![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə də ölkəmizin uğurlu xarici siyasət xətti davam etdirilib. Dövlətimizin başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyən edir, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil.
Axar.az Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiya və xarici siyasətimizin nailiyyətləri” sərlövhəli məqaləsini təqdim edir.
2018-ci ilin yanvarında Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bildirmişdi: “Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür”.
Qismən kiçik dövlət olan Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını Prezident İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, dərin və strateji baxışı və düşünülmüş, çevik qərarları və uzaqgörən siyasəti şərtləndirir.
Azərbaycan müstəqil xarici siyasətini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, o cümlədən yerləşdiyimiz regionun geosiyasi çətinlikləri şəraitində həyata keçirir. Həmçinin ölkəmizə qarşı davamlı şəkildə dezinformasiya və hibrid müharibə əməlləri aparılır.
Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, ölkəmizdə daxili təhlükə mənbələri mövcud deyil. Potensial təhlükələr ölkəmizin xaricində formalaşır. Dövlətimizin başçısının yürütdüyü çevik, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmiz ətrafında xoşməramlı mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır.
Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə görüşləri, yüksək səviyyəli dialoqu və müzakirələri müstəsna əhəmiyyətə malik amildir. Daxili siyasətdə olduğu kimi, xarici siyasət məsələlərində də dövlətimizin başçısının qrafiki gərgin və intensiv xarakter daşıyır, çoxsaylı səfərlər və görüşlərlə müşayiət olunur. Yola salmaqda olduğumuz 2018-ci ildə Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Böyük Britaniya, İsveçrə, Fransa, Xorvatiya, Belçika, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistan olmaqla 16 rəsmi və işgüzar səfəri həyata keçirilib. Həmçinin Türkiyə, İran, Rusiya, İtaliya, Tacikistan, Makedoniya, Monqolustan, Albaniyanın dövlət başçıları, Almaniyanın Kansleri, Bolqarıstan, Gürcüstan və Slovakiyanın baş nazirləri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olublar.
Prezident İlham Əliyevin gündəliyində hər bir səfər nəticəyönümlü və praktiki xarakter daşıyır, strateji maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.
2018-ci ildə Prezident İlham Əliyevin qonşu dövlətlər olan Türkiyə, Rusiya və İranın dövlət başçıları ilə dostluq şəraitində keçən görüşləri, ikitərəfli əsasda həyata keçirilən səfərlər və səmimi dialoqu mehriban qonşuluq əlaqələrimizin daha da inkişafında mühüm əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk ilə görüşü, Aİ ilə Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması, ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanlandığı məktublar və Birləşmiş Ştatların yüksək çinli nümayəndə heyətlərinin ölkəmizə səfərləri Azərbaycanın Aİ və ABŞ-la əməkdaşlığının daha da inkişafına təkan verib.
Dövlətimizin başçısının iştirakı ilə 2018-ci ildə xarici ölkələrlə 90-dan çox müqavilə, birgə bəyanat və digər bu qəbildən olan sənədlər imzalanıb. Bu sənədlər mahiyyət etibarilə digər ölkələrlə ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev və digər ölkələrin dövlət başçıları ilə birlikdə imzalanmış sənədlər sırasında bunları qeyd edə bilərik:
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya;
- “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”;
- “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”;
- Azərbaycan Respublikasının Prezidenti və Tacikistan Respublikasının Prezidentinin Birgə Bəyanatı;
- “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”;
- Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı;
- Azərbaycan Respublikasının Prezidenti və Türkmənistan Prezidentinin Birgə Bəyanatı.
2018-ci ildə Xəzər dənizinin hüququ statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın, o cümlədən bütün Xəzəryanı dövlətlərin birgə nailiyyətidir. Region xalqları əsrlərboyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V Zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit etdi. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirmiş oldu.
İmzalanan sənədlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin təsbit edilməsi Prezident İlham Əliyevin gündəliyində prioritet mövzulardan biridir. Belə ki, qeyd olunan digər sənədlərdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müəyyən olunmaqla bərabər, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək və münaqişənin məhz bu prinsiplər, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsi bir daha öz təsbitini tapıb.
İl ərzində Prezident İlham Əliyev tərəfindən ölkədə və ölkə xaricində əcnəbi nümayəndə heyətləri ilə 230-dan çox görüş keçirilib. Amma buraya hələ mədəniyyət, sosial və idman təyinatlı nümayəndə heyətləri ilə görüşlər daxil deyil. Dövlətimizin başçısı dünyada iqtisadi-siyasi və maliyyə gündəliyinin formalaşdırılmasında mühüm rol oynayan Davos İqtisadi Forumu kimi nüfuzlu çoxtərəfli platformada, NATO-nun Brüssel Sammiti, həmçinin MDB və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantılarında, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş nazirlər toplantısında və digər mötəbər tədbirlərdə çıxış edərək Azərbaycanın qlobal və regional problemlərlə əlaqədar fundamental baxışını ortaya qoyub.
Diplomatik münasibətlərin vacib tərkib hissələrindən biri də diplomatik yazışmalar və korrespondensiyadır. İl ərzində Prezident İlham Əliyevlə dünya liderləri arasında olan məktub mübadiləsi və digər bu qəbildən olan diplomatik yazışmaların sayı 750-dən çoxdur.
2018-ci il, həmçinin Ermənistanda Serj Sərkisyanın rəhbərlik etdiyi hərbi xunta rejiminin iflası ilə yadda qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü siyasət, Ermənistanın təcridi Serj Sərkisyan rejiminin tarix səhnəsindən silinməsini şərtləndirən vacib amillərdən olub.
Ermənistanda baş verən siyasi böhrana münasibətdə Azərbaycan Prezident İlham Əliyevin şəxsində strateji təmkinini və yüksək siyasi mədəniyyətini nümayiş etdirdi. Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesinin formatını dəyişmək və siyasi iddialar irəli sürmək cəhdlərinin qarşısı alındı. MDB-nin Düşənbədə keçirilmiş Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş söhbət əsnasında danışıqların münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılması və danışıqların davam etdirilməsi bir daha təsbit edildi. Həmçinin MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi Sammitində dövlətimizin başçısının Ermənistan baş naziri ilə növbəti söhbəti baş tutub. ATƏT-in Milanda keçirilmiş nazirlər toplantısında Minsk qrupunun həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul etdikləri birgə bəyanat danışıqların mövcud format əsasında davam etdirilməsini bir daha təsdiq edərək Prezident İlham Əliyevin yürütdüyü diplomatiyanın qalibiyyətini nümayiş etdirir.
Bu xüsusda Prezident İlham Əliyevin nümayiş etdirdiyi konstruktiv siyasət və münaqişənin substantiv danışıqlar yolu ilə həll edilməsi mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir, ictimai açıqlamalarda və keçirilən görüşlərdə bu dəstək açıq şəkildə ifadə olunur.
İl ərzində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinə dəstəyin gücləndirilməsi istiqamətində ardıcıl siyasət davam etdirilib. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək öz əksini tapıb. Dövlətimizin başçısının iştirak etdiyi NATO-nun Brüssel Zirvə toplantısının nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək və münaqişənin bu prinsiplər əsasında həllinə çağırış edən mövqe bir daha ifadə olunub.
Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Vətənə qaytarılması məsələsini Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır və davamlı şəkildə bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və digər rəsmi nümayəndə heyətləri ilə müzakirə edir. Dövlətimizin başçısının humanist xarakter daşıyan və “hamının hamıya” prinsipi əsasında Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi təklifini bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri dəstəkləyirlər.
Prezident İlham Əliyevin qəti və ardıcıl siyasəti Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də marginal vəziyyətə düşməsini şərtləndirib. Azərbaycan bu təşkilatın üzvü deyil, amma Ermənistanın bu təşkilatdakı statusundan sui-istifadə edərək yürütdüyü siyasətə münasibətdə ölkəmiz biganə qala bilməzdi. Nəticə etibarilə, bu təşkilatın statusuna xələl gətirən Ermənistan nümayəndəsi baş katib postundan uzaqlaşdırıldı və Ermənistanın bu vəzifəni əlində saxlamasına imkan verilmədi.
Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiyanın və məntiqli xarici siyasətin nəticəsidir ki, Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolu daha da yüksəlir və möhkəmlənir.
VI Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bildirmişdi: “Bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib”.
Azərbaycan bu gün regional və qlobal problemlərin həllinə fəal şəkildə töhfə verən dövlətdir. Ölkəmiz transregional nəqliyyat və enerji layihələri ilə region və onun hüdudlarından kənarda sülhün, sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstəyini verir. Regional mənsubiyyət və məsuliyyət prinsiplərindən çıxış edərək ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri ilə regionda sülhü, sabitliyi və əməkdaşlığı gücləndirir.
Azərbaycan beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan iqtisadi və siyasi düzənin formalaşdırılmasının tərəfdarı kimi çıxış edir.
Dövlət başçısının müəyyən etdiyi strateji tapşırıqlara uyğun olaraq, Azərbaycan 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək. 2018-ci ilin aprelində Qoşulmama Hərəkatı üzv dövlətlərinin Bakıda keçirilmiş xarici işlər nazirlərinin toplantısında çıxış edən Prezident İlham Əliyev hərəkatın əsasını təşkil edən Banduq prinsiplərinə uyğun olaraq Azərbaycanın sədrliyinin prioritetlərini, beynəlxalq sülh və təhlükəsizliyi möhkəmləndirmək istiqamətində baxışını təqdim etdi.
Yürüdülən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm də qlobal əhəmiyyətli strateji dialoq platforması rolunda çıxış edir.
2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun hərbi komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Bakıda görüşlər keçirilib.
Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Bu xüsusda Prezident İlham Əliyev bildirmişdi: “Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var”.
Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.
Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr çoxşaxəlidir. Onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, bu da Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir.
2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Bu il 10 illiyini qeyd edən “Bakı Prosesi” qlobal səviyyədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesində mühüm rola malik nüfuzlu platformadır. Mütəmadi əsasda, o cümlədən 2018-ci ildə ölkəmizdə keçirilmiş Humanitar Forum qlobal humanitar məsələlərin müzakirə edildiyi və həll yollarının tapıldığı mühüm beynəlxalq formatdır.
Xarici siyasət uzunmüddətli strategiyaya hesablandığı üçün 2018-ci ildə dövlətimizin başçısı tərəfindən irəli sürülən bir sıra təşəbbüslər var ki onların nəticələri və uğurlarını Azərbaycan xalqı hələ qarşıdan gələn illər ərzində görəcək.
2018-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və suverenliyinin güclənməsinə xidmət edən illərdən biri olub. Dövlətimizin başçısının dediyi kimi, “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.
Müasir beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi yumşaq güc vasitələri ilə aparılan ən effektiv müharibə formalarından biridir.
Bu sözləri Axar.az-a dekabrın 21-də Böyük Britaniyanın “Qardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli məqalənin dərc olunmasına münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bəzi dövlətlər informasiyanı təzyiq, bəziləri şantaj, digər bir qism isə idarəetmə rıçaqı kimi görür və öz maraqları üçün bundan istifadə edir:
“Transmilli media da bu qəbildən olan beynəlxalq təzyiq vasitələrindən biridir. Adətən belə media vasitələrində milli dövlətlərin liderləri, onların ailə üzvləri, yaxınları və siyasi komandasına daxil olan şəxslər haqqında müxtəlif əsassız neqativ informasiyalar yaymaqla bir növ həmin dövlətə təzyiq etməyə çalışırlar. Azərbaycana münasibətdə də belə hallar istisna deyil. Müxtəlif vaxtlarda bu tipli metodlarla bəzi informasiya hücumları təşkil olunub. Bu hücumlar Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə və milli maraqlarını qətiyyətlə müdafiə etməsinə qarşı yönəlib. Dekabrın 21-də Böyük Britaniyanın “Qardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli materialların verilməsi də növbəti bu tip çirkin addımlardan biridir. Məsələ ondadır ki, hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçirik və yaşadığımız geostrateji rayonda mürəkkəb qlobal siyasi oyunlar davam edir. Belə məsuliyyətli və gərgin dövrdə Azərbaycan Prezidenti daim milli maraqlardan çıxış edərək, olduqca mühüm qərarlar qəbul edir və bu qərarları qonşu və dost ölkələrin maraqları ilə uzlaşdırır”.
Millət vəkil qeyd edib ki, bu gün Azərbaycanın şimal, cənub və qərb qonşuları Yaxın Şərq məsələsində sinxron hərəkət etməklə qlobal imperializmi böyük və dağıdıcı layihələrində kardinal dəyişikliklər etməyə məcbur buraxdılar:
“Bu mühüm siyasi prosesdə Azərbaycan milli və regional maraqlardan çıxış etməklə mənsub olduğumuz siyasi coğrafiyada idarəolunan xaos nəzəriyyəsinin tətbiq olunması siyasətini dəstəkləmədi. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqe nümayiş etdirməklə nə iqtisadi, nə də kommunikasiya sahəsində üstüörtülü şəkildə işğalçı ölkəni himayə edən güc mərkəzlərinə güzəştə getdi. Tam əksinə, regionu diplomatiya mərkəzinə çevirməklə öz ətrafına strateji tərəfdaşlar toplayaraq yeni siyasi, iqtisadi reallıqlar yaratmaqla Ermənistanı daha da küncə sıxışdırdı. Bütün bunların hamısı Azərbaycanın regionun ən müstəqil siyasi aktoru olduğunu bir daha sübut etdi. Belə mövqe isə bəzi qlobal güc mərkəzlərini narahat etməyə bilməz. Ona görə də belə mərkəzlər tərəfindən informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirilir ki, bu da ölkəmizə münasibətdə əsla effektiv ola bilməz. Çünki dərc edilənlər yalan və uydurmalara əsaslanır və konkret çirkin məqsədlərə hesablanıb”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayı ilə bağlı bəyanat yayıb.
Axar.az bəyanatın mətnini təqdim edir:
“Keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni separatizmi dalğası milli zəmində münaqişəyə, əzəli Azərbaycan torpaqları olan Ermənistandan, eləcə də Dağlıq Qarabağ bölgəsindən soydaşlarımızın qovulmasına, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalına, bu ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsinə, bir milyondan artıq həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdur.
30 ildir ki davam edən münaqişənin ilk günlərindən hələ keçmiş Sovetlər İttifaqının tərkibində ikən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq ərazi iddiaları irəli sürməyə və yerli azərbaycanlı əhaliyə qarşı zorakılıqla və terrorla müşayiət olunan təcavüzkar separatizmi fəal şəkildə dəstəkləməyə başladı. Eyni zamanda Ermənistan tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan birtərəfli qaydada ayrılması və Ermənistana birləşdirilməsi məqsədilə bir sıra qeyri-qanuni qərarlar qəbul edildi. Lakin hələ Sovetlər İttifaqının mövcudluğu dövründə - 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli aktlarının SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərar qəbul edərək Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-qanuni olduğunu elan etmişdi.
Bütün bu faktlar göstərir ki, hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının SSRİ qanunlarına zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Odur ki, Azərbaycan müstəqillik əldə etdikdə də həmin dövrün mövcud qanunlarına əsasən Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi qəbul olunmuşdu.
Bütün bunlara baxmayaraq Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraqhərbi gücdən istifadə etməklə Azərbaycana qarşı açıq müharibəyə başladı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi daxil olmaqla ətraf yeddi rayonu işğal etdi. İşğal olunmuş ərazilərdə, o cümlədən Dağlıq Qarabağda köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Hazırda sayı 80.000 nəfərdən artıq olan Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri 30 ilə yaxındır ki, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədirlər.
Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu təsbit etməklə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu tələb Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində də öz əksini tapır.
Lakin Ermənistan bütün bunlara məhəl qoymayaraq işğala əsaslanan status-kvonu saxlamaqla Azərbaycanın işğal edilmiş ərazilərini, o cümlədən Dağlıq Qarabağı ilhaq siyasəti yürüdür və qəsdən bu əməllərinə xalqların öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışır. Bu məqsədlə Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının hətta mövcudluğunu da inkar etməyə cəhd göstərir, işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv edir və qeyri-qanuni məskunlaşdırmanı davam etdirir.
Beynəlxalq hüququn ali prinsiplərindən olan xalqların öz müqəddəratını təyinetmə hüququ digərlərinin hüquqlarının pozulmasını, zorakılıq əməllərinin törədilməsini heç bir halda qəbul etmir. Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır, ayrılmazdır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır.
ATƏT-in sənədlərinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Ermənistan və Azərbaycan münaqişə tərəfləri olduqları halda, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflər kimi müəyyən olunmuşdur.
Münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına - Dağlıq-Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə yaşayışı şəraitində ədalətli sülh, dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər. Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək məqsədilə səyləri artırmağa və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları dəstəkləməyə çağırır”.
14:36
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.
İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".
***
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.
Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.
Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm”.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.
Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.
Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.
Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.
Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim".
***
Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir.
Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.
***
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir.
Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizə, haqlı olaraq, həm öz ölkənizdə, həm də onun hüdudlarından uzaqlarda hörmət qazandırıb.
Birgə səylərimiz sayəsində biz ölkələrimizin qarşılıqlı faydalı münasibətlərində nəzərəçarpacaq nəticələrə nail olmuşuq.
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.
Əziz dostum, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, qardaş Azərbaycanın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.
İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".
2018.12.20 - 18:01
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının idarə edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” (bundan sonra — Mərkəz) yaradılsın.
2. Müəyyən edilsin ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin nizamnaməsinin təsdiqi və Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Mərkəzin nizamnaməsini və nizamnamə fondunun miqdarını Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə qərara alıram:
1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratsın və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.
3. Müəyyən edilsin ki:
3.1. TƏBİB bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir;
3.2. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir;
3.3. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;
3.4. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
3.5. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir;
3.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini (o cümlədən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsini) TƏBİB həyata keçirir.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirsin və həmin işləri əlaqələndirsin, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
5.5. bu Fərmanın 6.5.1 – 6.5.4-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə müvafiq kömək göstərilməsini, o cümlədən qeyd olunan məsələlərlə bağlı onların müraciəti əsasında zəruri maliyyələşməni, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bir mənbədən satınalma metoduna əsaslanmaqla təmin etsin;
5.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması, icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını bir ay müddətində təmin etsin;
5.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:
6.1. bir ay müddətində:
6.1.1. TƏBİB-in nizamnaməsini təsdiq etsin;
6.1.2. TƏBİB-in strukturunu təsdiq etsin;
6.2. TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
6.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini və normativ hüquqi aktların layihələrini və təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etsin;
6.5. 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən aşağıdakıları təmin edən, lakin bunlarla məhdudlaşmayan tədbirlər görsün:
6.5.1. icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını;
6.5.2. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanmasını (alınmasını) və geniş tətbiqini;
6.5.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini;
6.5.4. icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini;
6.5.5. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsini;
6.5.6. icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;
6.5.7. TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə işləyəcək tibb işçilərinin işə qəbulu qaydasına dair təkliflərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;
6.6. bu Fərmanın 6.5.1 – 6.5.5-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə TƏBİB-in fəaliyyətinin təşkili ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etsinlər.
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Bu Fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:
11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;
11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 399 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.

İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1357-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1357–VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23 noyabr tarixli 360 nömrəli, 10 dekabr tarixli 384 nömrəli və 18 dekabr tarixli 409 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.46-cı bənddə “450.2” rəqəmləri “460” rəqəmləri ilə əvəz edilsin;
2.2. 5.55-ci bənd ləğv edilsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
***
Fərman:
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
18:01
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının idarə edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” (bundan sonra — Mərkəz) yaradılsın.
2. Müəyyən edilsin ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin nizamnaməsinin təsdiqi və Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Mərkəzin nizamnaməsini və nizamnamə fondunun miqdarını Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə qərara alıram:
1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratsın və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.
3. Müəyyən edilsin ki:
3.1. TƏBİB bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir;
3.2. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir;
3.3. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;
3.4. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;
3.5. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir;
3.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini (o cümlədən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsini) TƏBİB həyata keçirir.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirsin və həmin işləri əlaqələndirsin, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
5.5. bu Fərmanın 6.5.1 – 6.5.4-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə müvafiq kömək göstərilməsini, o cümlədən qeyd olunan məsələlərlə bağlı onların müraciəti əsasında zəruri maliyyələşməni, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bir mənbədən satınalma metoduna əsaslanmaqla təmin etsin;
5.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması, icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını bir ay müddətində təmin etsin;
5.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:
6.1. bir ay müddətində:
6.1.1. TƏBİB-in nizamnaməsini təsdiq etsin;
6.1.2. TƏBİB-in strukturunu təsdiq etsin;
6.2. TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
6.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini və normativ hüquqi aktların layihələrini və təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etsin;
6.5. 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən aşağıdakıları təmin edən, lakin bunlarla məhdudlaşmayan tədbirlər görsün:
6.5.1. icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını;
6.5.2. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanmasını (alınmasını) və geniş tətbiqini;
6.5.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini;
6.5.4. icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini;
6.5.5. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsini;
6.5.6. icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;
6.5.7. TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə işləyəcək tibb işçilərinin işə qəbulu qaydasına dair təkliflərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;
6.6. bu Fərmanın 6.5.1 – 6.5.5-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə TƏBİB-in fəaliyyətinin təşkili ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etsinlər.
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Bu Fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:
11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;
11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 399 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Bu sərəncam ölkə başçısının əhalinin aztəminatlı təbəqəsinin qayğı və problemlərinin həllinə yönəlik humanist siyasətinin nəticəsidir.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamına münasibət bildirən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı qeyd edib ki, sərəncama əsasən, birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitdən 5 milyon manat ayrılacaq:
“Bu, dövlətin sosial siyasətində əhalinin aztəminatlı hissəsinin həmişə diqqət mərkəzində olduğunu göstərir. Prezidentin bu addımı əhalinin aztəminatlı və sosial təminatının gücləndirilməsinə ehtiyacı olan təbəqəsinə olan münasibətin növbəti ifadəsidir. Bundan öncəki illərdə də aztəminatlı ailələrə ünvanlı yardımlar verilib. Prezident Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik bu kursunu hazırda da davam etdirir. Bu, dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamı isə həmin siyasətin növbəti mərhələsinin reallaşdırılması istiqamətində bir aksiya idi”.
Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
17:00
Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı arzulayıram”.
***
Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda qeyd olunub:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.
Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.
İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.