![]() |
|
G20 sammitinin yekun bəyannaməsinin hazırlanması zamanı miqrant böhranı, ticarət, o cümlədən bir çox maddələrlə bağlı mübahisələr yaşandı, ancaq nəticədə sənəd qəbul edildi.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin G20 zirvəsində keçirdiyi mətbuat konfransında deyib.
Putin Kerç böhranından söz açaraq bildirib ki, G20 liderləri Ukrayna ilə bağlı açıqlamaları sakit qarşılayıblar:
"Ukraynanın ələ keçirilən gəmilərindəki xidməti dəftərlərdə Rusiyanın milli sularına sızma təlimatı var, həmin təlimat ukraynalı dənizçilərin verdiyi ifadələrlə də təsdiqlənir. Ukrayna rəhbərliyi müharibə partiyasıdır, bu partiya hakimiyyətdə qaldıqca, müharibə davam edəcək".
İslam dünyasının iki güclü və əhəmiyyətli ölkəsi olan Türkiyə və İran alimlərinin üzərinə düşən Əqsa məscidi və Qüds məsələsinə sahib çıxmaqdır.
Axar.az xəbər verir ki, bu sözləri İranda səfərdə olan Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaş deyib.
Ərbaş iki ölkənin müsəlmanların Qüdslə olan dini, tarixi və sosial-mədəni bağlarını yüksək səslə dilə gətirməli olduğunu bildirib.
Mövcud konkret layihələrin həcmi o qədər böyükdür ki, iki liderin daha sıx görüşməsini şərtləndirir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dmitri Peskov G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü barədə danışarkən deyib.
“Ərdoğanla görüşdə Suriya, İdlib, Konstitusiya Komitəsinin yaradılması məsələləri müzakirə edilib. Hər iki lider ikitərəfli münasibətləri detallı şəkildə müzakirə edərək sürətli bir şəkildə saatlarını uyğunlaşdırıb. Putin Hələbə edilən hücuma bənzər halların yaşanmasının qarşısının alınması üçün daha təsirli tədbirlər görülməsinin vacib olduğunu deyib”.
Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Con Makkeynin ölümündən sonra onu ABŞ Senatının silahlı qüvvələr komitəsi vəzifəsində əvəz edən Ceyms İnhof deyib.
“Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, Rusiyanın S-400-ündən imtina etməlidir”, - İnhof Pentaqonun Konqresə hesabatını şərh edərkən bildirib.
O qeyd edib ki, Türkiyə NATO və ABŞ-ın vacib partnyorudur və Ankara bu statusuna uyğun davranmalıdır:
“Əgər Türkiyə S-400 alınması prosesini davam etdirərsə, bunun nəticələri də olacaq”.
“Blumberq” nəşrinə danışan hərbi ekspert Stiven Zaloq isə deyib ki, ABŞ və NATO S-400-lə bərabər, Türkiyəyə rusiyalı hərbi mütəxəssislərin gəlməsindən də narahatdır:
“Narahatlığın digər səbəbi isə ondadır ki, S-400-ü F-35-in üzərində bu qırıcının antiradar sistemini sıradan çıxarması üçün sınaqdan keçirməyə türklər rus mütəxəssislərə imkan verə bilərlər”.