![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib.
Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Qarabağ separatçıları Levon Mnatsakanyanın “müdafiə naziri” vəzifəsindən istefaya getməsini təsdiqləyib.
Axar.az xəbər verir ki, Mnatsakanyan qondarma rejimin rəhbəri Bako Saakyanın rəhbərliyi ilə 14 dekabrda keçirilən iclasda istefaya göndərilib. “Baş qərargah rəisi” Karen Abramyan “müdafiə naziri” təyin edilib. Cəlal Arutyunyan isə “baş qərargah rəisi” olub.
Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Mnatsakanyanın istefası ilə bağlı xəbər yaysa da, qondarma rejim bunu təsdiq etməmişdi.
Levon Mnatskanyan 2015-ci ildə Qarabağa Movses Akopyanın yerinə göndərilib. Serj Sərkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.
Abramyan Qarabağa bir il öncə Kamo Vardanyanın yerinə göndərilib. Bu vaxta qədər isə o, Ermənistan-Rusiya birləşmiş qüvvələrində yer alan Ermənistan ordusunun 5-ci korpusunun rəhbəri vəzifəsini tutub.
Cəlal Arutyunyan bundan öncə qondarma rejimin dağ atıcı diviziyasının komandanının müavini vəzifəsini icra edib.
Bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirildi. Azərbaycan təşkilata bu ilin iyulun 1-dən dekabrın 31-dək "bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında rəhbərlik edir. Ölkəmizin sədrliyi zamanı QDİƏT məkanında və onun hüdudlarından kənarda bağlantılar məsələsinə xüsusi diqqət ayrılıb.
Axar.az xəbər verir ki, bu sözləri xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev iclasın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir müavininin sözlərinə görə, ölkəmizin təşkilata sədrliyi dövründə prioritetlərə uyğun şəkildə səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat, tranzit, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması, turizmin inkşafı sahələri üzrə müzakirələr aparılıb.
"Sədrlik çərçivəsində bugünkü görüş də daxil olmaqla 4 dəfə nazirlərin toplantısı, 21 tematik və xüsusi işci iclasları, müxtəlif tədbir və seminarlar keçirilib. Yanvarın 1-dən sədrlik Bolqarıstana keçəcək. Çox istərdik ki, təşkilatımız fəallıq göstərsin və Aİ səviyyəsində olsun. Şübhəsiz çətindir, amma üzərində işlənilsə, buna nail olmaq olar. Həm də QDİƏT və Avropa İttifaqı arasında əlaqələr, işçi qrupları var. Ona görə mümkün olduğunu deyirəm. Gərək öz təşkilatımız da fəal olsun. Artıq QDİƏT-in 26 yaşı var, bu müddət ərzində irəliləyiş əldə olunub və hesab edirik ki, daha çox irəliləyiş olacaq. Çünki təşkilat böyük yol keçib. Hər şey dəyişib. Ola bilsin islahatlar aparılsın, konkret prioritetlər müəyyənləşməlidir. 20-dən çox işçi qrupu var. Elə qruplar var aylarla, illərlə iclas keçirmirlər. Niyə resurs və vaxtımızı sərf edək? Bu mənada prioritetlər konkretləşməlidir".
Heydər Əliyev nəinki Azərbaycan və Azərbaycan xalqının, Rusiya, SSRİ və bütün dünya tarixində, həmçinin Heydər Əliyevin vətənimizi - Azərbaycanı bərpa edərək yeni respublika qurduğu zamanda yaşayan və işləyən, oxuyan və yaradan hər bir kəsin həyatında çox böyük rol oynayıb.
Bu barədə Trend-ə rusiyalı teatr və kino rejissoru, televiziya aparıcısı, aktyor, ictimai və siyasi xadim, bakılı Yuli Qusman deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin xatirəsi bəşəriyyət və Azərbaycan durduqca yaşayacaq: “Heydər Əliyevdə heyrətamiz ciddilik və xeyirxahlıq, mənəvi gözəllik və dəyanət, düşmənlərə və cinayətlərə qarşı dözümsüzlük, son dərəcə işıqlı zəka və geniş bilik birləşirdi. Heydər Əliyev onu əhatə edən insanlara son dərəcə dərin təsir bağışlayırdı”.
Bakıya son səfəri zamanı "böyük memarın heyranlıq doğuran şah əsəri" - Heydər Əliyev Mərkəzində olduğunu bildirən Y.Qusman qeyd edib ki, bu şah əsəri dahi Heydər Əliyevin xatirəsinə layiqdir:
“Bakı həmişə məni özünə çəkir. Bakı cəzbedici gücə malikdir. Hətta mən Bakıda olmadığım yarım il ərzində inanılmaz dərəcədə dəyişikliklər baş verib. Bakı limanı çox dəyişib, həmçinin Ağ şəhər! Və hər yer belədir. Əgər dünən harasa boş ərazi idisə, bu gün artıq ora park və ya gül-çiçəklikdir. Bütün Azərbaycan çiçəkləri Heydər Əliyev tərəfindən əkilən bu cür gülüstana çevrilib”.
O xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev – böyük Heydər Əliyevin oğlu - respublikada görülən işlərlə fəxr edə bilər:
“Ölkə və şəhər tamamilə valehedicidir. 1981-ci ildə "Qorxma, mən səninləyəm!" filminin çəkilişləri zamanı mən bütün Azərbaycanı gəzmişəm və ən uzaq nöqtədə - Gürcüstanla sərhəddə işləmişəm. 32 ildən sonra mən yenidən bütün ölkədən keçdim, həmin nöqtədə işlədim və yeni yollar, evlər, hər cür rahatlıq, bir sözlə, müasir azərbaycanlıların həyatının dəyişdiyini gördüm. Heydər Əliyev öz oğlu, onun nailiyyətləri və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri ilə fəxr edərdi”.
Rusiyalı ictimai xadim deyib ki, hərçənd bugünkü Bakı onun uşaqlıq dövründəki şəhərə oxşamır, lakin bütün bu dəyişikliklərin əsasını dahi Heydər Əliyev qoyub:
“Bu gün biz ölkəni ayağa qaldıranların qoyduğu heyrətamiz təməllər üzərində durmuşuq. Xalq bar verən ağac kimi köksüz mövcud ola bilməz. Azərbaycan bu gün hər mənada zənginliyi, qüdrəti, mədəni ənənələri, idman nailiyyətləri ilə azsaylı unikal ölkələrin sırasına daxildir. Biz bütün bunlara görə bugünkü rəhbərlərə də minnətdar olmalıyıq, lakin hər zaman anlayacağıq ki, bu xeyirli təməl Heydər Əliyev tərəfindən qoyulub və buna görə də bizim xalqımız həmişə onu xatırlayacaq, ehtiram edəcək və sevəcək”.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların bir parçası deyilik.
Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Adil Əbdülmehdi deyib.
“Sanksiyalarla bağlı mövqeyimizi bir daha bəyan edirik. Sanksiyaların bir hissəsi deyilik. Yaxında bu məsələ ilə bağlı ABŞ-a nümayəndə heyəti göndərəcəyik”, - deyə Əbdülmehdi bildirib.
100 gündə 5 illik yol xəritəsi hazırlanıb.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Prezident Administrasiyası və nazirliklər 81 vilayətin inkişafı ilə bağlı yeni bir sistem müəyyən edib.
Türkiyənin Ermənistanla sərhədləri açması, eləcə də diplomatik münasibətlərin yaradılması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, işğal edilmiş 7 rayondan erməni işğalçı qoşunlarının çıxarılması və əhalinin öz doğma yurd-yuvalarına qaytarılmasından asılıdır.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır:
“Türkiyə tərəfi birmənalı surətdə bəyan edib ki, Ermənistanla münasibətlər o zaman yaxşılaşdırıla, sərhədlər açıla və diplomatik münasibətlər yaradıla bilər ki, Azərbaycan ərazisindən bütün erməni qoşunları çıxarılsın və Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Ermənistan Azərbaycanla normal qonşuluq münasibətləri yaradarsa, eyni münasibətləri Türkiyə ilə də yarada bilər”.
Politoloq ABŞ-ın Ermənistanın İranla sərhədləri bağlaması qarşılığında Türkiyəyə sərhədlərin açılması üçün təzyiq göstərə biləcəyi ilə bağlı iddialara da münasibət bildirib:
“İranla Ermənistanı sıx əlaqələr birləşdirir. İlk vaxtlar Ermənistan İranla tampon körpülərlə, sonralar isə dəmir konstruksiyalarla – xüsusilə Arazın üzərindən geniş ikixətli körpü vasitəsilə əlaqə saxlayıb. Bu körpü vasitəsi ilə İrandan Ermənistana lazım olan yeyinti məhsulları, məişət texnikası və s. göndərilir. Yəni İran Ermənistan üçün nəfəslik rolunu oynayır. Ermənistan İrandan həm qaz, həm də lazım olanda elektrik enerjisi alır. Bir neçə ay bundan əvvəl İrandan Ermənistana ikinci qaz kəməri də çəkildi. Əvvəldən kəmər vasitəsi ilə bu qazı Avropaya çıxarmağı düşünürdülər. Amma sonradan gördülər ki, bu plan coğrafi cəhətdən mümkün deyil. Eyni zamanda İran qazını ABŞ-ın təkidi ilə Avropa ölkələrinin heç biri istəmir. Amma bu qaz kəməri Ermənistanın ehtiyaclarını ödəyir. Üstəlik İran Rusiya ilə müqayisədə Ermənistana qazı təxminən 50 dollar daha ucuz satır. Belə olan təqdirdə İran Ermənistan üşün çox lazımlı tərəfdaşdır. Bundan imtina etmək, ABŞ-ın sanksiya tələblərinə boyun əymək heç vaxt mümkün olmayacaq. Ermənistanın buna gedəcəyini düşünmürəm”.
Politoloq vurğulayıb ki, Ermənistanın maraqlarına nə qədər uyğun olsa da, Türkiyənin sərhədləri açacağını düşünmür:
“Ermənistanın bu regionda iqtisadi əlaqələrini inkişaf etdirməyinin, blokada şəraitindən çıxmasının, normal ticari və iqtisadi münasibətlər qurmasının, eləcə də bölgədə bir sıra iqtisadi layihələrə qoşulmasının yeganə yolu Azərbaycanla müharibə vəziyyətinin aradan qaldırılmasından keçir. O da Azərbaycanın ərazi bütövlüyünə söykənən Dağlıq Qarabağ probleminin həll variantıdır. Ermənistan nə qədər ki bu varianta getməyəcək, tam olmasa da, blokadaya alınmış şəraitdə saxlanılacaq: ölkənin məhsuldar qüvvələri inkişaf etməyəcək, əhalinin gəliri artmayacaq, maddi güzəran yaxşılaşmayacaq. Bu səbəbdən də Ermənistan özünün militarist ambisiyalarının qurbanına çevriləcək. Bu nöqteyi-nəzərdən Ermənistan danışıqlar prosesində aktiv iştirak etsə, danışıqlar prosesinin substantiv şəkildə aparılmasına yardım etsə və beynəlxalq hüquq normalarına uyğun olaraq, münasibətlərin tənzimlənməsində maraqlı olsa, o zaman onlar qarşıya qoyduqları hədəfə nail ola bilər. Əks halda onları bundan da pis gün, münaqişənin silahlı yolla həll variantı gözləyir”.
Qeyd edək ki, 9 dekabr seçkilərinin dərhal ardından Paşinyan Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı açıqlama verib.
Kerç hadisəsi müharibə aktıdır.
Axar.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Cənab Putin, bu, aqressiya aktıdır, cənab Putin, bu müharibədir; bu, zarafat deyil, insident deyil, böhran deyil. Sizin nizami ordunuz Ukraynanın hərbi gəmilərinə beynəlxalq sularda hücum ediblər. Bunun başqa cür izahı yoxdur”, – deyə o bildirib.
Avropa Birliyi Ukraynaya 4-cü yardım proqramı çərçivəsində köçürmə edib.
Axar.az xəbər verir ki, bu barədə ölkə rəhbəri Pyotr Poroşenko məlumat yayıb.
“Brüsseldən yaxşı xəbər! Avropa Birliyi 4-cü makroiqtisadi yardım proqramı çərçivəsində 500 milyon avro həcmində ilk köçürməni etdi”, - Poroşenko qeyd edib.
O, Qərb partnyorlarına dəstəyə və yüksək etimada görə təşəkkür edib.
Prezidenti İlham Əliyevin oğlu əsgər Heydər Əliyev Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Kult.az xəbər verir ki, bu barədə DTX-nin Feysbuk hesabında qeyd olunub.
Belə ki, Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev və əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummili liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüblər.