![]() |
|
10:39
Çinin Pakistanın Kəraçi şəhərindəki konsulluğuna hücum olub.
Axar.az xəbər verir ki, Pakistanın Geo TV kanalı hücumu naməlum şəxslərin həyata keçirdiyini yayıb.
3 nəfərin iştirakı ilə gerçəkləşən hücumda iki polis ölüb, biri isə yaralanıb.
***
Çinin Pakistandakı Konsulluğuna hücuma görə məsuliyyəti üzərinə Bəlucistan Azadlıq Ordusu separatçı qruplaşması götürüb.
Bu barədə məlumatı “Röyter” agentliyi yayıb.
İnformasiyanı hələlik hökumət təsdiq etməyib.
Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu 2000-ci ildən fəaliyyət göstərir. Qruplaşma əsas məqsədinin müstəqil Bəlucistan dövləti yaratmaq olduğunu bildirib.
Qruplaşma Pakistanla bərabər İranla da mübarizə apardığını açıqlayıb.
23:33, 23:33
ABŞ ordusu Suriyanın şimalında, Türkiyə sərhədində müşahidə postları quraşdırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Ceyms Mettis danışıb.
Onun sözlərinə görə, bu addım Türkiyə ilə kürd dəstələri arasındakı artan gərginlikdən qaçmağa imkan verəcək.
Müşahidə postlarının yeri barəsində Ankara ilə məsləhətləşmələr aparılıb.
09:52
Rusiya Silahlı Qüvvələrinin Baş İdarəsinin (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, QRU – red.) rəhbəri general-polkovnik İqor Korobov 62 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Onun uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Korobov 2016-cı ildən hərbi kəşfiyyata rəhbərlik edib. O, bu vəzifəyə QRU-nun eks-rəhbəri İqor Serqunun müəmmalı ölümündən sonra gətirilib.
***
Rusiya Silahlı Qüvvələrinin Baş İdarəsinin (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, QRU – red.) rəhbəri general-polkovnik İqor Korobovun ölümündən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq birinci müavin İqor Kostyukov icra edəcək.
Məlumata görə, Kostyukov eyni zamanda QRU rəhbərliyinə ən real namizəd kimi ön plana çıxır və sədr təyin ediləcəyi halda qurumun tarixində ona rəhbərlik etmiş ilk dənizçi kimi tarixə düşəcək.
Rəsmi Bakı və İrəvan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılıq əldə edərsə, Rusiya bu cür əlaqələri yalnız alqışlaya bilər.
Report xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşününün dekabr ayının əvvəlində Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilməsi ilə bağlı təklifini şərh edərkən brifinqdə bildirib.
"Tərəflərin razılığa gələcəkləri təqdirdə, belə görüşün keçirilməsini alqışlayardıq. Amma görüşün keçirilib-keçirilməməsinə dair qərar vermək hər bir dövlətin suveren hüququdur. Görüş keçiriləcəksə və bu, konstruktiv olacaqsa, bunu yalnız alqışlamaq olar", - M.Zaxarova deyib.
Ermənistanın Beynəlxalq Qızıl Xaç Komitəsinin təklifi çərçivəsində Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsindən imtina etməsinə toxunan XİN rəsmisi bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan bütün anlaşmaları dəstəkləyir:
"Təşəbbüs çox gözəldir, amma onun razılaşmaya çevrilməsi üçün üzərində işləmək lazımdır", - XİN sözçüsü vurğulayıb.