Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Prezident İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Anar Laçın oğlu İmanovun Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Şövqi Kamal oğlu Mehdizadənin Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Birinci vitse-prezident Mehriban Əliyeva 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.

"Paylaşımda deyilir:

"18 Oktyabr. Müstəqilliyin Bərpası Günü".

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli deyib.

O bildirib ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq. Azərbaycan bayrağı 10 gün ərzində burada dalğalanacaq.

Assosiasiya sədri əlavə edib ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üç rəngli dövlət bayrağımız Nyu-York səmalarını bəzəyib.

Qeyd edək ki, “Bowling Green” Nyu-Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.

 

 

 

Milli Məclis 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında təklif edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Səfir bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Bu gün Azərbaycanın tarixində həqiqətən əlamətdar gündür. 31 il əvvəl bu gün Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu gözəl ölkə 70 il SSRİ hakimiyyəti altında yaşayıb. Amma buna baxmayaraq, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, - deyə səfir paylaşımında qeyd edib.

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 2 il ötür.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.

Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.

Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.

Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur.

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xəbər lenti