![]() |
|
Qış mövsümünə hazırlıqla bağlı məsələ ciddi nəzarətdədir.
Bunu Report-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O qeyd edib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir:
“Qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb”.
Dəyişikliklərdə faizlərlə, müddətlərlə bağlı bir yenilik yoxdur.
30 oktyabr tarixində ipoteka kreditləri ilə bağlı Milli Məclisdə dəyişikliklər müzakirə olmuşdu. Buna uyğun olaraq da Prezident ötən gün dəyişiklikləri təsdiqləmək üçün fərman imzaladı.
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, həmin dəyişikliklər artıq qüvvəyə mindi:
“Burada müraciətlərin elektronlaşması, müraciətlərə daha operativ baxılması və daha ədalətli qərarların verilməsi ilə bağlı təkmilləşdirilmiş təkliflər var. Bununla ipoteka müraciətlərinə daha tez və doğru baxılacaq. Əsasən də sosial ipoteka ilə bağlı dəyişikliklərdə elektron formada ərizələrin, müraciətlərin qəbul olunması məsələsi önə çəkilib”.
İqtisadçı qeyd edib ki, bu dəyişiklik müraciətlərin sürətlənməsi, daha ədalətli baxılması, banklar tərəfindən daha sürətli və çevik qərarların verilməsi, ümumilikdə bütün prosesin elektronlaşması yönündə mühüm məqamdır:
“Yəni işlərin sürətlənməsi nöqteyi-nəzərindən irəliyə atılmış addımdır”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Gürcüstan Prezident Administrasiyasının maliyyələşməsi 2019-cu ildə 1,4 milyon dollar azaldılacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumat gələn il üçün nəzərdə tutulan büdcə layihəsində yer alıb. Yeni büdcə layihəsinə əsasən, Prezident Fondu da tam ləğv ediləcək.
Prezident Administrasiyası üçün isə gələn il ayrılan maliyyə də azalaraq 2,2 milyon dollara düşüb. Prezident Administrasiyasının maliyyələşməsinin azalması ilə bərabər, onun əməkdaşlarının sayı da 140-dan 60-a endiriləcək.
![]() ![]() ![]() ![]() |
Suriya böhranı ilə bağlı müzakirələrin aparılması üçün Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri bir araya gələ bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putinin müşaviri Yuri Uşakov deyib.
“Ehtiyac yaranacağı təqdirdə, Putin, Ərdoğan, Makron və Merkel Suriya müzakirəsi üçün dördtərəfli formatda görüşə bilər. Görüş yeri yalnız İstanbul deyil, başqa şəhərlər də ola bilər”, - deyə Uşakov bildirib.
ABŞ digər dostlarının yardımı ilə liberal nizami bərpa edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.
“Tramp yeni bir liberal nizam inşa edir. Bu nizam savaşları önləyəcək və rifah səviyyəsini yüksəldəcək. Biz deyil, İran və Çin beynəlxalq nizamın altını qazır”, - Pompeo bildirib.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı xalq artisti Fəxrəddin Manafovun işdən çıxması haqqında məlumata münasibət bildirib.
Teatrın mətbuat katibi İlham Məmmədov Report-a açıqlamasında deyib ki, F.Manafov hazırda Rus Dram Teatrının ştatındadır və hər şey normaldır.
O qeyd edib ki, xalq artistinin işdən ayrılması barədə informasiya həqiqəti əks etdirmir: "Məlumatı kimin və hansı məqsədlə yaydığını bilmirik. Fəxrəddin müəllim tamaşası, məşqləri və ya vacib bir iş olanda teatra gəlir. Belə hər gün teatrda olmur. Ola bilsin hazırda ailəsi ilə şəhər kənarındadır və ya özü dincəlir deyə telefonlara cavab vermir. Bəzən telefon zənglərinə cavab vermir. Bu da normaldır".
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azərbaycanlı bəy və gəlini təbrik edib.
Unikal.org xəbər verir ki, dünən azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Bolnisi rayonu, Faxralı kəndində keçirilən Fazil Məmmədovun (Qurvanallar) toyuna canlı bağlanaraq bəy və gəlini təbrik edib, onlara xoş arzularını bildirib.
Fransa Baş naziri Eduard Filip benzinə tətbiq edilən verginin artırılmasına moratorium tətbiq etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi öz mənbəsinə istinadən yayıb. Filipin öz qərarını İrəli, Respublika Partiyasının deputatları qarşısında çıxışı zamanı elan edəcəyi vurğulanıb.
Qeyd edək ki, Fransada benzin qiymətlərinin artırılmasına qarşı etiraz aksiyaları noyabrın 17-də start götürüb. Aksiyalar nəticəsində yüzlərlə insan həbs edilib.
Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Elman Nəsirovun Axar.az-a müsahibəsi: