Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Dövlətimizin başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

Türkiyə Prezidenti Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı İran və Ermənistana bir soyuq duş effekti verdi.

Bunu deputat Fəzail Ağamalı parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki qardaş ölkənin birgə fəaliyyəti nəticəsində regionda sülh təmin olunacaq.

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Dövlətimizin başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının nümayəndələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə yeni təyin olunmuş ordu generalı Atilla Gülan arasında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ankarada keçirilən görüşdə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Hərbi attaşe polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli quruculuq işləri barəsində ordu generalı Atilla Gülana ətraflı məlumat verib. Vətən müharibəsində qazanılmış parlaq Qələbənin regionda yeni reallıqlar yaratdığını, dayanıqlı sülh və sabitlik üçün əlverişli şəraitin formalaşdığını, post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması üçün mövcud vəziyyəti diqqətə çatdıran hərbi attaşe Azərbaycanın sülhsevər mövqeyi və atdığı addımlardan, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən bəhs edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq və dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Hər iki ölkə arasında müdafiə sahəsində işçi əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.
ADY  “Rebuild Karabakh” sərgisində iştirak edir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün başlayan “Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində  xüsusi stendlə təmsil olunur. Dəmir yollarına aid özəl güşədə işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən dəmir yolu layihələri barədə ətraflı məlumatlar təqdim olunur, eləcə də foto-video nümayiş etdirilir. 

19-21 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan  “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunan yeganə ixtisaslaşmış sərgidir. Qeyd olunan tədbir bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforması sayılır. 

Sərgidə ADY-nin stendində Qarabağda reallaşdırılan iki layihə - Horadiz-Ağbənd və Bərdə Ağdam dəmir yolu xətlərinin tikintisi barədə məlumatlar ətraflı şəkildə yer alır. 

Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 km olan bu dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.  Hazırda tikinti üzrə tərəqqi 58% təşkil edir. 

Təməli Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd  dəmir yolu xəttində  tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda 62-71 km aralığında torpaq işləri və süni qurğuların tikintisi işləri davam edir. 

Hər iki layihənin 2023-cü ilin sonuna kimi tamamlanması nəzərdə tutulur.
 

Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması nəzərdə tutulub.

Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir.

Məlumat verilib ki, kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” yaradılacaqdır. Təlim Mərkəzində türkiyəli mütəxəssislər və beynəlxalq təlimçilər tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər region ölkələrinin meşə mütəxəssislərinə təlimlər keçiriləcək.

Mərkəzin elektrik təchizatı üçün 180 kilovat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması planlaşdırılır. Bu stansiya 220 min kilovat/saat elektrik enerjisi istehsalı qabiliyyətinə malik olacaq ki, bu da tələbatdan 1,5 dəfə çoxdur. Artıq qalan elektrik enerjisi yaxınlıqda yerləşən 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası ilə mübadilə ediləcəkdir. Belə ki, gündüz saatlarında istehsal olunan elektrik enerjisindən Mərkəzdə istifadə olunmaqla, artıq qalan elektrik enerjisi yarımstansiyaya ötürüləcəkdir. Gecə saatlarında isə yarımstansiyadan aşağı tariflərlə elektrik enerjisi əldə olunacaqdır.

Su mənbəyi kimi yaxınlıqdakı kəhriz sularından istifadə ediləcək.

Qeyd edilib ki, tikinti işləri Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən həyata keçiriləcək. Tikinti üçün tələb olunan mal-materiallar Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən təmin ediləcək.

Razılaşmaya əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bünövrə qazılması, doldurma, su, elektrik təminatı və digər işlər görüldükdən sonra türkiyəli mütəxəssislər tərəfindən tikinti işlərinə başlanılacaq. Bu günədək Azərbaycan tərəfindən qazma işləri üzrə 82 faiz, doldurma işləri üzrə 87 faiz, 45 hektar dağlıq ərazidə terras hazırlığı sahəsində 45 faiz və meşə əkinləri üçün torpaq hazırlığı işləri 100 faiz icra edilib.

Diqqətə çatdırılıb ki, “Ağıllı Tingçilik”də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcəkdir. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq.

“Dostluq Meşəsi”ndə isə 16 hektar düzən, 46,8 hektar mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə türk üsulu ilə ümumilikdə 50 minə yaxın müxtəlif növ tingin əkilməsi nəzərdə tutulur. Əkin üçün 26 minə yaxın tingin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlarda yerləşən ting təsərrüfatlarından təmin edilməsi, 24 min tingin isə Türkiyə Respublikasından ölkəmizə gətirilməsi planlaşdırılır. Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən müxtəlif növ 10 min ədəd qapalı kök sistemli ting ölkəmizə gətirilərək əkilib. Əkilmiş bu tinglərin bitmə faizi 95 faiz təşkil edir.

Mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağac əkininə hazırlıq məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən iki mini ekskavator hədiyyə edilib və azərbaycanlı mütəxəssislər Türkiyəyə ezam olunaraq xüsusi təlimlərdən keçiblər. İndiyədək ağac əkilməsi mümkün olmayan mürəkkəb relyefli ərazilərdə türkiyəli mütəxəssislərin təcrübə və tövsiyələri əsasında artıq torpaq hazırlığı və analizi nəticələrinə, meteoroloji məlumatlara əsasən layihələndirilən ting növlərindən istifadə etməklə əkin işlərinə başlanılıb və buranın meteoroloji məlumatları öyrənilib.

Terras üsulu ilə torpaq hazırlığı işləri aparılarkən əkiləcək tinglərin ətrafı təbii sutoplayıcı formaya salınıb. Bununla da həmin sahələrdə suvarma suyuna qənaət ediləcək. Bu təcrübə Qarabağın digər dağlıq ərazilərində də tətbiq olunacaq.

"Gələcəyə nəfəs ol!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə növbəti dəfə burada müxtəlif növ ağaclar əkiləcək. Dost və qardaş Türkiyənin bu təşəbbüsünə qoşularaq ötən il ölkəmizin ərazisində, həmçinin Qarabağ bölgəsində, Zəngilan və Cəbrayıl rayonlarında genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib və 111 min ağac əkilib.

Məlumat verilib ki, layihə ərazisində torpaqqazma və doldurma işlərinə bu il iyunun 20-də başlanılıb və layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulur.

Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkiblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxıblar.

***
Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib.

Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkiblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxıblar.

“2023-cü il türklərin ili olacaq”.

Bunu Cəbrayılda jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırım deyib.

O vurğulayıb ki, ötən iki ilə qədər xarabaya dönmüş, 27 ildir tərk edilmiş, yerlə-yeksan olmuş bu torpaqlarda Beynəlxalq Hava Limanı açılıb:

“Daha sonra bölgəyə həyat, can gətirəcək ağıllı kənd təsərrüfatı açılıb. Bu torpaqların yenidən canlandırılması üçün təbiətə ceyranlar buraxılıb, ağaclar əkilib. Belə mötəbər gündə də dost və qardaş ölkələrin prezidentləri bir araya gəliblər. İşğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrin, 1 milyon qaçqının öz ata yurduna geri dönməsi üçün nələr ediləcəyinin müzakirəsi aparılır”.

“Gələn il türklərin ili olacaq. Çünki Türkiyə Cümhuriyyətinin və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilidir. Fikrimcə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənəcək. Qardaşlarımızın sevincinə hər zaman ortaq olacağıq. Bir millət, iki dövlət şüarının da həqiqətə çevrildiyini günbəgün görməkdəyik”-, B.Yıldırım vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata birgə bəyanatla çıxış edirlər. 

Həmin tədbirdən görüntüləri təqdim edirik:

 

Son aylarda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, güc mərkəzləri arasında, xüsusən də Qərblə Rusiya arasında rəqabətə çevrilib. Əsas oyunçu qismində hələlik Qərb və Rusiya çıxış edir. Münasibətlərin tənzimlənməsində iştirakçı tərəflərin hər biri də öz maraqları çərçivəsində problemin həllinə nail olmaq istəyir.

Qərblə Rusiyanın təklif etdiyi tənzimləmə prosesi bir-birindən fərqlənir.

Qərbə gəldikdə…

Praqa görüşü və görüşün yekunu olaraq verilən bəyanatdan aydın oldu ki, Qərb Ermənistan-Azərbaycan münaqişəsini tez bir zamanda həllində maraqlıdır. Qərb hesab edir ki, əldə edilən sülh Rusiyanın regiondan sıxışdırılmasına geniş imkanlar açacaq.

Tənzimləmə prosesinə baxışı belədir: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyaraq sovet illərinin sərhədlərinə qayıdırlar. Ermənistan Tavuş bölgəsinin Qazaxla sərhəddə olan 7 kəndi və Araratdakı Kərki Azərbaycana qaytarır.

Qərb eyni zamanda Ermənistanı Qarabağa olan iddiasından əl çəkməyə və bu ərazidə yaşayan ermənilərin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqlara başlamağı və reinteqrasiya prosesini təklif edir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edir və Bakı onların təhlükəsizliyinə və həmin ərazidə yaşamaq hüququna zəmanət verir. Danışıqlar nəticəsində Qarabağda yaşayan ermənilər digər etnik qruplar kimi müəyyən hüquqlar əldə edəcəklər. Onlara məktəblərdə erməni dilinin tədrisi, erməni teatrı, radiosu, televiziya kanalının fəaliyyət göstərməsinə imkan yaradılacaq.

Qərb bu planı tez bir zamanda həyata keçirməyə çalışır. Sülh müqaviləsinin imzalanması, Qərbin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə və Mərkəzi Asiyaya asan çıxışını təmin edəcək. Qərb bu yolla Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına çalışır.

Moskva isə Qərbdən fərqli olaraq mövcud status-kvonun mümkün qədər uzun davam etməsində maraqlıdır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına razı olsa da, Qarabağ məsələsini sülh müqaviləsinə salınmamasını və gələcəyə saxlanmasını istəyir. Moskva Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində Zəngəzur dəhlizinə nəzarəti təmin etməklə yanaşı, Qarabağ kartından istifadəyə daha çox üstünlük verir. Kreml bölgədə mövcudluğunu qoruyub saxlamaq üçün gərginliyin davam etməsində maraqlıdır.

Bakı ilə İrəvan arasında sülh sazişinin imzlanması istiqamətində razılıq əldə etsə belə, Kreml ən müxtəlif təxribatlara əl atıb, sülhü pozmağa çalışacaq. Bu məsələdə Kreml Tehranın da rolundan istifadə edə bilər və bu istisna deyil. Tehranın Azərbaycan sərhədlərindəki son təlimlərinin də məqsədlərindən biri elə budur. Hazırkı məqamda Moskva ilə Tehranın əsas məqsədi tərəfləri sülhdən uzaqlaşdırıb, bölgədə gərginliyin davam etməsinə nail olmaqdır. Rusiyanın hazırda əsas diqqəti Ukraynaya yönəldiyindən, Cənubi Qafqaza təzyiqi Tehran vasitəsi ilə həyata keçirir.

Ermənistan isə bölgədəki bütün güclərin imkanlarından istifadə edib maraqlarını təmin etmək istəyir. Bir-birinə zidd olan güclərin marağını təmin etməyə cəhdlər isə Cənubi Qafqaz bölgəsində əldə edilən mövcud kövrək sülhü də təhdid altına salır. Sonda bunun da daha çox əziyyətini Ermənistan və ermənilər çəkməli olacaq. İrəvan Ermənistan dövlətçiliyinin mövcudluğunu istəyirsə, o zaman Cənubi Qafqazı güclərin açıq toqquşma mərkəzinə çevirmək niyyətindən əl çəkib Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalıdır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Ermənistana rəsmi səfər edəcək.

“Bu barədə İran XİN-dən bildirilib.

Onun Baş nazir Nikol Paşinyan, erməni həmkarı Ararat Mirzoyan və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü nəzərdə tutulub.

Xəbər lenti