![]() |
|
“Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlərini qətiyyətlə pisləyir və bildiririk ki, bu, beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunvericiliyinin kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Fransanın Alfortvil və Valans şəhərləri merlərinin bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini şərh edərək deyib.
XİN rəsmisi bildirib ki, yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də, Fransanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edir: “Həmçinin bu kimi səfərlər, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir.
Bu xüsusda xatırladırıq ki, Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi sənəd bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir.
Fransa tərəfinin diqqətini Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmim sənədin məcburi xarakter daşıdığına yönəldir və onu bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımlar atmağa çağırırıq”.
İranda son 3 ayda bir milyard litrdən artıq yanacaq qaçaq yollarla ölkə xaricinə çıxarılıb.
Axar.az xəbər verir ki, bu sözləri İranın Qaçaqçılıqla Mübarizə İdarəsinin sədri Əli Müəyyidi deyib.
“Yanacaq qiymətlərinin nizamsızlığı ucbatından hər gün sərhədlərdə törədilən bu cinayətə görə xalqın sərmayəsindən milyardlarla litr yağmalanır”, - Müəyyidi bildirib.
Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu 635 nazirlik əməkdaşının vəzifədən kənarlaşdırılması barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir kimi, işdən çıxarılan şəxslər terror təşkilatları ilə əlaqədə, narkotiklərin qanunsuz dövriyyəsində, insan alveri və qaçaqmalçılıqda təqsirli bilinirlər.
Əgər Rusiya 2019-cu ilin ortalarına qədər Avropa Şurasının üzlük haqlarını ödəməsə, təşkilatdan qovulacaq.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Torbörn Yaqland jurnalistlərə açıqlamasında deyib.
“Nizamnaməyə əsasən, əgər dövlət iki il ərzində ödəniş etmirsə, o zaman 9-cu maddə tətbiq edilir. Rusiyanın ödənişi dayandırmasının iki illiyi iyunda tamam olur. Avropa Şurasına yarımçıq üzvlük qəbuledilməzdir. Biz buna dözümlülük nümayiş etdirməyəcəyik”, – deyə o bildirib.
Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirib.
Axar.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri qoyublar.
Toplantı iştirakçıları DYMX-nin Bakı şəhər Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsinin həyətində təşkil olunmuş yanğından mühafizə qüvvələrinə məxsus xüsusi texnika və avadanlıqlardan ibarət sərgi ilə tanış olublar.
Daha sonra dövlət himninin səsləndirilməsi ilə tədbir öz işinə başlayıb.
Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik edərək uğurlar arzulayıb. İttifaqın sədri Azərbaycanda yanğınsöndürmə dəstələrinin yaradılması tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilib. Ümummilli lider Heydər Əliyev 5 oktyabr 2002-ci ildə məhz bu tarixin Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd ediməsi barədə Sərəncam imzalayıb. Yanğından mühafizə sahəsinin daim Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən M.İsmayılov Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov respublika ərazisində baş vermiş yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edərək, qarşıda duran vəzifələrdən söz açıb. O, yanğından mühafizə xidmətinin ən müasir yanğınsöndürmə texnika və vasitələri ilə təmin olunduğunu bildirərək göstərilən qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Yanğınsöndürmənin çətin və şərəfli bir peşə olduğunu söyləyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov yanğınsöndürənləri peşə bayramları münasibətilə təbrik edib. O, xidmətdə fərqlənən yanğınsöndürənlərin təmsil etdiyi qurumun döş nişanı ilə təltif olunduqlarını bildirib.
Yanğınsöndürən veteranlar adından çıxış edən Azad Səmədov yanğın nəzarətinin həyata keçirilməsi və yanğından mühafizə sahəsində ciddi uğurlar qazanıldığını vurğulayaraq bu işdə əməyi olan insanlara minnətdarlığını bildirmiş, yanğınsöndürənlərə uğurlar arzulayıb.
Toplantıda yekun nitqi ilə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ümummilli lider Heydər Əliyevin “Yanğın söndürmək cəsarət və mərdlik məktəbidir” fikrini xatırladaraq bildirib ki, yanğınsöndürənlərimizin fədakarlığı nəticəsində ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, şəxsi, dövlət və ictimai əmlakın yanğından mühafizəsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. 2006-cı ildən etibarən respublikamızda 114 minə yaxın yanğın hadisəsinin qarşısının alındığını deyən nazir müavini yanğınsöndürənlərimizin dövlət başçısının göstərişinə əsasən, başqa ölkələrdə də yanğın-xilasetmə əməliyyatlarında müvəffəqiyyətlə iştirak etdiklərini bildirib. E.Mirzəyev qeyd edib ki, yüzlərlə yanğınsöndürənimiz vətənimizin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhidlər veriblər. Onlardan 2-si Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır. Natiq bildirib ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində sözügedən sahədə müasir standartlara uyğun maddi-texniki baza formalaşmış və bu siyasətin nəticəsində həm Dövlət Yanğından Mühafizə Xidməti, həm də Dövlət Yanğın Nəzarəti Xidməti qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Nazir müavini yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik etmiş, uğurlar arzulayıb.
Sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmrinə əsasən xidmətdə xüsusilə fərqlənmiş əməkdaşlara medallar təqdim olunub. Həmçinin xidmətdə fərqlənmiş və yubiley yaşı tamam olmuş bir qrup DYMX və DYNX əməkdaşına, eyni zamanda veteran yanğınsöndürənlərə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərmanları, qiymətli hədiyyələri, FHN-in iki nəfər əməkdaşına isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının döş nişanları təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
ABŞ-ın vitse-prezidenti Mayk Pens Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itən jurnalist Camal Qaşıqçı barədə açıqlama verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Pens Səudiyyə Ərəbistanının yardım tələb edəcəyi halda ölkəsinin Türkiyəyə FTB dəstəsi göndərməyə hazır olduğunu bildirib.