![]() |
|
Hazırda Avropa Şurası böhran yaşayır.
Report xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Avropa Şurasının gələcəyinə həsr edilmiş müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Avropa Şurası bu gün düşdüyü vəziyyəti dərindən təhlil etməlidir: “Avropa Şurasının bugünkü problemi düşündüyümüz kimi heç də yalnız maliyyə məsələsi deyil. Dəyərlərimiz ətrafında yenidən düşünməliyik. Avropa Şurasının yaşadığı bugünkü çətin vəziyyəti dərindən təhlil etdikdən sonra gələcək üçün qarşımıza yeni hədəflər qoya bilərik. Bunun üçün qrup, yaxud komissiya yaratmalıyıq. Həmin qurum da böhrandan çıxmağımız üçün konkret təkliflər hazırlamalıdır. Avropa Şurasına 47 üzv dövlətin 8-i digər üzv ölkə ilə müharibə vəziyyətindədir. Biz Avropa Şurasının tərkibinə yeni ideyalar gətirməliyik ki, onlar bütün üzv ölkələrə uyğun gəlsin və qəbul edilsin. Biz bir-birimizə qulaq asmağı və bir-birimizə hörmət etməyi özümüzə adət etməliyik”.
Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb. S.Seyidov oktyabrın 9-da keçirilən müzakirələrdə də Avropa Şurasının dəyərlərini dəyişməyə çağırıb.
Bu gün AŞPA Nazirlər Komitəsinin sədri, Xorvatiyanın Baş nazir müavini, Xarici və Avropa İşləri naziri Marija Prjcinovic Buric AŞPA-da geniş çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, Azad Demokratlar Qrupunun vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatın komitə sədrinə mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı suallar ünvanlayıb.
“Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? “Yeni dəyərlərə” ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?” - deputat vurğulayıb.
Sədr deputatın sualına cavabında bu məsələnin Avropa üçün də çox önəmli bir mövzu olduğunu bildirib:
“Özəlliklə üzv ölkələrdə bu mövzuya geniş yer verilməlidir. Təhsil və mədəniyyət vasitəsi ilə, gənclərlə bu mövzuda daha geniş iş aparmaqla bu dialoqları təşkil etmək olar. Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir, həm Avropa Şurası təşkilatlarında, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır”.
Q.Paşayeva sonda Marija Prjcinovic Buriclə qısa görüş də keçirib:
Xanım nazir Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsindən məmnun olduqlarını bildirib.
Millət vəkili də öz növbəsində Azərbaycan Xorvatiya ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlı olduğunu və ölkə prezidentinin rəhbərliyi ilə bu istiqamətdə bir çox addımların atıldığını diqqətə çatdırıb.
Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini həddindən artıq ucuz qiymətə alan şirkət müflis olub.
Axar.az xəbər verir ki, bu barədə Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan danışıb. Deputat kompleksin gizli şəraitdə özəlləşdirilməsinə etiraz edib və maliyyə hesabları ilə bağlı şəffaflığın təmin olunmasını istəyib:
“Muğan Aqrosənaye Kompleksini alan şirkət müflis olduğunu elan edib və vergisini ödəyə bilmir. Bu şirkət kompleksin ərazisini dəyərsiz torpaq qiymətinə alıb. Bu qədər imkana malik olan böyük bir kompleksi belə bir şirkətə necə satmaq olar?!”
O bildirib ki, kimin vergi ödəməyə qadir olub-olmadığı bəlli olmalı, hökumət vergi ödəmək iqtidarında olmayanlara xüsusi yardım göstərməlidir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriyel Kazaryanı Ermənistanın idman və gənclər naziri təyin edib.
Axar.az xəbər verir ki, Paşinyan bunu Nazirlər Kabinetinin iclasında deyib.
Qeyd edək ki, Kazaryan heç bir partiyanın üzvü deyil. O, 2014-2016-cı illərdə bu nazirliyə rəhbərlik edib. 2016-cı ildən sonra isə idman nazirinin müavini olub.
Milli Məclisin spikeri Oqtay Əsədov Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovun uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan fikirlərinə münasibət bildirib.
elə həmin iclasda çıxış edən spiker O. Əsədov qeyd edib ki, Ermənistan nümayəndəsinin mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər onu yenidən çıxış etməyə vadar edib: “Əslində bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb.
Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: Deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir?
Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir. Türkiyəni daim qondarma “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.
O. Əsədovun çıxışından sonra Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da sözügedən məsələyə münasibət bildirib: ”Dünyada sülhə və sabitliyə dəyər verən bu toplantımızda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs etdi. Ermənistan bu mövqeyi ilə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa mövcud problemlər aradan qalxa bilər”.
Çində 2017-ci ildə sürətli poçt daşımalarının ümumi dəyəri əvvəlki illə müqayisədə 32 faiz artaraq 976,4 milyard yuana (141 milyard ABŞ dolları) çatıb.
Azərtac verir ki, bununla Çinin dünyada sürətli poçt daşımalarındakı ardıcıl olaraq 4 illik liderliyi davam edir.
Ötən il Çində, ümumilikdə 40,1 milyard poçt daşınıb. Bu, dünya üzrə ümumi göstəricinin 45 faizinə bərabərdir.
Qeyd edək ki, son illər Çində internet üzərindən pərakəndə ticarətin genişlənməsi sürətli poçt daşımaları biznesinin də çiçəklənməsinə səbəb olub. Təkcə bir fakta nəzər salmaqla Çində internet ticarətin və sürətli poçt daşımlarının həcmini təsəvvür etmək mümkündür. Belə ki, ötən il noyabrın 11-də “Yalnızlar günü” ilə əlaqədar endirim kampaniyası zamanı “Alibaba” şirkətinin “online” platformalarından 25,4 milyard, “JD.com” saytından isə 19,1 milyard dollarlıq satış həyata keçirilib.