12 Punto 14 Punto 16 Punto 18 Punto

Başqırdıstanın keçmiş rəhbəri Rüstəm Həmidov siyasətdən getdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Həmidov bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirib

Qeyd edək ki, Həmidov oktyabrın 11-də istefaya göndərilib. O, Başqırdıstanın rəhbəri vəzifəsini 2010-cu ildən icra edib. Həmidov indiyə qədər Rusiya regionlarının liderləri arasında ən nüfuzlu şəxslərdən biri kimi tanınıb.

Həmidovun yerinə isə Radiy Xəbirov təyin edilib. Xəbirovun həyat yoldaşı milliyətcə erməni olan Karine Avetisyandır.

 

Kanadalı nazir Dağlıq Qarabağdan danışdı

“Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir”.

Bu barədə Kanadanın baş naziri Castin Trüdo Yerevanda erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Trüdo region xalqlarının rifahı naminə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların sülh yolu ilə aparılması və dinc yolla tənzimləmənin vacibliyini vurğulayıb.

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyabr 2018-ci ildə Berlində Aşağı Saksoniya əyalətinin Federal Hökumət nümayəndəliyinin təşkilatçılığı ilə “Almanya-Azərbaycan münasibətləri: ümumi tarix və gələcək prespektivlər” adlı konfransda iştirak edəcək.

Ardını oxu...

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.

Ardını oxu...

Bolton ABŞ Prezidenti Donald Trampın ən yaxın silahdaşlarından biridir. Boltonun səfəri heç də gündəlik, protokol səfər hesab olunmamalıdır.

Bu sözləri Axar.az-a ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-də edəcəyi səfəri şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanda olmağı planlaşdırır:

“Bu, ilk növbədə ABŞ-ın öz maraqlarından doğan səfərdir. Onun Rusiyaya səfəri olduqca əhəmiyyətlidir. Son vaxtlar Tramp və Putinin yenidən görüşəcəyi ilə bağlı KİV-lərdə xəbərlər yayılır. Yayılan xəbərlərdə Putin və Trampın görüşünün hazırlandığı qeyd edilir. Tramp və Putinin gələcək görüşünü hazırlayan əsas şəxslərdən biri də məhz Boltondur.

Onun Gürcüstana səfəri isə təftiş xarakterlidir. Abxaziya, Cənubi Osetiya məsələsi görüşdə əsas müzakirə mövzusu ola bilər. Gürcüstanın NATO üzvü olması istiqamətində də müəyyən danışıqlar aparılacağını istisna etmirəm”.

Politoloq qeyd edib ki, Boltonun Azərbaycana və Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsi baxımından əhəmiyyətlidir:

“Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu məsələdə birbaşa Trampa məruzə üçün Boltonun özü seçilə bilər. Buna görə də Azərbaycan üçün əsas istiqamətdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlar və Bakının fikirlərinin birbaşa ABŞ Prezidenti Donald Trampa düzgün çatdırılmasıdır”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtla gözlənilən məsələ deyil:

“Bütün beynəlxalq faktorlar və münaqişə tərəfləri müəyyən kompromisə getməklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu məsələni həll edə bilər. 2019-cu ildə müəyyən qədər diplomatik sahədə və digər istiqamətdə Azərbaycanın müsbət uğurları olması gözlənilir. Hətta deyərdim ki, Ermənistanda seçkilər bitdikdən sonra əgər Paşinyan qaıib gəlsə, onda bu istiqamətdə müəyyən addımların atılacağı ehtimal olunur”.

Oktyabr ayının sonlarında Norveçdə planlaşdırılan hərbi təlimlər açıqdır və müdafiə məqsədli ssenariya malikdir. Burada Rusiyaya, yaxud hər hansı digər dövlətə qarşı provokasiyadan söhbət gedə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“Bütün ölkələr hərbi təlim keçirmək haqqına sahibdir. Biz bunu açıq şəkildə və gözlənilən formada edirik. NATO alyans ölkələrində mümkün hücumların qarşısını almaq istəyirsə, o zaman öz gücünü nümayiş etdirməlidir”, - deyə NATO rəhbəri bildirib.

Düşünürəm ki, bu səfər Rusiya–ABŞ münasibətlərində kardinal irəliləyişə səbəb olmayacaq.

Bu sözləri Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin eksperti Konstantin Bloxin ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə səfəri ilə bağlı Axar.az-a danışarkən deyib. Politoloqun sözlərinə görə, bəzi fundamental, daxili və xarici səbəblər mövcuddur ki, ABŞ–Rusiya münasibətlərinin yaxşılaşmasına mane olur:

“Zənnimcə, bu səfər, əksinə, mövcud qarşıdurmanı daha da gücləndirəcək. Amerikalılar Rusiyanı qarşısına almaq strategiyası seçib.

Bununla yanaşı, ABŞ establişmentindəki müasir ab-hava, Trampın manevr etmək imkanının məhdudlaşdırılması və s. Rusiya-ABŞ münasibətlərinə birbaşa təsir edir. İnanmıram ki, Boltonun səfəri bu məsələlərə müsbət təsir göstərə bilsin”.

Ekspert bildirib ki, Boltonun səfər çərçivəsində baş tutacaq danışıqlarının məqsədi Rusiya və Amerika Birləşmiş Ştatları arasında yaranmış soyuq müharibənin qaydalarını müəyyənləşdirmək, qırmızı xətləri dəqiqləşdirmək, maraq hüdudlarını aşkara çıxarmaqdır:

“Bizim maraqlarımız çərçivəsində elə sahələr var ki, aramızda asanlıqla münaqişələr yarasa bilər. Buna Suriyanı və ya Ukraynanı misal göstərmək olar. Mahiyyətcə həm ABŞ-ın, həm Rusiyanın əsas məqsədi müştərək bir mexanizm yaratmaqdır. Elə bir mexanizm ki, mümkün gərginlik ocaqlarını nəzarətə götürə, ölkələr arasında yarana biləcək gərginlik hallarının qarşısını ala, soyuq müharibənin qaydalarına nəzarət edə bilsin.

Bununla yanaşı aydındır ki, Rusiya və ABŞ arasında danışıq predmeti ola biləcək mövzu çoxdur. Bura strateji stabilliyin təminatı ilə bağlı məsələlər, kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma, strateji hücum silahlarının ixtisarı haqqında razılaşmalardan birtərəfli çıxmaq təhlükəsinin qarşısının alınması və s. daxildir. Siyahını çox uzatmaq olar: Suriya problemi sülh yoluyla həll olunduqdan sonrakı mərhələdə atılacaq addımlar, İran və Ukraynadakı siyasi böhran, NATO-nun mümkün genişlənməsi məsələsi...

Odur ki, düşünürəm, danışıqların gündəliyi geniş ola bilər”.

Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ Prezidenti Donald Trampı çətin vəziyyətə saldı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Senatının Qaşıqçı olayından dolayı Səudiyyəyə sanksiya tələbi haqda danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Səudiyyənin Qaşıqçını öldürməklə Konqres və ABŞ mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu verdiyini düşünür:

“Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə, Səudiyyə 10 il ərzində ABŞ-dan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o, Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inansa da, Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan onminlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Ancaq Konqresdə Trampın rəqibləri və ABŞ mediası jurnalistin qətli ilə bağlı Trampa təzyiqi artıracaqlar və Səudiyyəyə qarşı sanksiya tətbiq etməyi istəyəcəklər. Bir sözlə, Səudiyyə bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı”.

Qeyd edək ki, səudiyyəli müxalif yazar, “Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olub və yoxa çıxıb. Qaşıqçının Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyü iddia edilir.

ABŞ Senatı Qlobal Maqnitski Aktına əsasən Ağ Evdən Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini tələb edib.


Türkiyənin Van bölgəsindəki Akdamar kilsəsində ibadət etməyə gələn ermənilər Ermənistan bayraqlarını dalğalandırıb.

Ardını oxu...

Erməni generalları bir qədər məsuliyyətli və ciddi olmalıdırlar ki, dedikləri sözlərin arxasında dura bilsinlər. Azərbaycan tərəfindən bu bəyanatlara qarşı sərt və amansız cavab verilə bilər.

Bu sözləri Axar.az-a Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının rəhbəri general Tiqran Pərvanyanın ehtiyac olacağı təqdirdə Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının Qarabağda qarşısına qoyulacaq tapşırıqları icra etməyə qadir olması ilə bağlı açıqlamasına münasibət bildirən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O bildirib ki, zaman-zaman erməni komandirləri belə absurd bəyanatlar səsləndirir:

“Bu, əlbəttə ki, erməni generalının xam xəyalıdır. Rusiya-Ermənistan ordu birləşməsinin Azərbaycana qarşı Qarabağda döyüşmək səlahiyyəti yoxdur. Buna Rusiya da imkan verməz. İlk növbədə ona görə ki, Rusiyanın beynəlxalq vəziyyəti onsuz da Ukrayna və digər məsələlərə görə çox gərgindir. Azərbaycanla münasibətləri isə sürətlə inkişaf edir və bu əlaqələri gərginləşdirməyi, növbəti bir ölkənin daxili işlərinə qarışmaqla əlavə başağrısını istəməz. Ona görə də Rusiyanın Qarabağ ərazisinə bir əsgərini belə buraxacağını düşünmürəm”.

Ü.Cəfərov vurğulayıb ki, Rusiya-Ermənistan birləşmiş qruplaşması Ermənistanın öz ərazisinə hansısa təhlükə olacağı təqdirdə hərbi müdaxilə edə bilər:

“Bu qoşunun öhdəlikləri və nizamnaməsi var, Rusiya açıq şəkildə bəyan edib ki, yalnız Ermənistan üçün hansısa təhlükə yaranacağı təqdirdə bu birləşmiş qrup dəstək verə bilər. Nəzərə alın ki, bu qruplaşmanın komandanlığı dinc dövrdə Ermənistanın, müharibə şəraitində isə Rusiyanın nəzarətinə keçir. Yəni qruplaşmanı savaşa yalnız və yalnız Rusiya apara bilər. Ona görə də erməni generalı səlahiyyətinə aid olmayan bir məsələdən danışır və bu, sırf daxili auditoriya üçün, erməni əhalisini sakitləşdirmək naminədir”.

Polkovnik vurğulayıb ki, vaxtaşırı olaraq bununla bağlı Rusiyanın mövqeyi bildirilib:

“Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da bir neçə dəfə bəyanat yayaraq, Dağlıq Qarabağın qurumun nizamnaməsində nəzərədə tutulan tələb və ərazilərdən kənarda olduğunu açıq şəkildə elan edib. Buna baxmayaraq, Ermənistanın bəzi hərbçiləri yenə də KTMT və erməni-rus birləşmiş hərbi qrupunun adından ağıllarına gələni danışırlar”.

Ü.Cəfərov Ermənistanın belə cəfəng açıqlamalarla təsəlli tapmaqdansa, ciddi nəticələr çıxarmalı olduğunu qeyd edib:

“Erməni generallarının, hər hansı siyasətçisinin sarsaq bəyanatı bizi hədəfimizdən yayındıra bilməz. Ermənistanın siyasətçiləri də, hərbçiləri də anlamalıdır ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatına hər an başlamaq haqqına sahibdir və Ermənistanın əvəzinə, 90-cı illərdə olduğu kimi, daha kimlərlə gəlib döyüşməyəcək. Bu müharibə başlayarsa, özləri döyüşməli olacaqlar. Onların isə Azərbaycan Ordusunun qarşısında necə davam gətirə bildiyini Aprel savaşında gördük”.

Qeyd edək ki, bu gün Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının rəhbəri general Tiqran Pərvanyan jurnalistin “bu ordu qruplaşması Qarabağda Azərbaycanın hücumunun qarşısını almaq üçün istifadə edilə bilərmi?” sualına belə cavab verib:

“Hadisələrin necə inkişaf edəcəyini biz bilmirik. Əlbəttə, bilirik ki, potensial düşmənimiz kimdir və hansı silahları var. Hadisələrin necə inkişaf edəcəyini qabaqcadan söyləmək olmaz. Mən sadəcə onu deyə bilərəm ki, əgər ehtiyac olsa, birləşmiş qruplaşma tapşırıqları icra etməyə hazırdır”.

Xəbər lenti