Azərbaycan keçmiş dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

Ardını oxu...

Mən, ilk növbədə, qardaş Türkmənistana səfərə dəvətə görə Sizə təşəkkür etmək istərdim.

Ardını oxu...

Neft qiymətlərinin ucuzlaşması müvəqqətidir.

Ardını oxu...

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir.

Bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov Trend-ə deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir.

N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər:

"Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir iş gəlir. Məncə, turizm polisi bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar".

Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biri olduğunu, bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılmasının, turistlərin ölkədən məmnun ayrılmasının turizm sahəsində çalışan hər kəsin marağında olmasının vacibliyini qeyd edib.

O, DTA tərəfindən də bu istiqamətdə addımlar atılacağını söyləyib.

Azərbaycanda turistlər üçün "Qaynar xətt" xidmətinin fəaliyyət göstərməsi də nəzərdə tutulan tədbirlərdən biridir.

 

Rusiya Silahlı Qüvvələrinin Baş İdarəsinin (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, QRU – red.) rəhbəri general-polkovnik İqor Korobov 62 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Onun uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Korobov 2016-cı ildən hərbi kəşfiyyata rəhbərlik edib. O, bu vəzifəyə QRU-nun eks-rəhbəri İqor Serqunun müəmmalı ölümündən sonra gətirilib.

Ermənistanın Berdavan kəndinin sakinləri baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər.

Məktubda bildirilirb:

“Hökumət nümayəndələri Berdavan kəndində keçirilən etiraz aksiyalarına siyasi don geyindirməyə çalışırlar. Hökumət nümayəndələri bizə deyirlər ki, Karen sərhəd rejimini pozduğu üçün əsir götürülüb. Əlbəttə, siz sərhəd kəndində yaşamırsınız və cəbhədən uzaq, təhlükəsiz yerdə oturmusunuz. Buna görə də asanlıqla bizim etirazlarımıza istədiyiniz donu geyindirə bilirsiniz”.

Ermənilər məktubda Paşinyanı verdiyi vədə əməl etməməkdə ittiham edirlər:

“Əziz Nikol Paşinyan, siz və komandanız insanlara xidmət etməyin vacib olduğunu deyirsiniz. Biz də bunun üçün yolları sizin üçün açdıq, küçələrə töküldük. Lakin indi siz bizim rəsmi şəxslərdən üzr tələb etmək haqqımızın olmadığını düşünürsünüz.

Hökumət nümayəndələri isə kənd sakinlərinə “Azərbaycanın 5-ci kolonu”, “Azərbaycan dəyirmanına su tökənlər”, “Daxili düşmən” adlandırırlar.

Siz də həmin insanları dəstəklədiyinizi bildirirsiniz. Siz necə deyə bilərsiniz ki, Berdavan “Azərbaycanın 5-ci kolonu”dur”.

Qeyd edək ki, Ermənistan Baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın əsirlikdən azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib.

Paşinyan noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamasında hökumətin Azərbaycanla sərhəddə yerləşən kənddə keçirilən aksiyalarla bağlı mövqeyini dəstəklədiyini açıqlayıb. Onun açıqlaması, Berdavanda etirazları daha da qızışdırıb.


“Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlunun vəfatı sevənləri ilə yanaşı dostlarını da dərindən sarsıdıb.

Kult.az tanınmışların sosial şəbəkələrdə Novruz Novruzlunun vəfatı ilə bağlı yazdıqlarını təqdim edir:

Xalq şairi Sabir Rüstəmxanlı: “Böyük mügənnimiz Novruz Novruzlunun ölüm xəbərini eşitdim. Sanki Savalan silkələndi, öz səsim batdı”.

Şair Rüstəm Behrudi: “Musiqi və teatr sənətimizdə xüsusi yeri, dəst-xətti olan gözəl sənətkarımız Novruz Novruzlu ürək tutmasından vəfat edib. Qəbrin nurla dolsun. Nə qədər mahnı yetim qaldı sənsiz, qardaşım”.

Fəlsəfə doktoru Etibar Əliyev: “Sufi şair Hafiz Şirazi deyirdi: “çoxları deyir ki, həyat insan bədəninə musiqi vasitəsilə daxil olub, ancaq həqiqət ondan ibarətdir ki, həyatın özü musiqidir”. “Savalan” qrupunun bədii rəhbəri və solisti, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu oxuyanda həyatın yalnız musiqidən ibarət sferasına düşürsən. Böyük sənətkar, gözəl insan, dəyərli dostumuz dünyasını dəyişdi. Onun səsindəki maqnetizmi duymuşdunuzmu? O maqnetizmi ki, heç bir musiqi alətində və başqa səslərdə yoxdur. Novruz realı ideala çevirən sənətkar idi. İlahi mahnıların son ifaçısını itirdik. Səsin qulağımızda deyil, ruhumuzda qalacaq. Allah rəhmət eləsin!”

Politoloq, şair Elçin Mirzəbəyli: “Tanrı ilə aramızdakı gerçək bağlardan birini də itirdik. Allah rəhmət eləsin!”

Türkiyəli rejissor Önər Kılıç: “Sözün bitdiyi an. Novruz Novruzlu qardaşım, daha 5 gün əvvəl Bakıya gəldiyimdə “xoş gəldin, qardaş” deyə mesaj göndərmişdin. 2015-ci ildə Bakıda Türk Filmləri həftəsi keçirdiyimiz zaman səni tanımışdım. Hər zaman halımı, xətrimi soruşardın. Ruhun şad, məkanın cənnət olsun, qardaşların qardaşı. Sadəcə Azərbaycan deyil, Türk dünyasının musiqisi yetim qaldı”.

Aktyor, qiraətçi Kamran Yunis: “İçimizdən, ruhumuzdan gedən insan, Allah sənə rəhmət eləsin!”

İlahiyyatçı Rəsul Mirhəşimli: “Allah Rəsulunu (s) çox sevirdi, onun mövludu günü köçdü bu dünyadan. Dost dediyi Əfəndimizi canından çox sevirdi, onun dünyaya gəldiyi gün köç etdi əbədi dərgaha. Vətəni, milləti sevən vətəndaş idi. 20 noyabr faciəsinin növbəti ildönümü bu dünyaya gözlərini əbədi yumdu.

Onun dostlarının arzularında övladlarının toyunda Novruzun ifasında “Bil oğlum” musiqisinin sədaları altında övladına baxıb, qürur hissi keçirmək istəyi idi. Nə qədər ata-ananın bu istəyi elə arzu olaraq qaldı.

Xatirələrimizdə kədərini, qəmini könlünə gömüb, hər kəsə gülümsəyən siması qaldı. Bu qədər böyük istedadı ilə təvazökar insan qəlbimizdə ən əziz guşədə məskən salıb getdi. Heç kimdən incimədi, heç kim də ondan incimədi. Hər halı, hər davranışı ilə insan oldu, insan kimi yaşadı.

Bizi dost sarıdan yetim buraxıb getdin!

Məkanın Cənnət, ruhun şad olsun, qardaş!

Sənin ruhun çoxdan öz Sahibində idi, bu gün cismini də təslim etdin!”

Qeyd edək ki, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu ötən gün ürək tutmasından dünyasını dəyişib.

Türk dilində olan “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktə olunması prosesi bu işə daha çox könüllünün qoşulması nəticəsində sürətlənir.

Bu barədə Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resursları şöbəsinin müdiri Elnur Eltürk məlumat verib.

“Türkcə “Vikipediya”da ölkəmizlə bağlı məlumatların zənginləşdirilməsinə MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüsü, İstanbul Universitetinin magistrantı Mərdan Orucoğlu və tanınmış “Vikipediya” idarəçisi Araz Yaquboğlu dəstək verəcəklər. Bununla da, türk dilində olan “Vikipediya”da Azərbaycan tarixi ilə bağlı yanlış məlumatların, boşluqların aradan qaldırılması diqqətdə saxlanılacaq. Vikikönüllülər Azərbaycanın tarixinə və mədəniyyətinə dair etibarlı məlumatların çatdırılması məqsədilə nüfuzlu elm adamlarımız və qəhrəmanlarımız haqqında məqalələri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırdıqdan sonra “Vikipediya”da yerləşdirəcəklər”, - deyə Elnur Eltürk bildirib.

Noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib.

Ardını oxu...

Xəbər lenti