![]() |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oqtaya təhvil verib.
Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.
Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Macarıstana səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər oktyabrın 8-9-da baş tutacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərə yollanıb.
Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Ərdoğanla birlikdə prezidentin sözçüsü İbrahim Qalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ticarət naziri Ruhsar Pekcan, AKP baş katibinin sədri Cövdət Yılmaz və digər rəsmilər də Macarıstana gedib.
2019-cu il üzrə dövlət büdcəsində artımlar gözlənilir. hələlik artımın nə qədər olduğu açıqlanmır.
Qeyd olunub ki, müəyyən istisnalarla son illərdə daim büdcədə əvvəlki illə müqayisədə artımlar olub: “Büdcəyə sonradan dəyişikliklər nəticəsində artımlar edilib. Bildiyiniz kimi, 2018-ci ilin büdcəsinə də bu ilin növbədənkənar sessiyasında dəyişiklik edildi, dövlət büdcəsinə təxminən 2 milyarddan bir qədər artıq artım əlavələr edildi. Odur ki, növbəti ilin büdcəsində artım olacağı gözlənilir.
Həmçinin bildirilib ki, büdcədə bir sıra sahələr üzrə də əvvəlki illə müqayisədə azaldılmalar edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, qeyd edək ki, 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi layihələrinin MM-də müzakirə ediləcəyi tarix də məlum olub.
Büdcə zərfinə daxil olan layihələr parlamentin noyabrın 13-14-15-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Sənədlər eynin zamanda, yaxın vaxtlarda MM-ə göndəriləcək və ilkin olaraq, komitə iclaslarında müzakirələrdən keçiriləcək, sonra isə plenar iclaslara tövsiyə olunacaq.
Büdcə zərfi ilə bağlı deputatları maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.
Azərbaycan Ordusunun bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilib.
Müdafiə Nazirliyinə istinadən xəbər veririk ki, məşqlərdə şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar yerinə yetirilib, hərbi qulluqçuların döyüş vərdişləri təkmilləşdirilib.
Milli Məclisin (MM) növbəti plenar iclasının vaxtı dəyişdirilib.
iclas oktyabrın 12-də keçiriləcək. Sonrakı iclasın isə oktyabrın 16-da keçirilməsi planlaşdırılır. MM-in oktyabr ayı üçün sonuncu plenar iclası bu ayın 30-da baş tutacaq.
Xatırladaq ki, oktyabrın 19-da da plenar iclasın keçirilməsi nəzərdə tutulmuşdu.
Ukrayna kəşfiyyatı Suriya və Ukraynada döyüşən və Rusiya ilə bağlantısı olan “Vaqner” adlı qruplaşmanı deşifrə edib.
Axar.az xəbər verir ki, 206 nəfərlik siyahıda Ukrayna, Belarus, Ermənistan, Moldova, Qazaxıstan ve Özbəkistandan olan vətəndaşlar da yer alır.
Üstəlik sözügedən qrupdan 58-nin bir neçə ay öncə Suriyanın Deyr əz-Zor bölgəsində öldürüldüyü deyilib.
Məlumatda daha öncə Suriya və Ukraynada muzdlu olaraq döyüşən 600-ə yaxın “Vaqner” üzvünün öldürüldüyü xatırlanıb.
Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Sultan Jumaqulov bu gün səhər saatlarında dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Jumaqulov uzun sürət xəstəlikdən sonra 59 yaşında vəfat edib.