![]() |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub
İranın Nəqliyyat və Şəhərsalma naziri Abbas Axundi istefa verib.
Axar.az xəbər verir ki, istefası barədə açıqlama verən nazir hökumətlə şəhərlə əlaqədar dəyişiklik və iqtisadi metodlarla bağlı yaşanan münaqişə səbəbindən istefa verdiyini bildirib.
Bu ilin sentyabrın 1-də istefa məktubunu Prezident Həsən Ruhaniyə təqdim edən Axundi ötən gün məlumat yayıb.
O, hökumətin şəhərlə əlaqədar dəyişikliklə bağlı səmərəli iş apara bilməməsindən və bazarlara çox müdaxilə etməsindən şikayətlənib.
Həqiqətlərin ortaya çıxarılması lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri Camal Qaşıqçının ölümünə münasibət bildirən Hollandiya Baş naziri Mark Rutte bildirib.
"Tam olaraq nə oldu? Kim məsuliyyət daşıyır? Genişmiqyaslı araşdırma aparılması mühümdür", - Rutte söyləyib.
Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı sübutların incələnməsi üçün təcili olaraq beynəlxalq səviyyədə istintaq başladılmalıdır.
Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin rəhbəri Antonio Tajani deyib. O, səudiyyəli jurnalistin ölümü ilə bağlı detalların aydınlaşdırılmasının vacib olduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib.
Əfqanıstanın Nanqarhar vilayətində 12 İŞİD terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin məlumatında deyilir.
Əməliyyatın Açin ərazisində baş tutduğu deyilir.
Terrorçulara məxsus silah-sursatın da müsadirə edildiyi deyilir.
Rusiyanın Suriyadakı əməliyyatları sayəsində İŞİD tamamilə darmadağın edilib.
Axar.az xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin iclasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
"Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və ya Suriyanın 95 faizdən çoxu terror təşkilatının nəzarətindən azad edilib. Biz Suriyada zəngin döyüş təcrübəsi toplamışıq və bunu bölüşməyə hazırıq ", - deyə o bildirib.