ATƏT-in Seçki Müşahidə Missiyası Gürcüstandakı prezident seçkisinin ikinci turuyla bağlı hesabat yayıb.

Axar.az xəbər verir ki, hesabatda təşkilat seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, administrativ resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentləri qeydə aldığını bildirib:

“Prezident seçkisinin ikinci turu rəqabət mühitində baş tutub, namizədlərin seçkiqabağı kampaniya aparmaq üçün azad imkanları olub. Lakin tərəflərdən biri əsassız üstünlükdən istifadə etməsi və hər iki tərəfin neqativ xarakterli seçkiqabağı kampaniyası bütün seçki prosesini təhdid altında qoyub”.

ATƏT həmçinin seçkiqabağı kampaniyaya sərt ritorikanın zərər vurduğunu bildirib.

Bundan başqa özəl KİV-lərin əvvəlki kimi qütbləşməni saxladığı, İctimai Televiziyanın isə redaksiya siyasətindəki qərəzsizlik və müstəqillik öhdəliyini icra etmədiyi vurğulanıb. Təşkilat seçki günü seçicilərin səslərinin müşahidə edilməsi faktının seçicilərin potensial qorxudulması imkanlarını artırdığını bildirib.

ATƏT hökumətin administrativ resurslarından yararlandığını bildirərək, burada xüsusilə bir sıra sosial və maliyyə proqramlarının başladılmasını, o cümlədən 600.000 şəxsin borcunun silinməsini misal göstərib. Təşkilat namizədlər üçün edilən ianələr məsələsində də kəskin bərabərsizliyin olduğunu və hökumətin dəstəklədiyi namizədin xeyrinə daha çox ianənin toplanıldığını iddia edib.

ATƏT səslərin sayılmasına müdaxilə cəhdlərinin də qeydə alındığını bildirib. Bununla belə səslərin sayılması prosesinin effektiv, şəffaf və yaxşı təşkil edilmiş olduğu vurğulanıb.

Türkiyə qırıcıları Şimali İraqda PKK terror qruplaşmasına qarşı növbəti əməliyyatını keçirib.

Axar.az xəbər verir ki, Avaşin-Basyan, Qara, Haftanin və Metina bölgələrində təşkil edilən aviaəməliyyatlar nəticəsində 14 terrorçu məhv edilib.

Terrorçulara aid sığınacaqlar da bombardman edilib.

2018.11.29 - 23:02

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya dövlət başçısı Mun Çje İnlə də G20-də planlaşdırılan görüşü ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə Sputnikməlumat yayıb.

Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə də görüşdən imtina etdiyini açıqlamışdı.

***

Ağ Ev sözçüsü Sara Sanders ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş olmayacağını, ancaq qeyri-rəsmi görüşün nəzərdə tutulduğunu bəyan edib.

Sanders sosial şəbəkə hesabından məsələ ilə bağlı açıqlamasında görüşlərin sammit zamanı qeyri-rəsmi şəkildə ayaqüstü aparılacağını deyib:

"Açıq danışsaq, Türkiyə və Cənubi Koreya liderləri ilə keçiriləcək görüşlər hələ də proqramdadır və ləğv edilməyib".

Argentina mediası isə ABŞ liderinin Çin lideri Szinpinlə görüşəcəyini iddia edib.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli xanım Zurabişvili,

Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

00:09

Suriya HHQ Dəməşqin cənubunda, əl-Kisva məntəqəsi yaxınlığında İsrailə məxsus qırıcını vurub.

Axar.az xəbər verir ki, bu barədə RİA Suriya təhlükəsizlik qurumlarına istinadla məlumat yayıb. Bildirilir ki, Suriya hava müdafiəsi 4 raketi də zərərsizləşdirib.

“Bizim hava müdafiə sistemimiz İsrail qırıcısını və atılan 4 raketi hədəfə çatmazdan öncə məhv edib”, - mənbə bildirib.

O, Suriya hava müdafiə sisteminin yüksək dəqiqliklə çalışdığını da qeyd edib.

Qeyd edək ki, bundan öncə Suriyanın havadan müdafiə sistemlərinin modifikasiyası təyin edilməyən bir neçə obyekti məhv etdiyi bildirilmişdi.

***

Suriya təhlükəsizlik orqanlarındakı mənbə İsrail təyyarəsinin vurulmasını təkzib edib.

Mənbə buna baxmayaraq hava hücumundan müdafiə sistemlərinin İsrail ərazisindən gələn raketləri məhv etdiyini təsdiq edib.

“Gecə vaxtı radar dəqiq müəyyən etməyə bilər, ona görə də qeyri-müəyyənlik yarandı və biz də qərara gəldik ki, vurulan hədəf İsrail təyyarəsi deyil”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail hərbi komandanlığı da Suriya HHQ-nin təyyarə vurulması faktını təkzib etmişdi.

Türkiyənin Yalova vilayətində zəlzələ baş verib.

Axar.az xəbər verir ki, yerli vaxtla 05.36 baş verən və 4.1 bal gücündə olan zəlzələ İstanbul, Kocaeli, Bursa və Tekirdağ da hiss edilib.

Yalova valisi zəlzələ nəticəsində dağıntı və itkilərin olmadığını bildirib.

Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zaman hələ yetişməyib.

Axar.az xəbər verir ki, bunu BBC-nin Rusiya xidmətinə açıqlamasında Gürcüstanın prezidenti seçilən Salome Zurabişvili deyib.

“Rusiya özünü indiki kimi aparmağa, yəni işğal xəttində insanların ələ keçirilməsinə və işğal xətti ərazimizin daha da içərisinə – Tiflisə doğru çəkilməyə davam etsə və Rusiyanın Ukrayna ilə münasibətlərdəki davranışını nəzərə alsaq, indi birbaşa əməkdaşlığa keçəcəyimizi düşünmürəm.

Tiflis avropayönlü mövqe tutur. Əgər Qərbdəki tərəfdaşlarımız – Avropa və ABŞ Moskva ilə dialoqa başlasalar, Tiflis də kənarda qalmayacaq”, – deyə o bildirib.

ABŞ Pakistana 12 ədəd AH-1Z Viper hərbi helikopterinin tədarükünü dayandırıb.

Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.

“Bu məlumat həqiqətdir. Bu müqavilənin reallaşması dayandırılıb və qadağanın uzun müddət davam etməsi gözlənilir. Buna görə də ordunun modernləşdirilməsi proqramında bunu nəzərə almamağa çalışırıq”, – Pakistan hərbi dairələrindəki mənbə bildirib.

O, İslamabadın gələcəkdə helikopterlər üçün ABŞ-a müraciət etməyəcəyini də deyib və vurğulayıb ki, Pakistan artıq ordusundakı ABŞ silahlarının əvəzlənməsinə başlayıb.

Türkiyənin “Anadolu” agentliyi Pentaqon tərəfindən ABŞ Konqresinə göndərilən hesabatla bağlı məlumat əldə edib.

Axar.az xəbər verir ki, hesabatda Türkiyənin NATO-nun cənub-şərq qanadında xüsusi strateji əhəmiyyətə malik olduğu deyilir. Eyni zamanda qeyd edilir ki, ABŞ və Türkiyənin regiondakı maraqları üst-üstə düşür.

Sənəddə vurğulanır ki, Şimali Atlantika İttifaqında Türkiyə Silahlı Qüvvələri böyüklüyünə görə ikinci yerdədir və Ankara NATO-nun maraqları çərçivəsində hərəkət etməyə hazırdır.

Həmçinin 2 min amerikalı hərbçinin Türkiyədə yerləşdirildiyi də sənəddə yer alıb.

Bundan əlavə, Vaşinqton və Ankara arasında gərginliyin 2 faktordan qaynaqlandığı deyilib: “Paralel dövlət” terror şəbəkəsinin lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməməsi və ABŞ-ın Suriyada YPG/PYD ilə əməkdaşlığı...

G20 sammitində iştirakdan dolayı Argentinaya yollanan Almaniya kansleri Angela Merkelin olduğu “Airbus” təyyarəsi texniki nasazlıq səbəbindən Köln hava limanına təcili eniş edib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

15 saat davam etməsi planlaşdırılan uçuş bir saat sonra dayandırılıb.

Xəbər lenti