Şəhid varislərinə 11 min manat birdəfəlik yardımın verilməsi ölkə prezidenti tərəfindən atılmış ən humanist addımlardan biridir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi haqda danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.

“Şəhid varislərinə 11 min manat birdəfəlik yardımın verilməsi ölkə prezidenti tərəfindən atılmış ən humanist addımlardan biridir. Baxın, prezident cari ilin aprel ayında imzaladığı fərmanla 1997-ci ilə qədər şəhid olmuş hərbiçilərə də bu yardımın verilməsini təsdiqləməklə, şəhidlərə, onların varislərinə olan münasibətini ortaya qoymuş oldu. Əslində, bu yardımı 1997-ci ildən sonra şəhid olmuş hərbiçilərin varisləri ala bilərdilər. Çünki hərbi qulluqçuların icbari sığortası haqqında qanun 1997-ci ildə qəbul edilmişdi. Lakin ölkə başçısı bu qanunun geriyə, 1997-ci ilə qədər olan şəhid ailələrinə şamil edilməsinə qərar verməklə çox böyük bir humanizm nümunəsi sərgilədi”, - sabiq nazir bildirib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son sammitində müzakirə edilən məsələlərin əks-sədası hələ də davam edir.

Ardını oxu...

Axar TV-nin Azərbaycanın məşhur aktyorlarından Arif Mirzəquliyevin həyatı və kino fəaliyyəti ilə bağlı hazırladığı süjeti təqdim edirik:


12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edib.

Report xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilib və onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.

Mədəniyyət Nazirliyinə bir ay müddətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq etmək və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.11.16, 14:24

Tanınmış politoloq Arzu Nağıyevin Axar.az-a müsahibəsi:

Ardını oxu...

Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, bəzi xəbər portallarında yayılan bu məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və R.Məhərrəmov hazırda iş başındadır, öz vəzifəsini icra edir.

Qeyd edək ki, az öncə bəzi xəbər saytları BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşı, Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general Rauf Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayıb.

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.

Report xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib.

O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.

İngiltərənin Baş naziri Tereza Mey Breksitlə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

“Mart ayında Avropa Birliyindən ayrılırıq”, - Mey bildirib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Ardını oxu...

Rostov vilayətinin Arbitraj Məhkəməsi “Palmali” gəmiçilik şirkətinin bankrot olduğunu elan edib.

Ardını oxu...

Xəbər lenti