Tiflis Beynəlxalq Hava Limanı güclü duman ucbatından bir neçə təyyarəni qəbul edə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə Tiflis Hava Limanının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, “Qətər Eyrveys” şirkətinin Dohadan Tiflisə uçan təyyarəsi güclü dumana görə Bakıda yerə eniş edib. “Ukrayna Hava Yolları”na məxsus təyyarə Kutaisidə, “Eyr Astana”ya məxsus Alma-Atıdan havaya qalxan təyyarə isə Aktauda eniş edib və nəticədə reys tam ləğv olub. Bunlarla bərabər Moskva-Tiflis, İstanbul-Tiflis reyslərini də icra etmək mümkün olmayıb.


Ermənistan hazırda Qarabağ klanı və onun ətrafında toplanmış siyasi partiyalarla Paşinyanın ciddi mübarizə arenasına çevrilib.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Paşinyanın bir-birinə zidd açıqlamaları onun seçkiqabağı təbliğat kampaniyasının iflasa uğramasından xəbər verir:

“Paşinyan kütlənin səviyyəsindən o qədər də yuxarı qalxmamış bir adamdır. Nikolun seçki təbliğatında səriştəsiz olması, üstəlik, televiziya kimi nəhəng bir qüvvədən istifadədən imtina etməsi onun kifayət qədər boz intellektə malik olmasından irəli gəlir. Paşinyan bununla təbii ki, öz eyiblərini gizlətməyə çalışır. Ona görə də açıq mitinqlərə üstünlük verir. Çünki onun qarşısındakı publika əyalət adamlarıdır və onlar da populist, ciddi faktlara söykənməyən fikirlərə artıq alışıblar. Paşinyan xalqı əyalətlərdə Respublikaçılar Partiyasına və onun liderlərinə qarşı ittihamlar yağdıraraq öz tərəfinə çəkməyə çalışır. Bu fonda Ermənistan hazırda Qarabağ klanı və onun ətrafında toplanmış siyasi partiyalarla Paşinyanın ciddi mübarizə arenasına çevrilib. Onun əsas diqqətini İrəvan, Gümrü, digər şəhərlərə və əyalət mərkəzlərinə yönəltməsi də səbəbsiz deyil. Çünki məxməri inqilablar əyalətlərə yaddır. Buna görə də kənd yerləri və qəsəbələrdə Paşinyanın təbliğatı o qədər də işləmir. Nikolun təkcə bir bölgədə məğlubiyyətə uğraması onun ciddi səs itkisi ilə üzləşməsinə gətirib çıxaracaq”.

Politoloq əyalətlərdə qalan köhnə kadrların təbliğat kampaniyasının artıq Paşinyanın əleyhinə işləməyə başladığını deyib:

“Paşinyan artıq üç aydan çoxdur ki, hakimiyyətdədir və bu müddətdə Ermənistanın vəziyyətində yalnız geriyə doğru tənəzzül müşahidə olunur. Əhalinin maddi rifah isə halı getdikcə pisləşir. Hətta qazın qiymətinin bahalaşması ehtimalı var, artıq bəzi pərakəndə satış və xaricdən gətirilən malların qiymətində də artım müşahidə olunur. Bu bahalaşmanın dövlət tərəfindən tənzim edilməməsi əhali içərisində Paşinyanla bağlı ümidsizlik dalğasını daha da böyüdür. Paşinyan çətinliklə qalib gəlsə belə, bu, maksimum 50-60 faiz səslə mümkün olacaq. Bu da Paşinyanın reytinqinin sürətlə aşağı düşməsinə, ona əks olan qüvvələrin canlanmasına gətirib çıxacaq. Paşinyanın xarici siyasətdəki uğursuzluqları və Rusiya ilə münasibətlərin qaydasında olmaması bu amili daha da gücləndirəcək. Təbii ki, belə bir vəziyyətdə Nikol ölkəni uzun müddət idarə edə bilməyəcək”.

Politoloq qeyd edib ki, bütün bunlar erməni cəmiyyətində Paşinyanla bağlı tərəddüdün dərinləşməsinə səbəb olacaq:

“Rusiyanı söyən Paşinyan son günlər Putini öyməkdən doymur. Bütün bu ziddiyyətlər əhalinin beynini tamamilə qarışdırıb, onlar artıq Paşinyanı tanıya bilmirlər. Buna görə də ermənilər seçkiqabağı mövqelərini hələ tam dəqiqləşdirməyiblər, hətta bəziləri ondan əllərini üzüb. Bir sözlə, 9 dekabr seçkiləri İrəvandakı məxməri inqilabı tarixə qovuşduracaq ki, bu da gec-tez Paşinyanın məğlubiyyəti ilə nəticələnəcək”.

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvar ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.

Ardını oxu...


Cilovluq qətliamı inkarolunmaz faktdır. Bunu hazırda Urmiyədə olan sənədlər də sübut edir.

Axar.az xəbər verir ki, bu sözləri Təbrizin “Nəvid Azərbaycan” qəzetinin baş redaktoru, hüquqşünas İsa Nəzəri Cilovluq faciəsini inkar edən Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisinə cavabında deyib. O, Məhəmməd Mehdi Şəhriyarini mövzu ilə bağlı müzakirəyə çağırıb:

“Onun Cilovluq faciəsini unutduraraq bölgənin inkişafından bəhs etməsi yanlışdır. Əslində, belə cəfəngiyatlar bir millətin birləşməsi və həmrəy olması üçün lazımdır. Mən sözdə islahatçı, amma əslində terrora zəmin yaradan valini millətlərə qarşı törədilən qətliamların unudulmaması ilə bağlı müzakirəyə dəvət edirəm”.

Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Cilvoluq qətliamını inkar edərək, onu “dəyərsiz hadisə” adlandırıb. Onun Cilovluq şəhidlərini təhqir etməsi etiraz doğurub.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin təyin edilməsi haqqında qərar hələlik qəbul edilməyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bu istiqamətdə işin davam etdirildiyini bildirib. Peskov həmçinin Avrasiya İttifaqı liderlərinin söhbətində bu məsələyə Belarus prezidentinin təşəbbüsü ilə toxunulduğunu deyib.


16:31

Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi haqqında qərar qəbul edilib.

Axar.az xəbər verir ki, qərarı apellyasiya məhkəməsi qəbul edib. Məhkəmə birinci instansiya məhkəmənin həbs haqqında qərarını qüvvədə saxlayıb. Qərarın elan edilməsi zamanı Köçəryan məhkəmə zalında olmayıb.

Qeyd edək ki, bundan öncə Köçəryan həbs etsə də sonradan kassasiya məhkəməsi onun azadlığa buraxılması haqqında qərar qəbul etmişdi. O, 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir.




Rusiya istənilən an, istənilən yerə hücum edə bilər.

Axar.az xəbər verir ki, bunu Polşanın TVN24 televiziyasına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Heç kim bilmir ki, Rusiya sabah kimə hücum edəcək. Rusiya hərbçiləri “Şimal axını 2”ni müdafiə edə və Baltikyanı ölkələrə hücum edə bilər. Rusiya Ukraynada növbəti seçkilərə zərbə endirə bilər. İndiki situasiyada Ukrayna dünyadan Rusiyaya qarşı birlik istəyir” – deyə o bildirib.

 

Rusiya Balkanlardakı vəziyyətdən narahatdır.

Axar.az xəbər verir ki, bunu Yunanıstanın “Efimerida ton sindakton” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Balkanlardakı vəziyyət narahatlıq yaradır. Biz görürük ki, NATO və AB regionun mənimsənilməsi üçün təzyiqlərini gücləndirirlər” – deyə o bildirib.


Dekabrın 12-də Heydər Əliyevin vəfatının 15 ili tamam olacaq.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, “Moskva-Baku” portalı Azərbaycanın ümummilli lideri, dövlət xadimi Heydər Əliyevə həsr edilmiş müsahibələr silsiləsini təqdim edib.

Heydər Əliyevi tanıyan məşhur siyasətçilər, həmkarlar və insanlar onun insani və rəhbər keyfiyyətlərindən danışırlar.

Moskvanın sabiq meri Yuri Lujkovun Heydər Əliyev haqqında xatirələrini oxucuların diqqətinə çatdırırıq.

Heydər Əliyev haqqında söz

Böyük insan Heydər Əliyev haqqında təsirli xatirələrimə başlamazdan əvvəl sevimli ölkəmin – Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: “Salam, əziz Azərbaycan dostlarım!”

Demək istərdim ki, Heydər Əliyev postsovet məkanında görkəmli simalardan idi. Mən uzun illər sənayedə çalışmışam, uzun illər Sovet İttifaqı hökumətinin ali dövlət orqanları ilə qarşılıqlı əlaqədə olmuşam və Heydər Əliyevi sovet dövründən tanıyıram.

Heydər Əliyev haqqında çox şey danışmaq olar və onsuz da düşünürəm ki, bu obrazı açmaq üçün vaxt çatmaz – Heydər Əliyev çoxşaxəli insan obrazına, nadir şəxsi keyfiyyətlərə və bacarıqlara, böyük, dərin dövlətçilik təfəkkürünə malik idi.

Bu insan yalnız ixtisası üzrə təhlükəsizlik məsələləri ilə çox məşğul olan bir şəxs kimi deyil, həm də iqtisadi menecer kimi unikal potensiala sahib idi. Bilirdim ki, Heydər Əliyev əsas təhsilini mülki sahədə alıb. Onun memarlıq və iqtisadiyyatdan yaxşı başı çıxırdı. O, həmin illərdə işlədiyi rəngsiz hökumətdə çox görkəmli bir şəxs idi.

Sovet hökumətində işlədiyi beş il müddətində Heydər Əliyevin potensialına, onun hamını heyrətləndirən yaddaşına, təfəkkürünə müraciət edilib. O, dövlətin inkişafına, ölkənin iqtisadiyyatının inkişafına kömək edirdi.

Demək lazımdır ki, yeni zamanlar onun üçün faciəli dövr idi. 20 yanvar 1990-cı il... Bu hadisələr Heydər Əliyevi çox narahat edirdi. Onlar onun şəxsiyyətinə və baxış sisteminə, prinsip və məqsədlərinə təsir etdi, bu hadisələr onun Sovet İttifaqı rəhbərliyinə, ilk növbədə Mixail Sergeyeviç Qorbaçovun bacarıqsızlığına qarşı etirazına səbəb oldu.

Sovet rəhbərliyi, Mixail Sergeyeviç Qorbaçov bu problemi həll edə bilmədi və ya istəmədi, çox güman ki, bu, onların dövlət vəzifələrini həll edə bilməməsindən irəli gəlirdi, bu vəziyyəti düzəldə və qan tökülməsini dayandıra bilmədilər.

Heydər Əliyev bu hadisələrdən dərin narahatlıq keçirirdi, o, bunu dəfələrlə mənə deyib və onun narahatlıqları nəticəsində Heydər Əliyev 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bu qərar o zamankı dövlət rəhbərliyinin apardığı siyasətə qarşı güclü etiraz idi. Daha sonra Sovet İttifaqı dağıldı və Azərbaycan müstəqil dövləti formalaşdı.

Bütün bunlar çox çətin və qarışıq siyasi və iqtisadi şəraitdə baş verirdi. Elçibəy meydana çıxdı. Onunla görüşmüşdüm və xatırlayıram ki, Elçibəyin mənimlə tərcüməçi vasitəsilə danışması məni heyrətləndirmişdi.

Mən Azərbaycana ərzaq məsələlərini həll etmək üçün gəlmişəm... Bu, Elçibəy tərəfindən lazımsız və lüzumsuz idi. Azərbaycan xalqı onu dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı. O, hakimiyyətə xalqın tələbi ilə qayıtdı.

Bundan sonra Heydər Əliyevin hakimiyyətə qayıtması ilə qısa zamanda ayağa qalxan Azərbaycanda mənim çoxlu görüşlərim oldu. Nəyin sayəsində? Heydər Əliyevin müdrikliyi sayəsində... O, strateq idi, düzgün başa düşürdü ki, iqtisadiyyatı inkişaf etdirmək lazımdır, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır və bunlar nəticəsində sonradan ərzaq üçün, xalqın həyatı, tikinti, sənaye üçün və hər şeyin inkişafı üçün pul qazanma imkanı yaranacaq.

Mən Heydər Əliyevin daha bir keyfiyyətindən danışmaq istərdim.

Heydər Əliyev xalqının insanı, millətinin lideri idi.

Heydər Əliyev Azərbaycanın inkişafı, suverenliyinin möhkəmləndirilməsi üçün çalışırdı və eyni zamanda, Rusiya ilə, Rusiya xalqı ilə əlaqələri heç bir halda itirmək istəmirdi. Xalqlarımız uzun illər birlikdə olub. Biz faşizmə qarşı birgə savaşmışıq.

İkinci Dünya Müharibəsi illərində Bakı bütün hərbi texnikaların yanacaqla təminatı məsələlərini həll edirdi. Almanlar hədər yerə Bakıya soxulub, neft mədənlərini ələ keçirməyə can atmırdı. Və bu gün biz birgə tariximizi yadımıza salmalıyıq. Əgər biz bir-birimizə nədəsə kömək edə biləriksə, onda bunu etməliyik.

Heydər Əliyev dəfələrlə bizim hakimiyyətimizin nümayəndələrini Bakıda keçirilən Moskva günlərinə dəvət edib. Və bu həmişə böyük qardaşlıq bayramı idi, Heydər Əliyev bu tədbirlərdə şəxsən iştirak edirdi.

Bu gün biz sizinlə böyük dövlət xadimi haqqında danışırıq. Mən Sovet İttifaqı dağıldıqdan sonra öz ölkəsinin inkişafı üçün işləyən bir və ya iki dövlət rəhbərinin adını çəkə bilərəm. Ancaq mənim yaddaşımda Heydər Əliyev “bir nömrə” olub.

Heydər Əliyev haqqında ölkə rəhbəri kimi danışan zaman biz onu şəxsiyyət, güclü iradəli, hər zaman irəliyə baxan insan kimi xatırlayırıq. Çünki belə də olmalıdır. Lider öz xalqını çağırdığı gələcəyi görməlidir. O, cəsarətli adam idi. Ancaq daha bir məqam olmasaydı, Heydər Əliyevin təsviri tam olmazdı.

Sizə Azərbaycanda çoxlarının bilmədiyi bir hekayəni danışmaq istərdim.

Heydər Əliyev gözəl ailə başçısı idi. Heydər Əliyev gənc yaşda həyatdan gedən həyat yoldaşını çox sevirdi. Moskvada işlədiyimiz vaxtlarda işdən bir neçə dəqiqəlik də olsa, sərbəst vaxt tapan kimi Novodeviçe qəbiristanlığına gedib, Zərifə xanımı yad edirdi.

Mən sizə daha bir hekayə danışmaq istəyirəm. Bunu təkcə mən və Heydər Əliyev bilirdi. Və ola bilsin ki, ailəsi və uşaqları da bilirdi. Mən onunla dostluq edirdim. O, məni Azərbaycana dəvət etdi.

O, prezident olanda mən görkəmli bir heykəltəraşın bu xanımın gözəlliyindən ilhamlanaraq hazırladığı büstünü tapdım. Heydər Əliyevin bundan xəbəri yox idi. Azərbaycana olan ilk səfərimdə bu büstü Bakıya apardım. Mühafizəçilərlə danışdım ki, qabaqcadan ona bu haqda heç bir məlumat verilməsin. Azərbaycan çayı içərək başladığımız müzakirəmiz sona çatanda o məni qonaq dəvət etdi.

Mənsə büstün olduğu yan otağa keçməyimizi xahiş etdim. Büstü gördükdə gözlərindən yaş axdı. O anda ağlayan şəxs təkcə bacarıqlı bir idarəçi deyil, həm də böyük ürəkli və həssas qəlbli bir insan idi. Mənim üçün bunların hamısı çox həyəcanlı idi. Və bu Heydər Əliyevdir, o, təkcə müdrikliyi, qüdrətli dövlət təfəkkürü ilə deyil, eyni zamanda, dərin hissləri – insanların taleyi üçün narahatlığı olan böyük insandır.

Onun xatirəsini təkcə onu tanıyan, onunla ünsiyyət quranlar deyil, həmçinin bizim xalqlarımız üçün əbədi olmalıdır. Belə insanlar keçmişə qərq ola bilməz, onlar tarixdə öz yerini tutmalıdır, onlar təkcə hansısa ölkənin ali rəhbərləri üçün deyil, başqaları üçün də nümunə ola bilər, onlar bütün sadə insanlar üçün nümunə olmalıdır.


6 il ərzində Çexiya əks-kəşfiyyatı bir nəfər də olsun casus aşkar edə bilməyib.

Axar.az xəbər verir ki, bunu “Barrandov” televiziyasında çıxışı zamanı Çexiya Prezidenti Miloş Zeman deyib.

“Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin 6 ildir hesabatlarını oxuyuram. Bu dövr ərzində burada heç olmasa bir rus və ya Çin casusun olmasıyla bağlı konkret məlumata rast gəlməmişəm.

Təhlükəsizlik və İnformasiya Xidməti Çexiyada islamçı terrorçuları axtaranda ölkədəki müsəlman icması məndə heç bir qorxu yaratmayıb. Bir müddətdən sonra hansısa icmanın imamı ölkə xaricinə qaçdı, onunla bağlı axtarış elan olundu və terrorizmə dəstəkdə ittiham edildi. Bununla belə bu informasiya xidmətin nə açıq, nə qapalı hesabatında yer aldı”, – deyə o bildirib.

Xəbər lenti