![]() |
|
Ermənistanın Baş prokuroru Artur Davtyan keçmiş Təbiət Mühafizəsi naziri, deputat Aram Arutyunyanın həbsinə icazə verməsi üçün parlamentin spikeri Ara Babloyana müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, keçmiş nazir böyük məbləğdə rüşvət almaq və çirkli pulların yuyulmasında ittiham olunur. Arutyunyan Sünik, Geqarkunik, Lori və Kotayk bölgəsində yerləşən 10 əlvan metal yatağının istismarı üçün lisenziya verilməsi məqsədilə 14 milyon dollar rüşvət alıb. Rüşvət yolu ilə əldə olunan vəsait xarici ölkələrdə yuyulub.
Mərənd və Culfanın İslami Şura Məclisində (İran parlamenti) millət vəkili Məhəmməd Həsənnəjad Azərbaycana münasibətdə yol verilən ayrı-seçkilik siyasətini tənqid edib.
Teleqraf.com-un xəbərinə görə, dekabrın 2-də parlamentdə çıxışı zamanı Şərqi Azərbaycana yeni təyin olunmuş valini təbrik edən Məhəmməd Həsənnəjad bildirib ki, prezident yeni valinin təqdimat mərasiminə birinci müavinini göndərməli idi, lakin nazir müavini göndərildi:
“Bu, Azərbaycana lazımi qədər diqqət yetirilmədiyini göstərir. Azərbaycanlılar arasında ayrı-seçkiliyə məruz qaldıqları ilə bağlı fikir formalaşıb. Onlar soruşur ki, nə üçün körfəzdən və Karun çayının su ayrıclarından lazımi yerlərə su xətti çəkilə bilir, lakin Urmiya gölünə su kanalı çəkməyə vəsait tapılmır? Nə üçün İsfahanın sürətli qatar layihəsi istifadəyə verilir, lakin Təbriz-Miyana qatarı 17 ildir ki, işə düşmür?!
Eləcə də Araz çayının suyu Mərənd, Hərzəndat və Yekanat düzünə axıdılmır. Şimal avtobanı tikilir, amma Təbriz-Mərənd-Bazirqan avtobanı tikilmir”.
Ayrı-seçkilik hissinin Azərbaycan əhalisini narahat etdiyini vurğulayan millət vəkili ölkə prezidenti və parlament rəhbərliyini bu məsələni ciddiyə almağa çağırıb.
Yaponiya və Rusiya liderləri sülh müqaviləsinin imzalanması üçün danışıqların sürətləndirilməsi barədə razılaşmaya sadiq qaldıqlarını bildiriblər. İki lider arasında əldə edilən razılaşmaya əsasən, onların gələn ilin əvvəllərində keçiriləcək ikitərəfli sammitinə qədər bu ölkələrin xarici işlər nazirlərinin görüşü təşkil ediləcək.
Azərtac xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin Argentinada keçirilən G20 sammiti çərçivəsində görüşündə əldə edilib.
Razılaşmaya görə, Yaponiyanın xarici işlər naziri Taro Kono rusiyalı həmkarı Serqey Lavrov ilə Baş nazir Şinzo Abenin Rusiyaya səfəri ərəfəsində görüşəcək.
Ş.Abe və V.Putin, həmçinin, xarici işlər nazirlərinə tabe olan və əsas danışıqları aparacaq şəxsləri də təyin ediblər. Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori və Rusiya xarici işlər nazirinin müavini İqor Merkulov həmin danışıqlarda iki ölkə liderlərinin əsas nümayəndələri olacaqlar.
Xatırladaq ki, bu, Ş.Abe ilə V.Putinin cari ilin noyabrında Sinqapurda keçirilən sammitindən sonra sayca 24-cü görüşləri olub. Həmin sammit zamanı iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların 1956-cı il birgə bəyannaməsi əsasında sürətləndirilməsi barədə razılıq əldə edilib.
Həmin sənəddə bildirilir ki, iki dövlət arasında sülh müqaviləsi imzalanandan sonra Moskva onun nəzarətində olan 4 adadan 2-ni Yaponiyaya qaytaracaq.
Yaponiya hökuməti, həmçinin bu adaların ölkənin ayrılmaz tərkib hissəsi olduğunu və onların qeyri-qanuni işğal edildiyini bildirir.
Rusiyanın “Zvezda” telekanalı 90-cı tank diviziyanın Çelyabinsk vilayətindəki təlimlərindən görüntüləri yayımlayıb.
Axar.az xəbər verir ki, təlimlərdə T-90, BMP-2 və “Tunquski” döyüş maşınları iştirak edib.
Görüntülərdə tank ekipajının sıra ilə hədəfi nişan alması, daha sonra topçuların 30 millimetrlik toplarla atəş açması əks olunur.
Təlimlərdə həmçinin potensial rəqibə qarşı “Qrad” reaktiv sistemləri də sınaqdan keçirilib.
Qeyd edək ki, “Qrad” BM-21 döyüş vasitəsindən, yanğından mühafizə sistemindən, 122 mm idarəolunmaz raketdən və 9T254 enerjidaşıyıcı maşından ibarətdir.
Mixail Saakaşvili Gürcüstana qayıtmağa hazır olduğunu bir daha açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə o, bu gün Tiflisdəki mitinq iştirakçılarına müraciətində deyib. Niderlanddan etdiyi video-müraciətində Saakaşvili bildirib ki, prezident seçkilərinin nəticəsini tanımır və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri dəstəkləyir.
“Nə vaxt lazımamsa, siz nə vaxt çağırarsınızsa, o zaman Gürcüstana qayıtmağa və sizinlə birgə hədəflərimiz uğrunda mübarizə aparmağa hazıram”, - Saakaşvili bildirib.
Qeyd edək ki, 28 noyabr seçkisi bitəndən dərhal sonra müxalifəti mübarizəyə çağıran Saakaşvili nə yolla olursa-olsun, ölkəsinə qayıdacağını demişdi.
...Son bir neçə il ərzində ilk dəfədir ki, televiziyalar, onlara ictimai münasibət haqqında danışıram. Məcburam. Xüsusilə son zamanlar sosial şəbəkələrdə yerindən duran, hissə-hissə duran, alayarımçıq duran bütün Dursun müəllimlərə bəzi deyəcəklərim var. Onlar baxdığı kanalları tənqid edirlər. Qısası bu! Və demək olar ki, bütün telekspertlər, teleekspırtlar hamısı eyni mənzərəni tənqid edir. Ay müğənnilər elə oxudu, ya belə geyindi, bütün günü çal-çağırdı, hansı gününüzə oxuyursunuz, çalırsınız və sair.
Soruşmaq lazımdır ki, bəs siz niyə onlara baxırsınız, hansı gününüzə yalnız çalıb oynayanlara tamaşa edirsiniz? Əvvəldən sonadək Xoşqədəmin, Zaurun layihələrinə baxıb sonra da onları tənqid edirsiniz. Bu, riyakarlıq deyilmi? Özü də bunu artıq internet TV-si olanlar da etməyə başlayıb. Tənqid edirlər ki, müxalifətə efir vaxtı verilmir, özlərinin də TV olduqlarını unudaraq. O vermir sən ver! Nə mane olur? Bu bir.
İkincisi, kim deyib ki, biz, məsələn REAL TV müxalifətə efir vaxtı ayırmalıdır. Bu bizim televiziyadır. Bu bizim seçimimizdir. Redaktor siyasətini biz müəyyənləşdiririk. Bu gün buna zərurət görmürük. Sabah baxarıq. Bizə 20-lər maraqlıdır, TANAP, TAP maraqlıdır. Bizə Azərbaycanın regional layihələrdə söz sahibi, təkcə söz yox, həm də əməl sahibi olduğunu nümayiş etdirən layihələrdən canlı yayımlar təşkil etmək maraqlıdır. REAL 9 aya yaxın müddətdə 200-dən artıq birbaşa yayım edib. Özü də bu yayımlar arasında ekstremal şəraitdə aparılanları da çoxdur.
“Azərbacyanda mətbuat və mediya azadlığı yoxdur” - deyə boş boğazlıq edənlərə bizim daha nə cavabımız ola bilər! Hadisəni yerindən, anında, dərhal, olduğu kimi göstərmək! Bu deyilmi azadlıq? Özü də təkcə Azərbaycanda yox, bütün dünyadan. BMT-sinin, NATO-sunun, AŞPA-sının, ATƏT-inin toplantılarını, Azərbaycanda və dünyada keçirilən az qala bütün mühüm mətbuat-konfranslarını! Guya bunlar ekspertdir. Ekspert deyəndə bir tərəfdən baxanda düzdü. Eksdir. Yəni keçmiş. Keçmiş “pert”! Üzr istəyirəm bundan sonra onlara sadəcə “pert” deyək. Madam ki eks olmamaq, gündəlikdə qalmaq istəyirlər.
Xülasə, belə “pert”lərin teledüşüncələri mənə əslində maraqlı olmamalıdır. Bayaq dediyim səbəblərdən. Bu gün də ona görə cavab vermək istədim ki, onların çeynəyib-tüpürdükləri, ölkə telekanallarını nişangaha gətirmələri heç də səmimi teletənqidçi qeydləri deyil. Bəlkə bir təhlükəli tendensiyanın tərkib hissəsidir. Hətta diversiyadır. Belə düşünməyə əsaslarım var. Bir anlığa tamaşaçıların-vətəndaşların baxdığı, nəyə görə, nə üçün, hansı verilişlərə baxdığını kənara qoyaq, hər halda baxdığı telekanallar vurulur, gözdən salınmasına ardıcıl cəhdlər edilir. Bəs, alternativ hansılardır? Bax məncə bu barədə daha ciddi düşünmək lazımdır. Budur onların alternativləri. Qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura göstərən.
Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilis dilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İskəndərlinin tərbiyəsizlik və əxlaq püskürtüsü!
Başqalarının da adını çəkib efiri daha çox zibilləmək istəmirəm. Onlar öz mahnılarını oxumurlar. Onlar üçün başqaları bəstələyir. Sədaqətli canlılar isə ifa edir.
Azərbacyana örnək göstərilənlər bunlardır. Bax budur cəmiyyətə soxuşdurulan alternativ TV-lər. Bəs bu “pert” müəllimlər nə vaxt çıxıb ortaya cəmiyyətə daha böyük təhlükə olan bu tribunaların zərəri barədə danışdılar? Hansı biri çıxıb Orduxana, Osmanqızına ən azı bədən tərbiyəsi verdi ki, ayıbdı, ayıb yerinizi bağlayın! Mən görməmişəm. Yoxsa Vidadi İskəndərlinin layiq olduğu cavabı verdilər xəbərimiz olmadı? Bəlkə onların təqdim etdikləri teletərbiyə bizim “pert” müəllimləri qane edir. Hansısa aparıcının kulis arxası ağzından ehtiyatsız ifadə çıxarmasını görk edərək sosial şəbəkələrdə ondan qat-qat artığını edən, ana-bacı, arvad-uşaq söydürən xoşqeyrət tv-cikləri, onların verilişləri altında dəvə ifrazatı kimi axıb gedən təhqirləri analiz etmək lazımdır. Anamı söyərlər deyə vətəni "kruqa" buraxmaq kişilikdən deyil! Mən hələ telepeşəkarlıqdan danışmıram...
Realtv.az
Roma Papası Fransisk cəmiyyətdə homoseksuallıq dəbinin yarandığını bildirib.
Axar.az xəbər verir ki, onun bu sözləri Romada dərc olunan Fransiskin müsahibələrinin cəmləndiyi kitabda yer alıb.
“Bizim cəmiyyətlərdə homoseksuallıq dəbə çevrilib. Bu isə müəyyən mənada kilsənin həyatına təsir edir. Homoseksuallıq kilsə dəyərləri ilə üst-üstə düşmür. Keşişin mənəvi həyatında belə şeylərə yer yoxdur”, – deyə o bildirib.
Rusiyanın Ukrayna şəhərləri - Mariupol və Berdyanskı ələ keçirəcəyi ilə bağlı Prezident Pyotr Poroşenkonun iddiasından sonra əminliklə deyə bilərik ki, Rusiya Avropanı barbarlıqdan, tiranlıqdan, terrorizmdən, aqressiyadan, militarizmdən qoruyur.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qeyd edək ki, Poroşenko alman mediasına müsahibəsində Krımla Donbas arasında quru yolla dəhlizin açılması üçün Rusiyanın Mariupol və Berdyansk şəhərlərini ələ keçirməyi planlaşdırdığını demişdi.