblər.
“Paşinyanın Qarabağ və ordu haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Əgər müharibə vəziyyəti yaransa və ordumuzun başında Nikol Paşinyan dayansa, o zaman vay bizim halımıza...” - deyə Armen Aşotyan cavab verib.
Ermənistan yenidən prezident idarəçilik formasına keçid edə bilər.
Axar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Sisianda keçirdiyi mitinq zamanı deyib.
“Əgər biz parlament idarəçilik formasının dəyişdirilməsinə ehtiyac yarandığına əmin olsaq, sizin icazənizlə bunu edəcəyik. Konstitusiyada bəzi bəndlər var ki, mütləq dəyişdirilməlidir. Bizim konstitusiyada göstərilir ki, nazir və ya deputat son dörd ildə yalnız Ermənistan vətəndaşı və ölkədə yaşayan şəxs ola bilər. Əgər parlamentariləri nəzərə alsaq, bu addıma haqq qazandırmaq olar, nazirlərlə bağlı məsələdə isə bu, diasporun potensialını cəlb etməyə imkan vermir”, – deyə o bildirib.
Ukrayna Almaniyanı müharibəyə cəlb etməyə cəhd edib.
Axar.az xəbər verir ki, bunu “N-TV” televiziyasına müsahibəsində Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel deyib.
“Biz heç bir zaman imkan verməməliyik ki, Ukrayna bizi müharibəyə cəlb etsin. Ukrayna bunu nə zamansa etməyə çalışıb”, – deyə o bildirib.
O, həmçinin, Rusiyanı Kerç böhranında ittiham edərək, beynəlxalq hüquq prinsiplərini pozduğunu deyib.