Bu, Rusiya prezidentinin Azərbaycan dövlət başçısına verdiyi yüksək qiymətin göstəricisidir.

Ardını oxu...

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirilən “Zeytun budağı” əməliyyatına rəhbərlik edən general İsmayıl Mətin Təməl sərhəd bölgəsinə yollanıb.

Axar.az xəbər verir ki, “Afrin qəhrəmanı” adı ilə tanınan general Şanlıurfanı ziyarət edib, daha sonra Suriya ilə sərhəd bölgəsində yoxlamalar aparıb.

İsmayıl Mətin Təməli yoxlamalar zamanı general Sinan Yayla və Oqtay Ağbuğa müşayiət edib.

Orta sinfin nümayəndələri Nyu York şəhərini surətdə tərk edir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb. Nəşrdə yayılan məqalədə bildirilib ki, hər gün orta hesabla 100 nəfər şəhəri tərk edir.

“Şokedici insan axını”nın vergilərin artırılması, yaşayış xərclərinin artması, aşağı əmək haqqı və s. səbəblər nəticəsində baş verdiyi deyilir.

Həmçinin yazıda qeyd edilir ki, hətta 1930-cu illərdə “Böyük depressiya” vaxtı belə bu cür miqrasiya olmayıb.

Dünyanın enerji xəritəsində artıq Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb və bu format həm ikitərəfli, həm də üçtərəfli planda çox böyük perspektivlərə malikdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib: "Neft və qaz kəmərlərinin tikintisi planı baxımından enerji layihələrimizi hələ 2000-ci illərin əvvəllərində həyata keçirməyə başlamışıq. Dünya bazarlarına çıxmaq üçün infrastruktur yaratmaq lazım idi, çünki bizim açıq okeana çıxışımız yoxdur".

İlham Əliyev qeyd edib ki, Rusiya bir müddət əvvəl bu istiqamətdə addımlar atıb: "Uzun illər öncə "Mavi axın" layihəsinin reallaşdırıldığını xatırlayırıq. Həmin layihə indi bir qədər unudulub, lakin bu da Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəməri tikintisi layihəsidir. Yəni prinsip etibarilə bu il "Türk axını"nın dəniz mərhələsinin açılışı yeni bir şey deyil. Sadəcə Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı siyasi əməkdaşlıq bu layihəni həyata keçirməyə və ya reallaşdırmağı sürətləndirməyə imkan verdi".

Prezidentin sözlərinə görə, bu səbəbdən Azərbaycan Rusiya və Türkiyənin dostu olaraq bu layihəni alqışladı: "Biz bu layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik".

"Cənub Qaz Dəhlizi"nə gəlincə, İlham Əliyev deyib ki, bu layihə rəsmi olaraq may ayında işə salınıb:

"Bu layihə dörd mühüm müstəqil layihəni birləşdirir - "Şahdəniz" iri qaz-kondensat yatağının işlənməsi və inteqrasiya olunmuş üç qaz borusunun tikintisi. Bu günədək bu dörd layihənin 3 seqmenti artıq icra olunub".

Dövlət başçısı deyib ki, may ayında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin rəsmi açılışı oldu: "Beləliklə, biz Türkiyə bazarına, daha sonra Avropa bazarına böyük həcmdə qaz nəql edəcəyik. Bu, həmçinin bizim siyasətimizin davamıdır, çünki 2007-ci ildə Bakıdan Türkiyənin Ərzurum şəhərinə qaz kəmərinın açılışını etdik və biz Türkiyə bazarına qaz ixracatçısı olduq".

Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycana Türkiyə bazarına qaz ixracını təxminən iki dəfə artırmağa və Türkiyə ilə qonşu ölkələrin bazarlarına, daha sonra Qərbi Avropaya çıxmağa imkan verəcək:

"Bu bizə böyük qaz potensialımızı reallaşdırmağa imkan verəcək və büdcəyə milyardlarla dollar vəsait gətirəcək. Bu, artıq minlərlə, bəlkə də on minlərlə iş yerləri yaradıb. Əlbəttə ki, bu, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Bu istiqamətdə Azərbaycan, Rusiya və Türkiyənin birgə səyləri bizə nəinki planlarımızı tam şəkildə həyata keçirməyə və maraqlarımızı təmin etməyə imkan verəcək, eləcə də enerji ehtiyatlarımızın inkişafı və nəqli planında mükəmməl proqnozlaşdırılan siyasətə malik olmağa imkan verəcək".

Milad bayramı ərəfəsində Ağ Ev də tənha oturub, Meksika sərhədində sədd inşası ilə bağlı demokratların maliyyə danışıqları aparmasını gözləyirəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

“Demokratların bu mövzuda razılığa gəlməməsi, istəksizliyi bizə divar inşasından daha baha başa gələcək”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Xatırladaq ki, Tramp demokratların sədd inşasına müsbət cavab verməyəcəyi təqdirdə hökumətin fəaliyyətini dayandıracağı ilə hədələmişdi.


23:15

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva İnstaqram səhifəsində atasının ad günü ilə bağlı fotolar paylaşıb.

Ardını oxu...


Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın məşhur "Rossiya 24" televiziyasına müsahibə verir.

Axar.az həmin müsahibəni təqdim edir:


Gürcüstanın Baş naziri Mamuka Baxtadze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, Mamuka Baxtadze Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə də əlaqələrimiz uğurla inkişaf edəcəkdir.

2018-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti 300-dən çox internet-resursun girişinə qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, bu resurslar Ukraynaya qarşı geniş miqyaslı təbliğat aparıblar.

Həmçinin sosial şəbəkələrdə Ukraynaya qarşı təbliğat aparan 220-ə yaxın internet administratorun fəaliyyəti məhdudlaşdırılıb.


“Qardian” (“The Guardian”) nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı dərc olunan iftira və böhtan xarakterli məqalə ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir.

Bu sözləri Axar.az-a dekabrın 21-də Böyük Britaniyanın “Qardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli məqalənin dərc olunmasına münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, bir qrup ermənipərəst qüvvə Azərbaycanın yürütdüyü müstəqil siyasəti və əldə etdiyi nailiyyətləri həzm edə bilmir:

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən beynəlxalq səviyyəli layihələri böyük dövlətçilik tarixi olan ölkələr belə həyata keçirə bilmirlər. Bakı-Tiflis-Qars dəmir yolu, TANAP və TAP, İzmirdə “Star” neft emalı zavodunun inşası dünyada böyük əks-səda doğurub. Üstəlik, Azərbaycan Mərkəzi və Şərqi Avropaya böyük yatırımlar edir. Təbii ki, bu uğurlar Azərbaycana qarşı hər zaman qarayaxma kampaniyası ilə çıxış edən qüvvələri narahat edib. Azərbaycanın güclü və qətiyyətli siyasət həyata keçirən rəhbərinə qarşı başladılan bu kampaniyanın arxasında dayanan birnömrəli məqsəd dövlətimizin güclənməsinin qarşısını almaqdır. Həmin qüvvələr başqa xalqların sərvətlərini talamaq üçün hər vəchlə öz çirkli maraqlarını reallaşdırmağa cəhd edirlər. Buna görə də Azərbaycan hakimiyyətinə çirkli kampaniya aparılır. Təəssüf ki, bu qüvvələr öz mənfur niyyətlərini həyata keçirərkən xaricdə cəsus kimi fəaliyyət göstərən azərbaycanlılardan bir alət kimi istifadə edirlər”.

Deputat qeyd edib ki, Qərb demokratiyası və insan haqları deyə bağıran “demokratik camiə” artıq özünün böhran dövrünü yaşayır:

“Baxın, bir aydan çoxdur ki, Fransadakı etirazlar səngimir, vətəndaşların sərbəst toplaşmaq və söz azadlığına qarşı hər cür zorakılığa əl atılır. Strasburqdakı terror aktı ilə bağlı müəmmalar hələ də davam edir. Bundan başqa, səudiyyəli müxalif yazar, “Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğunda paramparça edilərək qətlə yetirilib. Amma nədənsə dünyanın insan haqlarından danışan dövlət başçıları cinayətin üstünü ört-basdır edir, öz maraqlarını insan haqlarından üstün tuturlar. Bununla da bir daha məlum olur ki, Qərbin yürütdüyü həmin siyasət heç də ədalətə söykənmir. Bu, dünyada bir qrup qüvvələrin demokratiya və söz azadlığı adı atında başqa ölkələri özlərindən asılı vəziyyətə salmaq siyasətinin iflası deməkdir. Qlobal dəyər ədalətə və bəşəri ideyalara söykənməlidir. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. İndiyə qədər haqlı mövqeyimizi özündə əks etdirən xeyli sənəd qəbul olunsa da, Dağlıq Qarabağ probleminin həlli məhz Azərbaycana qarşı əngəllər yaratmaq naminə gecikir. Azərbaycan belə qüvvələrə qarşı hər zaman öz sözünü deyir, dünya liderləri arasında özünəməxsus yeri, imzası olan dövlət başçısı ona qarşı yönələn çirkli siyasəti çox uğurlu bir şəkildə dəf edir”.

Xəbər lenti