![]() |
|
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.63-1-ci yarımbənd əlavə edilsin:
“3.0.63-1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin”.
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.
Axar.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Başçısınin səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat Xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı BŞİH-in Mətbuat Xidmətinə işə qəbul olunub.
Qeyd edık ki, Ayna Əliyeva gəncdir, bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb.
ABŞ qırıcıları Somalidə Əş-Şəbab terror qruplaşmalarının mövqelərini hədəf alıb.
Axar.az xəbər verir ki, bombardmanın Mudu əyalətində Harardere birliyinin yaxınlığında baş tutduğu deyilib.
60 terrorçunun öldüyü hücum son illərin ən ölümcül zərbəsi adlandırılıb.
Rəsmi məlumata görə, əməliyyatda mülki şəxs ölümü qeydə alınmayıb.
Əsəd rejimi İŞİD terror qruplaşmasının Suriyanın Süveyda mahalında 25 iyulda təşkil etdiyi hücuma şərait yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı hesabat hazırlayıb.
Hesabatda hadisə şahidləri və yaxınlarını itirən bəzi şəxslərin ifadələrinə yer verilib. Bundan əlavə hesabatda may ayında rejim və İŞİD arasında əldə olunan razılıq əsasında 1200 terrorçunun paytaxt Dəməşqdəki Yermuk düşərgəsindən Süveydanın şərqindəki əraziyə getdiyi və rejim qüvvələrinin bölgədəki hərbi nöqtələri boşaldaraq İŞİD-ə şərait yaratdığı bildirilib.
“Rejim qüvvələri hücumlardan 3 gün əvvəl Süveyda mahalında yerli milislərə verdiyi silahları geri aldı. Ancaq bəzi bölgələrdəki milislər silahlarını verməyi qəbul etmədi. Daha sonra məlum oldu ki, İŞİD sadəcə silahları təslim edən kəndlərə hücum edib”, - hesabatda deyilib.
Qeyd edək ki, Süveyda mahalında iyulda baş verən İŞİD hücumu zamanı 150 nəfər həlak olmuşdu.
Bir qrup şəhid ailəsi birdəfəlik ödəmə alan zaman problemlərlə üzləşirlər.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Deputat şəhid ailələrinin narahatlıqları ilə bağlı dövlət qurumlarına çağırış edib:
“Hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir. Onlar bəzi şəhid ailəsi statusu alanların cənab Prezidentin imzaladığı fərmandan yararlanana bilməməsi məsələsinin parlamentdə qaldırılmasını xahiş edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Azərsığorta”nın nümayəndələri ilə danışdıqda bu qurumlar da ortaya çıxan bəzi problemlərin həllində maraqlı olduqlarını qeyd edirlər. Şəhid ailələri hamımız üçün çox müqəddəsdir, onlar başımızın tacıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri ilə görüş zamanı cəmiyyətə mesaj verdilər ki, şəhid ailələri hər zaman xüsusi diqqətdə olmalıdır. Ancaq bir qisim ölkə rəhbərinin bu humanist fərmanından yararlana bilmir. Şəhid ailələrinin böyük hissəsinin bu birdəfəlik ödəməyə ehtiyacı var”.
Millət vəkili şəhid ailələrinin parlamentə yönəldilməsindən təəssüfləndiyini qeyd edib:
“Millət vəkili olaraq həmin şəhid ailələrinə müsbət cavab verməkdə çətinlik çəkir, pis vəziyyətdə qalırıq. Problemlərini qaldıraraq onların narahatlığının parlamentdə də nəzərə alındığını göstərmək istəyirik. Cənab sədr, sizin və parlamentimizin də hər zaman şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını bilirik. Ona görə də yaxşı olardı ki, bu məsələnin müsbət həlli məqsədilə qarşıdan gələn büdcə müzakirələrindən əvvəl aidiyyəti hökumət qurumları ilə görüş keçirilsin”.
11:59
ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Pompeonun səfər çərçivəsində Səudiyyə Ərəbistanı kralı ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının başına gələnlərlə bağlı danışıqlar üçün Dövlət katibi Pompeonu təcili olaraq Ər-Riyada göndərəcəyini ötən gün açıqlamışdı.
Pompeonun Ər-Riyaddan sonra Türkiyəyə gələcəyi gözlənilir.
***
Kral Salman bin Əbdüləzizlə Mayk Pompeo arasında görüş baş tutub.
Görüşdə yoxa çıxmış Səudiyyə vətəndaşı, jurnalist Camal Qaşıqçı barədə müzakirə aparılıb.
Məlumata görə, C.Qaşıqçının işi üzrə təhqiqatın şəffaf aparılmasının Ər-Riyad tərəfindən dəstəklənməsinə görə krala təşəkkürünü bildirib.
12:11
Hazırda Rəşid Mahmudovun vəziyyəti yaxşıdır.
Bu sözləri Axar.az-a açıqlamasında R.Mahmudovun həyat yoldaşı söyləyib.
“Yaşlı adamdır. Hərdən halı pisləşir. Şükür ki, indi vəziyyəti düzəlib. Hələlik həkimlər heç bir diaqnoz qoymayıb”, - deyə o bildirib.
Qeyd edək ki, tanınmış həkim Rəşid Mahmudov dünən axşam xəstəxanaya yerləşdirilib. Nyus24.az onun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində müalicə aldığını yazıb.