![]() |
|
Çində 2017-ci ildə sürətli poçt daşımalarının ümumi dəyəri əvvəlki illə müqayisədə 32 faiz artaraq 976,4 milyard yuana (141 milyard ABŞ dolları) çatıb.
Azərtac verir ki, bununla Çinin dünyada sürətli poçt daşımalarındakı ardıcıl olaraq 4 illik liderliyi davam edir.
Ötən il Çində, ümumilikdə 40,1 milyard poçt daşınıb. Bu, dünya üzrə ümumi göstəricinin 45 faizinə bərabərdir.
Qeyd edək ki, son illər Çində internet üzərindən pərakəndə ticarətin genişlənməsi sürətli poçt daşımaları biznesinin də çiçəklənməsinə səbəb olub. Təkcə bir fakta nəzər salmaqla Çində internet ticarətin və sürətli poçt daşımlarının həcmini təsəvvür etmək mümkündür. Belə ki, ötən il noyabrın 11-də “Yalnızlar günü” ilə əlaqədar endirim kampaniyası zamanı “Alibaba” şirkətinin “online” platformalarından 25,4 milyard, “JD.com” saytından isə 19,1 milyard dollarlıq satış həyata keçirilib.
ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı növbəti açıqlama verib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu məsələni Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirə edəcəyini bildirib.
“Hələ ki, bu mövzuda danışmağa vaxtım olmayıb”, - deyə prezident bildirib.
Qeyd edək ki, Tramp bundan öncəki açıqlamasında Qaşıqçının Səudiyyənin İstanbul konsulluğunda yoxa çıxmasından dolayı narahatlığını ifadə etmişdi.
Nikki Heylinin istefası Donad Trampın opponentləri ilə əlaqəsini zəiflədir.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev deyib.
O bildirib ki, Heylini əvəz edəcək şəxsin danışıq üslubu indi vacib məsələlərdən biridir.
“Heylinin istefası Trampın Konqresin və KİV-in təzyiqi ilə üz-üzə gəldiyi vaxta təsadüf edir. Şübhəsiz ki, bu, Trampın mövqelərini zəiflədir”, - deyə Kosaçev bildirib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi N.Heyli vəzifəsindən istefa verdiyini bəyan edib.
Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və məntiqsiz fikirlər səsləndirib.
Sülh çağırışı edən şəxs ilk növbədə oğlunun hətta Ermənistanın işğal etdiyini təsdiqlədiyi Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir.
Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirən millət vəkili Aytən Mustafayeva deyib. Millət vəkili bildirib ki, Ermənistan rəhbərliyi indi də həyat yoldaşı vasitəsilə “humanitar missiya” adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşviq etməklə öz yalanlarına bəraət qazandırmağa çalışır:
“Hamı başa düşür ki, sülh çağırışını Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, Qarabağa qanunsuz səfərlə etmək heç bir normal məntiqə sığmır. Çünki o torpaqlar Azərbaycanındır və işğal altındadır. İşğal etdiyin torpağa öz oğlunu hərbi xidmətə göndərib, sonra da gəlib bütün dünya tərəfindən Azərbaycanın ərazisi olaraq qəbul edilən bölgədən “sülh çağırışı” etmək hansı zehniyyətdir? Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal edildiyini hətta Ermənistan özü də təsdiqləyir və buranı guya “təhlükəsiz zona” olaraq saxladığını bildirir. Sülh çağırışı edən şəxs oğlunun ilk növbədə işğalını etiraf etdiyi bir əraziyə - Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir. Sən oğlunu işğaldakı torpaqları əlində saxlamaq üçün göndərəcəksən, sonra da gəlib, işğal etdiyin torpaqdan “təmas xəttinin bu tərəfinə” sülh çağırışı edəcəksən - bu, tarixdə görünməmiş bir “siyasət”dir”.
Millət vəkili bildirib ki, Akopyanın “humanitar missiya” adı altında Qarabağa qanunsuz səfəri başqa bir dövlətin torpaqlarının zəbtini, işğalı əslində etiraf etməkdir:
“Akopyan hansı haqla “Qadınlar sülh naminə” təşəbbüsü ilə çıxış edərək bir qrup rus qadınlarla Qarabağa qanunsuz səfərlər təşkil edir? Bu hadisənin özü belə ermənilərin Azərbaycan ərazilərini işğal etdiyini açıq sübuta yetirir”.
Millət vəkili Ermənistan rəhbərliyinin son addımının Düşənbə danışıqlarının ruhuna zidd olduğunu vurğulayıb:
“Paşinyan ümumiyyətlə hakimiyyətə gəldiyi ilk gündən tam səriştəsiz olduğunu nümayiş etdirməkdədir. O, sanki oyun oynayır və bir-birinə zidd, qeyri-ciddi bəyanatlar verir. Son olaylar bir daha göstərdi ki, Paşinyanın siyasətə heç bir aidiyyəti yoxdur”.
Deputat Akopyanın Qarabağda “Sülh naminə qadınlar” humanitar aksiyasının əsl mahiyyətinə də işıq salıb:
“Əvvəla, bu kimi hərəkətlər əsl sülh təşəbbüslərinə zərbə vurur. Akopyanın Qarabağda “sülh çağırışı” sadəcə oyun, Ermənistan rəhbərliyi tərəfindən düşünülmüş bir siyasətdir. Yəni reallıqda bu bir hakimiyyət mübarizəsidir. Ona görə də seçkiöncəsi xalqın dəstəyinə ehtiyacı duyan Paşinyan hakimiyyəti üçün hər yola əl atır”.
Oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Sonra vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər.
Azərbaycan prezidenti iclasda yekun nitqi söyləyib.
İraqda yeni hökuməti quracaq Adil Əbdülmehdi nazir olmaq istəyənlər üçün internetlə namizədlik müraciətinin açıldığını bildirib.
“Dünya bülleteni”nə istinadən xəbər veririk ki, o, konstitusiyada yer alan bütün şərtlərin özündə olduğunu düşünən hər kəsin nazir olmaq üçün müraciət edə biləcəyini açıqlayıb.
8 oktyabrda Nazirlər Kabinetinin saytında başlayan müraciət müddəti 11 oktyabrda başa çatacaq.
Qeyd edək ki, Adil Əbdülmehdi prezident Bərham Salehlə görüşündə yeni hökumətin noyabrın əvvəlində qurulması barədə razılıq əldə edib.