İsrail HƏMAS-a həlledici zərbə endirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman hərbi-siyasi kabinet üzvləri ilə görüşündə deyib.

O bildirib ki, bu zərbə mart ayından bəri davam edən zorakılığı bitirməyin yeganə həll yolludur.

Liberman vurğulayıb ki, Qəzza sektorunda keçiriləcək “Sarsılmaz Qaya” kimi yeni bir əməliyyat İsraili ən azı 5 il sülhlə təmin edəcək.



Qagik Çarukyanın Rusiyanın hakim Vahid Rusiya Partiyasının nümayəndələriylə görüşü Moskvanın ona yatırım edəcəyi ilə bağlı görüntü yaradır.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Moskva müxalifətlə əməkdaşlığa başlayacaq. Bu o demək deyil ki, Moskva antipaşinyan oyunu oynayacaq. O, sadəcə bütün yumurtaları bir zənbilə qoymaq istəmir. Ona görə ki, Moskva əməkdaşlıq üçün digər rıçaqlar axtaracaq. İndi məsələ Paşinyanın özünü bundan sonra necə aparacağıdır. Əgər o özünü regional siyasətdə doğru şəkildə göstərə bilsə, Ermənistanın milli maraqlarını qoruyub və Qərblə oyunlar oynamasa, o zaman Ermənistanda böhran bitəcək”, – deyə o bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev “TRT Vorld” kanalına müsahibə verib.

Axar.az xəbər verir ki, müsahibədə Hikmət Hacıyev bu gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olacaq “STAR Refinery” barədə danışıb. O, bu layihənin əsasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib. Layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsi olduğunu deyən Hikmət Hacıyev Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırdığını diqqətə çatdırıb.

Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını qeyd edən Hikmət Hacıyev Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələrlə ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsul deyil, əlavə dəyər qatılan hazır məhsullarla Aralıq dənizi hövzəsinə çıxdığını vurğulayıb. O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP, TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoşniyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.


Bütün dünyada Rusiya milyarderləri öz sərvətlərini hər kəsdən daha sürətli artırırlar.

Ardını oxu...

Ermənistanın yeni hökuməti Azərbaycana Qarabağı qaytarmağa hazırdır.

Ardını oxu...

Sanksiya və ticarət müharibələri beynəlxalq siyasətdə gərginliyi pik həddinə çatdırıb.

Axar.az xəbər verir ki, bunu Asiya-Avropa sammitində çıxışı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, hazırkı şəraiti Karib böhranı ilə müqayisə etmək olar.

O, sammitin ABŞ, Rusiya, Çin, Avropa Birliyini və digər gücləri dünyadakı mövcud fikir ayrılıqlarını həll etməyə çağırmalı olduğunu bildirib:

“Əgər Ukrayna, Suriya və digər problemlər həll edilməsə, situasiya pisləşəcək. Ballistik raketlərin yayılması təhdidi qaldıqca beynəlxalq terrorizm də başlıca problem olaraq qalır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Sentyabr Universitetinin 2018-2019-cu yeni akademik ilinin açılış mərasimində sürpriz musiqilərlə qarşılanıb.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Özbəkistanda ilk atom elektrik stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbir Putinin Özbəkistana səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, bu səfər zamanı Rusiya ilə Özbəkistan dəyəri 27 milyard dollar olan 800-ə yaxın müqavilə imzalayıb.


Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azəri Layt” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

 

Jurnalist Camal Qaşıqçı ABŞ-da yaşadığından onun itkin düşməsinə görə, bu ölkə məsuliyyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

“Axı, o ABŞ-da yaşayırdı. O, Rusiyada deyil, ABŞ-da yaşayırdı. Bu mənada onunla bağlı baş verənlərə görə, ABŞ müəyyən mənada məsuliyyət daşıyır. Sözsüz ki, bu, belədir”, - deyə Kreml rəhbəri bildirib.

Xəbər lenti