![]() |
|
Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı işindən ayrılıb.
Bakıpost.az xəbər verir ki, o, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində işləyir. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələr daşıyıb. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri olub.
Jurnalistika fakültəsini bitirib. BDU-da Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.