![]() |
|
Tanınmış sənətçi, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Mərhumun ölüm səbəbi açıqlanmır.
Dünyada neft qiymətlərini üç siyasətçi – Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman müəyyənləşdirir.
Axar.az xəbər verir ki, “Blumberq” agentliyi artıq OPEK-in qiymət müəyyənləşdirilməsində rol oynamadığını bildirib. Belə ki, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının OPEK-in digər 15 üzvündən daha çox neft istehsal etdiyi açıqlanıb:
“Bu üç ölkənin liderlərinin fərqli hədəfləri var. Ər-Riyad büdcəni doldurmaqdan ötrü yanacaq ixracını davam etdirir. Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri Qaşıqçı cinayəti fonunda qoruyub saxlamaq istəyir.
Rusiyanın neft qiymətlərindən asılılığı 2016-cı ilə nisbətdə daha azdır. Belə ki, neft şirkətləri buraya qoyduqları investisiyalardan gəlir əldə etmək istəyirlər.
Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak edib.
Jurnalist Camal Qaşıqçının cinayətindən sonra kral ailəsinin bəzi üzvləri vəliəhd Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” kral sarayındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, onlarla şahzadə və kral ailəsinin digər üzvləri taxta kralın kiçik qardaşı şahzadə Əhməd bin Əbdüləzizin keçməsinin tərəfdarıdır. Lakin vəziyyətin kəskinliyini nəzərə alaraq, kral dünyasını dəyişənə qədər nisbi sakitlik nümayiş etdirirlər.
Nəşr həmçinin Qərb ölkələrinin də Əhməd bin Əbdüləzizi dəstəkləməyə hazır olduğunu iddia edib.
12:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.
Axar.az xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus əsgərlərini salamlayıb.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.
Rəsmi qarşılanma mərasiminsdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
***
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
***
Noyabrın 19-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
***
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.